17 Fevral 2026 09:05
190
SİYASƏT
A- A+
"Sülh körpüsü" cəmiyyətlər arasında etimadın yaranmasına xidmət edir

"Sülh körpüsü" cəmiyyətlər arasında etimadın yaranmasına xidmət edir


Azərbaycan və Ermənistan arasında sülh prosesi təkcə rəsmi müstəvidə deyil, həm də vətəndaş cəmiyyəti səviyyəsində davam etdirilir. Bu məqsədlə fevralın 13-14-də Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli "dəyirmi masa" keçirilib. 

Vətəndaş cəmiyyətinin nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş Sammitdə təsdiqlənən sülh gündəliyindən irəli gələn məsələləri müzakirə ediblər. Sülhün yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai baxış, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə mövzusu olub. İnklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib. Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib. İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydalarını nəzərdən keçiriblər. Hər iki cəmiyyətdə ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yolları müzakirə olunub. 

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksəkvəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər. Müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikir mübadiləsi üçün imkan yaradıb.

Xatırladaq ki, ötən il oktyabrın 22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli "dəyirmi masa" keçirilmişdir. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr tarixində Azərbaycan paytaxtına səfər etmişdilər. 

Vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlərin intensiv xarakter alması Azərbaycan və Ermənistan arasında "xalq diplomatiyası"nın rolunun artdığını göstərir. Bu cür təmaslar rəsmi sülh müqaviləsi imzalanmazdan əvvəl hər iki cəmiyyətdə barış mühiti yaratmaq və qarşılıqlı nifrət dilini azaltmaq üçün əhəmiyyətlidir. Budəfəki görüşdə isə "Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, hər iki tərəfdən daha geniş iştirakçı qrupları təmsil olunub. 

Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olub. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib. Azərbaycan nümayəndə heyəti eyni delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıdıb, bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım olub. 

Bu cür təmaslar rəsmi sülh müqaviləsi imzalanmazdan əvvəl hər iki cəmiyyətdə barış mühiti yaratmaq üçün əhəmiyyətlidir. Tarixi təcrübə göstərir ki, xalqlar tərəfindən mənimsənilməyən sülh müqavilələri çox vaxt kövrək olur. Ona görə də bu bəşəri və humanitar prosesin hər iki cəmiyyət tərəfindən dəstəklənməsi olduqca vacibdir. Sülh müqaviləsi hüquqi çərçivədirsə, etimad həmin çərçivənin içini dolduran mənəvi və sosial enerjidir. Elə məsələlər var ki, qeyri-hökumət təşkilatları müstəvisində müzakirə olunaraq "yumşaldılır". Əlbəttə, 30 illik münaqişə şəraitinin və qanlı müharibələrin səbəb olduğu dərin yaralar, itkilər asanlıqla unudula bilməz. Vətəndaş cəmiyyəti burada bir növ sosial terapevt rolunu da oynayır. Əsas qayə nifrət dilini tədricən dialoqla əvəz etməkdir. QHT nümayəndələrinin, jurnalist və ekspertlərin təmasları da məhz bu məqsədə xidmət edir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:42
17 Fevral

Çində ay təqvimi ilə yeni il başlayıb

10:41
17 Fevral

Payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb  

10:40
17 Fevral

Tünd şokoladın istifadəsi ürəyi və qaraciyəri iltihabdan qoruyur – TƏDQİQAT  

10:38
17 Fevral

Populyar içkilərin gözlənilməz təhlükəsi aşkar edilib

10:37
17 Fevral

Keçmiş məcburi köçkün: Bu gün bizim üçün unudulmazdır 

10:35
17 Fevral

Ağdam sakini: Bu gün bizim üçün çox əlamətdardır 

10:29
17 Fevral

Keçmiş məcburi köçkün: Böyük sevinc hissi ilə Ağdam şəhərinə qayıdırıq 

10:28
17 Fevral

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb  

10:27
17 Fevral

ABŞ-də atışma zamanı 3 nəfər ölüb

10:14
17 Fevral

Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları Azərbaycana il ərzində üç dəfə vizasız gələ biləcəklər  

10:13
17 Fevral

Qərbi Azərbaycan İcmasının üzvləri İrəvan Qazılığının ofisini ziyarət ediblər

10:12
17 Fevral

Azərbaycan və Gürcüstan konsulluq yardımı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib

10:11
17 Fevral

Nazir: BƏƏ ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir  

10:08
17 Fevral

Təbii fəlakət bir aydır Fransa və İspaniyanı çənginə alıb

09:15
17 Fevral

Çillələr yerini çərşənbələrə verir

09:10
17 Fevral

"Sülh körpüsü" cəmiyyətlər arasında etimadın yaranmasına xidmət edir

09:05
17 Fevral

Şirvanda "Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!" mövzusunda tədbir keçirilib

09:00
17 Fevral

Tariximizin faciəvi səhifələrindən biri 

08:55
17 Fevral

Doğma yurdlarına qovuşanların sayı sürətlə artır

08:50
17 Fevral

Azərbaycan geniş geosiyasi sistemin iştirakçısı olduğunu bir daha sübut etdi

08:45
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!