17 Fevral 2026 08:40
164
SİYASƏT
A- A+
Qarşılıqlı etimad nümunəsi

Qarşılıqlı etimad nümunəsi


Bu gün Bakı ilə Belqradı yalnız siyasi dialoq deyil, həm də real iqtisadi maraqlar birləşdirir. Hər iki ölkə fərqli coğrafiyada yerləşsə də, qarşılıqlı iqtisadi maraqlar, əməkdaşlıq sahələrinin şaxələndirilməsi istiqamətində atılan addımlar Azərbaycanla Serbiya  arasında iqtisadi inteqrasiyanı sürətləndirib. Xüsusilə enerji, tikinti, kənd təsərrüfatı, sənaye və infrastruktur sahələrində əməkdaşlıq imkanları ilbəil genişlənməkdədir.

Əslində Azərbaycan-Serbiya əlaqələrinin strateji mahiyyəti həm də Prezident İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında qurulan səmimi münasibətlərlə müəyyən edilir. Uğurlu əməkdaşlıq modeli kimi göstərilə bilən həmin münasibətlərdə liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və davamlı təmasları mühüm rol oynayır. Dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən strateji layihələrin həyata keçirilməsində əlverişli zəmin yaradaraq əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Bu dostluq haqqında  Serbiya Prezidenti Aleksandar Vuçiçin fevralın 15-də mətbuata verdiyi bəyanat zamanı dedikləri təbii ki, təsadüfi deyil: "Bu gün Prezident Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim. Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq. Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir".  

Ona görə də Azərbaycan-Serbiya iqtisadi əlaqələri yalnız ticarət göstəriciləri ilə məhdudlaşmır. Bu münasibətlər eyni zamanda uzunmüddətli investisiya planlarına və qarşılıqlı etimada əsaslanan möhkəm tərəfdaşlıq modelinə söykənir. İqtisadi münasibətlərin inkişafında dövlət səviyyəsində yaradılmış əməkdaşlıq mexanizmləri də mühüm rol oynayır. Qeyd edək ki, 15 ildir fəaliyyət göstərən hökumətlərarası komissiya çərçivəsində keçirilən görüşlər iqtisadi gündəliyin sistemli şəkildə müzakirəsinə imkan yaradır. Xatırladaq ki, "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında "Saziş"in icrasını və ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 2011-ci ildə yaradılıb. Bu platforma sahibkarların qarşılaşdığı maneələrin aradan qaldırılması, hüquqi bazanın təkmilləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Biznes-forumlar isə rəsmi dialoqu iqtisadi əməkdaşlığa çevirən əsas körpü rolunu oynayır. İndiyə kimi həm Bakıda, həm də Belqradda təşkil olunan işgüzar görüşlərdə kənd təsərrüfatı məhsullarının ixracı, tikinti sektorunda birgə layihələr, logistika və sənaye parklarında əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin bu platformalarda fəal iştirakı yeni tərəfdaşlıqların formalaşmasına təkan verir. Proseslərə siyasi səviyyədə verilən dəstək isə iqtisadi əməkdaşlığı sürətləndirir. İki gün öncə  Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

İclas siyasi dialoqun davamı olmaqla yanaşı, həm də iqtisadi əməkdaşlığın daha sistemli və planlı şəkildə inkişaf etdirilməsi üçün yol xəritəsinin müəyyənləşdirilməsi deməkdir. Dövlət başçıları səviyyəsində aparılan müzakirələr biznes dairələrinə də aydın mesaj verir: Bakı ilə Belqrad arasında tərəfdaşlıq uzunmüddətli və davamlı xarakter daşıyır. Strateji Tərəfdaşlıq Şurasının fəaliyyəti çərçivəsində ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və sahibkarlar üçün daha əlverişli mühitin yaradılması əsas prioritetlər kimi önə çıxır. Bu isə biznes-forumlarda müzakirə olunan təşəbbüslərin real layihələrə çevrilməsi üçün əlavə zəmin formalaşdırır. Serbiya şirkətləri Azərbaycan bazarını Cənubi Qafqaza açılan qapı kimi qiymətləndirir, Azərbaycan iş adamları isə Serbiyanı Balkan və Mərkəzi Avropa bazarlarına çıxış imkanı kimi görürlər. Bu qarşılıqlı maraq iqtisadi əlaqələrin coğrafiyasını genişləndirir və tərəfdaşlığı strateji  baxımdan daha da zənginləşdirir.

Məhz bu strateji əməkdaşlıq iqtisadi maraqların genişlənməsinə və ticarət, eləcə də  investisiya nəticələrinin əldə olunmasına şərait yaradır. Maliyyə naziri Sahil Babayev  səfər çərçivəsində Serbiyanın Dövlət Müstəqilliyi və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən qəbul  zamanı qeyd edib ki, Azərbaycanın Serbiyadan idxalı  55 faiz artıb, ikitərəfli ticarət dövriyyəsi isə 2025-ci ildə 135 milyon dollar təşkil edib. "Əminik ki, birgə səylərlə Azərbaycan-Serbiya ticarət əlaqələri daha da genişlənəcək. İnvestisiya sahəsində əməkdaşlıq da artır. Serbiyadan Azərbaycana yönələn investisiyalar qeyri-neft sektorunda təxminən 10 milyon dollara çatıb",  - deyə nazir bildirib, son illər iki ölkə arasında əməkdaşlığın geniş sahələrdə -  ticarət, investisiya, enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, sosial siyasət, mədəniyyət və humanitar sahələrdə  əhəmiyyətli şəkildə artdığını vurğulayıb. 

Bu statistikanın arxasında isə təbii ki,  iş adamlarının fəal iştirakı dayanır. Son illər hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasları çərçivəsində  biznes-forumlar təşkil olunur və bu tədbirlərdə indiyə kimi 30-a yaxın Azərbaycan şirkəti ilə 20-dən çox Serbiya biznes nümayəndəsi bir araya gəliblər. İş adamlarının bu cür təşəbbüslərdə iştirakı iki ölkənin iqtisadi münasibətlərinin yalnız rəsmi statistikadan ibarət olmadığını, real biznesin gündəlik həyatında da canlandığını göstərir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:42
17 Fevral

Çində ay təqvimi ilə yeni il başlayıb

10:41
17 Fevral

Payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb  

10:40
17 Fevral

Tünd şokoladın istifadəsi ürəyi və qaraciyəri iltihabdan qoruyur – TƏDQİQAT  

10:38
17 Fevral

Populyar içkilərin gözlənilməz təhlükəsi aşkar edilib

10:37
17 Fevral

Keçmiş məcburi köçkün: Bu gün bizim üçün unudulmazdır 

10:35
17 Fevral

Ağdam sakini: Bu gün bizim üçün çox əlamətdardır 

10:29
17 Fevral

Keçmiş məcburi köçkün: Böyük sevinc hissi ilə Ağdam şəhərinə qayıdırıq 

10:28
17 Fevral

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb  

10:27
17 Fevral

ABŞ-də atışma zamanı 3 nəfər ölüb

10:14
17 Fevral

Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları Azərbaycana il ərzində üç dəfə vizasız gələ biləcəklər  

10:13
17 Fevral

Qərbi Azərbaycan İcmasının üzvləri İrəvan Qazılığının ofisini ziyarət ediblər

10:12
17 Fevral

Azərbaycan və Gürcüstan konsulluq yardımı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib

10:11
17 Fevral

Nazir: BƏƏ ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir  

10:08
17 Fevral

Təbii fəlakət bir aydır Fransa və İspaniyanı çənginə alıb

09:15
17 Fevral

Çillələr yerini çərşənbələrə verir

09:10
17 Fevral

"Sülh körpüsü" cəmiyyətlər arasında etimadın yaranmasına xidmət edir

09:05
17 Fevral

Şirvanda "Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!" mövzusunda tədbir keçirilib

09:00
17 Fevral

Tariximizin faciəvi səhifələrindən biri 

08:55
17 Fevral

Doğma yurdlarına qovuşanların sayı sürətlə artır

08:50
17 Fevral

Azərbaycan geniş geosiyasi sistemin iştirakçısı olduğunu bir daha sübut etdi

08:45
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!