17 Fevral 2026 08:50
184
CƏMİYYƏT
A- A+
Doğma yurdlarına qovuşanların sayı sürətlə artır

Doğma yurdlarına qovuşanların sayı sürətlə artır


"Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir". Prezident İlham Əliyevin bu fikirləri hər keçən gün təsdiqini tapır. Qarabağ və Şərqi Zəngəzurda müasir infrastrukturun yaradılması və həyatın bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir, uzun illər dağıntılara məruz qalmış ərazilərdə sistemli və mərhələli layihələr icra olunur. Bu layihələr yalnız dağıdılmış şəhər və kəndlərin yenidən inşası deyil, həm də insanların həyatının, sosial münasibətlərinin və regional iqtisadiyyatın yenidən formalaşması deməkdir.

2020-ci ildə qazanılan Zəfər regionda tamamilə yeni reallıqlar formalaşdırdı. Bu reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri milli əhəmiyyət daşımaqla yanaşı, həm də qlobal məkan üçün yeni bir nümunə yaradır. Dövlətin gücü, xalqın birliyi və strateji planlaşdırma nəticəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə inkişaf edir, şəhər və kəndlər müasir standartlara uyğun olaraq yenidən qurulur. Bu gün artıq azad edilmiş ərazilər təkcə keçmiş münaqişənin simvolu deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının əsas dayaqlarından biri kimi çıxış edir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri sosial infrastrukturun inkişafını da əhatə edir. Şəhər və kəndlərdə məktəblər, xəstəxanalar, sosial xidmət mərkəzləri tikilir, elektrik, su və rabitə xətləri demək olar ki, sıfırdan qurulur. Bu isə sakinlərin gündəlik ehtiyaclarının ödənilməsini və komfortlu yaşayış şəraitinin təmin olunmasını mümkün edir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında həyata keçirilən layihələr bölgədə dayanıqlı inkişafın təməlini qoyur. Bölgədəki yenidənqurma işləri təkcə infrastrukturla məhdudlaşmır. Tarixi-mədəni irsin qorunması da bu prosesin əsas prioritetlərindən biridir. İşğal dövründə dağıdılmış məscidlər, türbələr, muzeylər və digər mədəniyyət obyektləri mərhələli şəkildə bərpa olunur. Ağdam məscidi, Şuşadakı tarixi məscidlər və digər tarixi abidələr bunun bariz nümunəsidir. Bu yanaşma bölgədə həm maddi, həm də mənəvi dəyərin bərpasını təmin edir, milli-mədəni irsin qorunmasına xidmət edir. Və bütün bu irimiqyaslı proseslərin maliyyə təminatı da dövlət tərəfindən həyata keçirilir. 2020-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 30,5 milyard manat vəsait ayrılıb.

Dünən daha üç yaşayış məskəni sakinlərini qarşılayıb. Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə - 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə 20 ailə - 91 nəfər, Xocalı şəhərinə 30 ailə - 149 nəfər köçürülüb. Xoşbəxtlikləri gözlərindən oxunan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər. Bu insanlar üçün doğma yurda dönüş, sadəcə, ünvan dəyişikliyi deyil, 30 ildən artıq davam edən nisgilin, həsrətin sona çatması deməkdir.

Uzun illərdən sonra dədə-baba ocağına qovuşan insanların sayı da gündən-günə artır. Artıq 6827 ailə, 27410 keçmiş məcburi köçkün doğma yurdunda yaşayır, 8 şəhər, 3 qəsəbə və 26 kənddə məskunlaşma prosesi reallaşdırılıb. 2026-cı ilin sonu - Böyük qayıdışın birinci mərhələsi bitənədək isə bu rəqəm dəfələrlə çox olacaq, 140 min nəfər, yəni 34 min 500 ailə yurduna qovuşacaq.

Sürətlə davam edən bərpa və yenidənqurma işləri çərçivəsində önümüzdəki günlərdə, həftələrdə yurduna qovuşacaq keçmiş məcburi sakinlərin sayı artacaq. Bu ərazilərdən biri də Ağdam şəhəridir. Bir müddət əvvəl Ağdam şəhərinin 2-ci yaşayış kompleksinə sakinlərin qayıdışı təmin edilmişdi. Bununla da şəhər sakinlərinin sayı 103 ailə, 405 nəfərə çatmışdı. İndi isə 5-ci yaşayış kompleksi üzrə tikinti işlərinə başlanılıb. Bu kompleks ümumilikdə 12 məhəllədən ibarətdir. Məhəllələr üzrə 50 bina layihələndirilib. Bunlardan 40-ı yaşayış binası, 10-u isə qeyri-yaşayış binası olaraq nəzərdə tutulub. Mənzillərin ümumi sayı 1074 olmaqla, 1,2,3 və 4 otaqlıdır. Həmçinin yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması planlaşdırılır. 3-cü yaşayış kompleksi isə 13 məhəllədən ibarətdir. 

Ağdam şəhərində bərpa edilmiş Ağdam Cümə məscidinin yardımçı tikililərinin və şəhərdə çoxfunksiyalı inzibati binanın da tikintisinə yaxın vaxtlarda başlanılacaq.

Azərbaycan uzun illərin həsrətinə son qoyaraq ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də dövlətçilik ənənələrini qoruyub saxlayır. İşğaldan azad olunmuş bölgələrdə bərpa və quruculuq işləri yalnız infrastrukturla məhdudlaşmır, eyni zamanda sosial rifah, təhsil, səhiyyə, mədəni irsin qorunması və davamlı məskunlaşma prinsiplərini də əhatə edir. "Böyük qayıdış" proqramı çərçivəsində qayıdan ailələr təhlükəsiz şəkildə öz doğma torpaqlarında həyatlarını qururlar. Bu proses dövlətin gücünü, xalqın birliyini və Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyini bütün dünyaya nümayiş etdirir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:42
17 Fevral

Çində ay təqvimi ilə yeni il başlayıb

10:41
17 Fevral

Payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb  

10:40
17 Fevral

Tünd şokoladın istifadəsi ürəyi və qaraciyəri iltihabdan qoruyur – TƏDQİQAT  

10:38
17 Fevral

Populyar içkilərin gözlənilməz təhlükəsi aşkar edilib

10:37
17 Fevral

Keçmiş məcburi köçkün: Bu gün bizim üçün unudulmazdır 

10:35
17 Fevral

Ağdam sakini: Bu gün bizim üçün çox əlamətdardır 

10:29
17 Fevral

Keçmiş məcburi köçkün: Böyük sevinc hissi ilə Ağdam şəhərinə qayıdırıq 

10:28
17 Fevral

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb  

10:27
17 Fevral

ABŞ-də atışma zamanı 3 nəfər ölüb

10:14
17 Fevral

Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları Azərbaycana il ərzində üç dəfə vizasız gələ biləcəklər  

10:13
17 Fevral

Qərbi Azərbaycan İcmasının üzvləri İrəvan Qazılığının ofisini ziyarət ediblər

10:12
17 Fevral

Azərbaycan və Gürcüstan konsulluq yardımı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib

10:11
17 Fevral

Nazir: BƏƏ ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir  

10:08
17 Fevral

Təbii fəlakət bir aydır Fransa və İspaniyanı çənginə alıb

09:15
17 Fevral

Çillələr yerini çərşənbələrə verir

09:10
17 Fevral

"Sülh körpüsü" cəmiyyətlər arasında etimadın yaranmasına xidmət edir

09:05
17 Fevral

Şirvanda "Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!" mövzusunda tədbir keçirilib

09:00
17 Fevral

Tariximizin faciəvi səhifələrindən biri 

08:55
17 Fevral

Doğma yurdlarına qovuşanların sayı sürətlə artır

08:50
17 Fevral

Azərbaycan geniş geosiyasi sistemin iştirakçısı olduğunu bir daha sübut etdi

08:45
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!