17 Fevral 2026 08:35
160
SİYASƏT
A- A+
Strateji tərəfdaşlar, dost ölkələr

Strateji tərəfdaşlar, dost ölkələr


Azərbaycan-Serbiya əlaqələri intensiv şəkildə inkişaf edir


Azərbaycan və Serbiya əlaqələri diplomatik münasibətlər baxımından 1997-ci ildən başlayıb. Xüsusilə iki dövlət arasında 2011-2012-ci illərdə daha intensiv əlaqələr formalaşıb, münasibətlər həm iqtisadi, həm diplomatik, həm də digər sahələrdə artan dinamika üzrə inkişaf edib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə qəzetimizə açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bu dövr ərzində ölkələrimiz arasında 57 sənəd imzalanıb. "Strateji tərəfdaşlıqla bağlı hökumətlərarası komissiya iş aparıb, bir çox sahə üzrə ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində də Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib və görüşdə bir çox məsələ müzakirə olunub. Prezident İlham Əliyev və Aleksandar Vuçiç həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə  ölkələr arasında münasibətləri diqqətə çəkməklə yanaşı, gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı da fikirlərini bildiriblər", - deyə o bildirib. 

Azərbaycanın Serbiyaya qaz tədarük etdiyini xatırladan deputat deyib ki,  ixrac olunan mavi qazın həcmi bir az da artırılacaq. Serbiyaya nəql olunan qazdan elektrik enerjisi istehsalına sərf olunacağı barədə qərara gəlinib.  Bununla da münasibətlər yeni mərhələyə qədəm qoyacaq. Digər sahələrdə də iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması planlaşdırılır. 

A.Əlizadə qeyd edib ki, Serbiya-Azərbaycan münasibətləri təkcə iqtisadi deyil,  mədəni və digər sahələrdə də inkişaf etməkdədir: "İki dövlət arasında yalnız strateji müttəfiqlik deyil, eyni zamanda dostluq münasibətləri də formalaşıb. Bunun özəyində Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiçin şəxsi dostluq münasibətləri xüsusi rol oynayır. Serbiya Prezidenti mətbuata bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan Prezidentinin siyasi təcrübəsindən yararlanır". 

Deputat vurğulayıb ki, Azərbaycan-Serbiya münasibətləri gələcəkdə daha yüksək səviyyədə inkişaf etdiriləcək. Bu, təbii ki, həm Azərbaycan, həm də Serbiya üçün iqtisadi və digər sahələrdə inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Xatırladaq ki, iki ölkə arasında əlaqələr əvvəlki dövrdə də yüksək səviyyədə olub. Bütövlükdə bu əlaqələr gələcəkdə hər iki dövlətin müxtəlif sahələrdə dividendlər əldə etməsinə vəsilə olacaq".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:42
17 Fevral

Çində ay təqvimi ilə yeni il başlayıb

10:41
17 Fevral

Payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb  

10:40
17 Fevral

Tünd şokoladın istifadəsi ürəyi və qaraciyəri iltihabdan qoruyur – TƏDQİQAT  

10:38
17 Fevral

Populyar içkilərin gözlənilməz təhlükəsi aşkar edilib

10:37
17 Fevral

Keçmiş məcburi köçkün: Bu gün bizim üçün unudulmazdır 

10:35
17 Fevral

Ağdam sakini: Bu gün bizim üçün çox əlamətdardır 

10:29
17 Fevral

Keçmiş məcburi köçkün: Böyük sevinc hissi ilə Ağdam şəhərinə qayıdırıq 

10:28
17 Fevral

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb  

10:27
17 Fevral

ABŞ-də atışma zamanı 3 nəfər ölüb

10:14
17 Fevral

Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları Azərbaycana il ərzində üç dəfə vizasız gələ biləcəklər  

10:13
17 Fevral

Qərbi Azərbaycan İcmasının üzvləri İrəvan Qazılığının ofisini ziyarət ediblər

10:12
17 Fevral

Azərbaycan və Gürcüstan konsulluq yardımı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib

10:11
17 Fevral

Nazir: BƏƏ ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir  

10:08
17 Fevral

Təbii fəlakət bir aydır Fransa və İspaniyanı çənginə alıb

09:15
17 Fevral

Çillələr yerini çərşənbələrə verir

09:10
17 Fevral

"Sülh körpüsü" cəmiyyətlər arasında etimadın yaranmasına xidmət edir

09:05
17 Fevral

Şirvanda "Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!" mövzusunda tədbir keçirilib

09:00
17 Fevral

Tariximizin faciəvi səhifələrindən biri 

08:55
17 Fevral

Doğma yurdlarına qovuşanların sayı sürətlə artır

08:50
17 Fevral

Azərbaycan geniş geosiyasi sistemin iştirakçısı olduğunu bir daha sübut etdi

08:45
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!