17 Fevral 2026 10:41
191
DÜNYA
A- A+
Çində ay təqvimi ilə yeni il başlayıb

Çində ay təqvimi ilə yeni il başlayıb


Fevralın 17-də Çində ay təqvimi ilə yeni il – at ili başlayıb.

AZƏRTAC xəbər verir ki, Çində böyük təmtəraqla qeyd olunan yeni ilin başlaması həm də yaz festivalı adlanır.

Çin xalqının tarixində ən qədim, məzmun baxımından ən zəngin və geniş təsirə malik ənənəvi bayramlarından biri olan yaz festivalı bir neçə min ildir qeyd edilir. Çin zodiak sisteminə əsasən, bu il od ünsürlü at ili, başqa sözlə, alovlu at ilidir. At zəhmətkeşliyi, cəsarəti və dözümlülüyü təmsil edir. Bundan başqa, od enerji simvolu hesab olunur.

Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. İnsanlar köhnə illə vidalaşıb Yeni ili qarşılamaq üçün bir neçə gün əvvəldən hazırlığa başlayır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Yaz festivalında evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.

Yaz festivalı ilə əlaqədar bütün ölkəboyu şənliklər, mərasimlər təşkil olunur. Bu mərasimlərdə Çin tarixi, mədəniyyəti, fəlsəfəsi səhnələşdirilmiş şoular, milli musiqi, rəqslər vasitəsilə təqdim edilir. Yaz festivalı 2024-cü ildə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Yaz festivalı 15 gün davam edir və Fənərlər festivalı ilə yekunlaşır.

Çinlilər bayram günlərində ailəliklə süfrə arxasında toplaşmağa üstünlük verirlər. Ona görə bu bayram həm də ailə həmrəyliyi bayramı hesab olunur. Müxtəlif səbəblərdən ailəsindən, doğmalarından kənarda yaşayanlar, xüsusən də miqrant işçilər bu bayramda evlərinə baş çəkirlər. Çin Yeni il bayramı dünyada ən böyük daxili səyahət dövrü hesab olunur. Səlahiyyətli qurumların proqnozlarına görə bayram günlərində ölkə daxilində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,5 milyard səfər qeydə alınacaq. Buraya turizm məqsədli səyahətlər də daxildir. Buna görə də ictimai nəqliyyata tələbat çoxalır. Əslində bayram səyahəti dövrü Yeni il günündən 15 gün əvvəl başlayır və təxminən 40 gün davam edir. Ölkədaxili səfərlərlə yanaşı, xaricə səyahətlərdə də artır.

Yaz festivalının ən əlamətdar hadisələrindən biri də Çin Mərkəzi Televiziyasının (CCTV) bayram axşamı təşkil etdiyi qala-konsertdir. 1983-cü ildən bəri təşkil olunan konsertdə tanınmış incəsənət ustaları və xaricdən dəvət olunan qonaqlar çıxış edirlər. CCTV-nin builki qala-konserti paytaxt Pekin ilə yanaşı, Harbin, Hefey, İu və İbin şəhərlərindəki studiyalardan canlı yayımlanıb. CCTV-nin yeni il qala-konserti dünyada ən çox tamaşaçının izlədiyi televiziya proqramı hesab olunur. Builki konserti televiziya vasitəsilə 677 milyon tamaşaçı izləyib. Qala-konsertə internet platformalardakı baxışların sayı isə 13,5 milyard olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Premyer Liqası: “Sabah”ın çempionluq şansı açıqlanıb  

12:31
17 Fevral

Allahşükür Paşazadə: Dünya üçün sülhün təşviqindən vacib heç nə ola bilməz  

12:29
17 Fevral

Ötən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

12:28
17 Fevral

Qaradağlı faciəsindən 34 il keçir  

12:28
17 Fevral

Mütəxəssis: Düzgün planlaşdırılmış qidalanma ilə Ramazan orucu əksər insanlar üçün faydalı ola bilər  

12:22
17 Fevral

Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq 

12:21
17 Fevral

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb  

12:17
17 Fevral

Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib

12:13
17 Fevral

Polşa Ukraynada münaqişə bitdikdən sonra cinayətkarlığın artacağını gözləyir

12:01
17 Fevral

Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ

11:56
17 Fevral

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağırılıb

11:41
17 Fevral

Nikol Paşinyan Anna Akopyan ilə rəsmi nikah müqaviləsi bağlayıb

11:38
17 Fevral

Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür  

11:34
17 Fevral

“Könüllülərin Karyera düşərgəsi” yekunlaşıb  

11:28
17 Fevral

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə  

11:21
17 Fevral

Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb

11:19
17 Fevral

Azərbaycan və Mərakeş arasında təhsil sahəsində cari əməkdaşlıq məsələləri müzakirə olunub  

11:13
17 Fevral

Ötən gün 35 cinayətin açılması təmin edilib  

11:03
17 Fevral

Azərbaycan- Serbiya münasibətləri: əməkdaşlığın yeni istiqamətləri  

10:54
17 Fevral

Azərbaycan neftinin qiyməti yenidən 70 dolları ötüb 

10:53
17 Fevral

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:42
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!