09 Dekabr 2025 17:27
225
CƏMİYYƏT
A- A+
Sosial xidmətlərlə bağlı İşçi qrupun növbəti iclası keçirilib

Sosial xidmətlərlə bağlı İşçi qrupun növbəti iclası keçirilib


“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçıları olan orqanların nümayəndələrindən ibarət İşçi qrupun növbəti iclası olub.

Videokonfrans formatında keçirilən iclasda İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası sahəsində aparılan işləri qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Proqrama uyğun olaraq ölkəmizdə sosial xidmətlər sisteminin inkişafı, həmin xidmətlərin kəmiyyət və keyfiyyətinin, əhatə dairəsinin artırılması istiqamətlərində son illər atılan addımlardan bəhs olunub. Həmçinin həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və reinteqrasiya tədbirləri vurğulanıb.

Dövlət Proqramının uğurlu icrası prosesində sistemli yanaşmanın, aidiyyəti dövlət qurumları arasında formalaşmış səmərəli əməkdaşlığın, fəaliyyətlərin koordinasiyalı idarə edilməsinin mühüm rolu diqqətə çatdırılıb. İclasda sosial xidmətin inkişafına dair Dövlət Proqramının icrası işləri, bu sahədə birgə fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən yaradılmış İşçi qrupa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi, Mediasiya Şurası, Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və yerli şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

10:08
11 Dekabr

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya  

10:07
11 Dekabr

Tramp: Zelenski Ukraynadakı müharibə ilə bağlı realist olmalıdır  

10:06
11 Dekabr

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib  

09:57
11 Dekabr

Ermənistanda "kilsə hakimiyyəti"nin "dövlət içində dövlət" dövrü sona çatır

09:45
11 Dekabr

Ölkəmizdə qış turizminin coğrafiyası böyüyür 

09:40
11 Dekabr

Qazaxda Yusif Səmədoğlunun ədəbi irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

09:35
11 Dekabr

Azərbaycan və İraq arasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub  

09:32
11 Dekabr

Bakı Yaradıcı Həftəsi - ortaq dəyərlər, yeni ideyalar, güclənən əməkdaşlıq

09:30
11 Dekabr

Səsimiz AYNA-ya çatmır

09:25
11 Dekabr

Köhnə liftlər sökülüb, yenisi isə quraşdırılmır

09:20
11 Dekabr

Çay da ehsandır

09:17
11 Dekabr

Qağayıların rəqsi

09:15
11 Dekabr

Problem həll olunacaq

09:13
11 Dekabr

Həm sürücülər rahatdırlar, həm də piyadalar 

09:10
11 Dekabr

Belə ola həmişə

09:05
11 Dekabr

Azərbaycan ilə Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib  

09:04
11 Dekabr

Havalar işin sürətləndirilməsini tələb edir

09:00
11 Dekabr

Əbədi yaşayan mərdlik nümunəsi

08:55
11 Dekabr

Dağlara dağ çəkməyək

08:50
11 Dekabr

"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb

08:45
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!