03 Mart 2026 08:15
146
SİYASƏT
A- A+
Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur


Sülh gündəliyinə qarşı pozucu fəaliyyətlərin sonu rüsvayçı fiaskodur


Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkəmiz Cənubi Qafqazda yeni nizamın təməlini qoyub. Azərbaycan öz torpaqlarını azad etməklə kifayətlənməyib, eyni zamanda regionun gələcək inkişafı üçün aydın yol xəritəsi və sülh reallığı təqdim edib. 2020-ci və 2023-cü illərdən bu yana dövlətimizin diplomatik gedişləri münaqişədən sonrakı dövrdə barışığın möhkəmləndirilməsinə xidmət edir. Xüsusən ötən ilin avqust ayındakı Vaşinqton təmaslarından sonra Azərbaycanla Ermənistan arasında sülh və əmin-amanlığın yaradılması üçün əlverişli şərait formalaşıb. Hazırda tərəflər arasında qarşılıqlı inama söykənən bir mühit qurulmaqdadır. 

Lakin son günlər baş verənlər göstərir ki, Azərbaycanın müstəqil siyasəti, sülh və regional əməkdaşlıq istiqamətində həlledici addımları bölgəni öz maraqları naminə daim gərginlikdə saxlamağa çalışan bəzi xarici mərkəzlərin siyasi ambisiyaları ilə toqquşmaqdadır. Yeni reallıqları həzm edə bilməyən, köhnə manipulyasiya rıçaqlarını itirməkdən qorxan müəyyən dairələr hələ də keçmişin qalıqlarını canlandırmağa, irəliyə doğru atılan addımları tormozlamağa çalışırlar. Çünki Azərbaycanın təqdim etdiyi sülh gündəliyi və prosesi irəliyə daşıması hərbi ritorikanı diplomatik masa ilə əvəzlədiyi üçün Cənubi Qafqazı kənar diktələrdən də xilas etmiş oldu. O səbəbdən Bakı tərəfindən irəli sürülən normallaşma gündəmi bəzi Qərb dairələrində qərəzli qrupların təşvişinə yol açır. 

Sülhün real müstəviyə keçərək irəliləməsindən narahat olan həmin qüvvələr tarixin arxivinə gömülmüş separatçılığı yenidən gündəmə gətirməklə bölgəni xaosa sürükləmək məqsədi güdürlər. Bir tərəfdə Bakı və İrəvan arasında birbaşa, vasitəçisiz dialoq prosesi gedirsə, digər cinahda separatçı ölüləri "diriltməyə" çalışan, "humanizm" maskası altında siyasi təzyiq rıçaqlarını işə salan Qərb mərkəzli təşəbbüslər dayanır. Xüsusilə Avropadakı müəyyən mərkəzlərin qondarma rejimi birbaşa və ya dolayısı ilə müdafiə edən təşəbbüslərlə çıxış etdiyi görünür. Ermənipərəst qruplar və ayrı-ayrı şəxslər müxtəlif dövlətlərdə qərəzli müzakirələr təşkil edərək, hüquqi əsası olmayan müraciətlər və saxta sorğularla diqqət çəkməyə çalışırlar.

Maraqlısı odur ki, rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyan, daha doğrusu, tanıdıqlarını bəyan edən dövlətlərin parlamentlərində rəsmi mövqeyə tamamilə zidd, revanşizmi alovlandıran müzakirələr aparılır. İstər Böyük Britaniyanın İcmalar Palatasındakı dinləmələr, istərsə də İsveçrənin bəzi dairələrindəki anti-Azərbaycan təşəbbüsləri şəxsi və qrup maraqlarının dövlət maraqlarını üstələdiyini göstərir. Fevralın 25-də Böyük Britaniyanın qanunverici orqanının İcmalar Palatasında aparılan müzakirələr də Londonun rəsmi kursu ilə ziddiyyət təşkil edir. Xarici parlamentarilər birmənalı dərk etməlidirlər ki, ölkəmizdə "Dağlıq Qarabağ" adında inzibati vahid mövcud deyil və heç zaman da olmayacaq. Azərbaycanın ərazi bütövlüyü, London da daxil olmaqla, dünya birliyi tərəfindən qəti şəkildə təsdiqlənib. Bu baxımdan müzakirələrdə işlədilən qondarma terminlər və etnik mirasla bağlı əsassız iddialar tarixi və hüquqi cəhətdən saxtakarlıqdır. Bu, dövlətimizin suverenliyinə qarşı yönəlmiş qərəzli kampaniyadır. Əsas məsələ ondan ibarətdir ki, zərərli təşəbbüslər ikitərəfli münasibətləri zədələməklə bərabər, regiondakı sülh quruculuğuna da maneə yaradır. Belə həssas mərhələdə separatçılığa "can vermək" cəhdləri Ermənistandakı revanşist meyilləri körükləyir, sülhə qarşı çıxan revanşist qrupların, lobbi mərkəzlərinin iştahasını artırır və iki dövlət arasındakı barışıq cəhdlərini əngəlləyir. 

Ölkəmizin ərazi bütövlüyü və suveren hüquqlarını hədəf alan təxribatçı meyillər son günlərdə "neytral" statuslu İsveçrənin siyasi dairələrində də adi praktikaya çevrilməkdədir. Özünü "beynəlxalq hüququn keşikçisi" kimi dünyaya təqdim edən bir dövlətin qanunverici orqanında Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışların edilməsi ilk növbədə İsveçrənin özünün elan etdiyi prinsiplərə xəyanətdir. Bəzi isveçrəli parlamentarilərin rəsmi qondarma terminlər üzərindən manipulyasiya aparması və "Qarabağ mövzusu"nu süni şəkildə açıq saxlamaq cəhdləri bölgədəki kövrək sülh prosesini baltalamaqdan başqa bir şey deyil. Xüsusilə Erik fon Tobel kimi qərəzli fiqurların İrəvana səfər edərək revanşist və separatçı tör-töküntülərlə görüşməsi xoş olmayan məqsədyönlü niyyətdən xəbər verir. 

Bu canfəşanlıq Ermənistandakı revanşist qüvvələrdə "beynəlxalq dəstək" illüziyası yaradaraq onları yeni münaqişələrə təhrik edir. Dünyaya "obyektivlik" dərsi keçməyə çalışan bir ölkənin parlamentində Azərbaycan əleyhinə qurulan iftira kampaniyası ikili standartların ən rəzil formasıdır. "İnsan haqları" və "demokratiya" şüarları altında maskalanaraq etnik və dini təəssübkeşlik nümayiş etdirmək, əslində, Avropanın təməl dəyərlərinin daxildən aşınması deməkdir.

Regiondan minlərlə kilometr uzaqda yerləşən bu dairələr başa düşməlidir ki, onların qərəzli addımları Azərbaycanın öz torpaqları üzərində bərqərar etdiyi yeni reallığı dəyişmək gücündə deyil. Qərəzli davranış, sadəcə olaraq, İsveçrənin beynəlxalq nüfuzuna və tərəfsiz imicinə bərpaolunmaz zərbə vurur. Bu, Qərbdə bəzi siyasi dairələrin regiona hələ də 1990-cı illərin prizmasından baxmasının təzahürüdür. Əfsuslar olsun ki, anti-azərbaycançı dairələr ölkəmizin öncüllüyü ilə Cənubi Qafqazda təhlükəsizlik sisteminin köklü surətdə dəyişdiyinin fərqinə varmaq istəmirlər. Anlamırlar ki, bu cür siyasi oyunbazlıqlar bölgədəki reallığı dəyişmək gücündə deyil. 

Ona görə də bəzi Qərb paytaxtlarından idarə olunan "siyasi reanimasiya" cəhdlərinin qaçılmaz sonu fiaskodur. Revanşizm xəyallarına qapılanlar və onlara xaricdən "nəfəs" verməyə çalışanlar anlamalıdırlar ki, Cənubi Qafqazın taleyi Bakının diktə etdiyi ədalətli prinsiplər əsasında həll olunmaqdadır. Tarix yazılıb, nöqtə qoyulub və geri dönüş yoxdur. Saatın əqrəbi artıq revanşizmin və separatizmin əleyhinə işləyir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!