03 Mart 2026 08:05
143
SİYASƏT
A- A+
Azəbaycanın BMT zirvəsi

Azəbaycanın BMT zirvəsi


34 il öncə qurulmuş əməkdaşlıq ölkəmizin dünya birliyinə inteqrasiyasında mühüm mərhələ oldu


2 mart 1992-ci il Azərbaycan Respublikasının müasir tarixində xüsusi yer tutur. Məhz bu tarixdə ölkəmiz dünyanın ən böyük siyasi qurumu olan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunaraq beynəlxalq münasibətlər sistemində tamhüquqlu yerini aldı. Bu hadisə Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq səviyyədə tanınmasının və dünya birliyinə inteqrasiyasının mühüm mərhələsi oldu.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində beynəlxalq təşkilatlara üzvlük istiqamətində ardıcıl addımlar atdı. 1992-ci il martın 2-də BMT Baş Assambleyasının qərarı ilə Azərbaycan təşkilatın 181-ci üzvü oldu. Həmin gün Azərbaycanın üçrəngli Dövlət bayrağı BMT-nin Nyu Yorkdakı mənzil-qərargahı önündə ucaldıldı.


Beynəlxalq hüquqi təminat və siyasi tribuna


BMT-yə üzvlük Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində tanınmasına mühüm töhfə verdi. Xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində BMT platforması ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdi.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyərək işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bu sənədlər beynəlxalq hüququn Azərbaycanın mövqeyini dəstəklədiyini bir daha göstərdi. Lakin həmin sənədlər uzun müddət kağız üzərində qalsa da, sonunda Azərbaycan öz gücü hesabına 30 il işğal altında qalan torpaqlarını düşməndən təmizlədi. BMT-nin məlum qətnamələri icra olundu. 


Fəal və məsuliyyətli üzv


Azərbaycan BMT çərçivəsində müxtəlif istiqamətlərdə fəal iştirak edir. Ölkəmiz davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, humanitar təşəbbüslər, iqlim dəyişiklikləri ilə mübarizə və qlobal təhlükəsizlik məsələlərində aktiv mövqe nümayiş etdirir.

2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi dövlətimizin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisi oldu. Həmin dövrdə Azərbaycan sülhün, təhlükəsizliyin və beynəlxalq hüququn qorunmasına yönəlmiş təşəbbüslərlə çıxış etdi.

Beləliklə, 2 mart tarixi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və beynəlxalq mövqeyinin güclənməsi baxımından mühüm simvolik məna daşıyır. Bu gün ölkəmiz qlobal proseslərin fəal iştirakçısı, beynəlxalq hüququn prinsiplərinə sadiq və dünya birliyi ilə sıx əməkdaşlıq edən müstəqil dövlətdir.

2 mart - Azərbaycanın dünya ailəsinə qoşulduğu və beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutduğu gündür. 


BMT-də islahatlar zamanın tələbidir


Prezident İlham Əliyev dəfələrlə çıxışlarında BMT-də islahatların aparılmasının vacibliyini vurğulayıb. Dövlətimizin başçısının fikrincə, BMT-nin daha effektiv və ədalətli şəkildə fəaliyyət göstərməsi üçün struktur dəyişiklikləri və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi zəruridir. Bu islahatlar, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının strukturu ilə bağlı məsələlərdə önə çıxır. 

Cənab İlham Əliyev böyük dövlətlərin veto hüququnu əlində saxlaması səbəbindən, bu qurumun qərarlarının daha ədalətli və bərabərhüquqlu olması üçün islahatların vacib olduğunu vurğulayır. Eyni zamanda BMT-nin inkişaf etməkdə olan ölkələrin səsi ilə daha çox eşidilməsi və onların maraqlarını daha yaxşı əks etdirməsi məqsədilə bu islahatlar həyata keçirilməlidir. Bu islahatların həyata keçirilməsi nə qədər çətin olsa da, qlobal məsələlərə cavab verməkdə BMT-nin rolunu gücləndirə bilər. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!