17 Sentyabr 2026 15:06
140
DÜNYA
A- A+
Yaponiya 2031-ci ilə qədər 52 min dron almağı planlaşdırır

Yaponiya 2031-ci ilə qədər 52 min dron almağı planlaşdırır


Yaponiya ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə ilkin proqram layihəsi çərçivəsində 2027-2031-ci illərdə təxminən 52 min pilotsuz uçuş aparatı (PUA) almağı nəzərdə tutur. Bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin xəbərinə görə, dronlar düşmən bazalarına hücum etmək və kəşfiyyat məlumatları toplamaq üçün istifadə olunacaq. PUA-ların təxminən 10 mini uzaq məsafəyə uçaraq quru hədəflərinə zərbə endirmək imkanına malik olacaq. Daha 7,5 min dron müşahidə və kəşfiyyat aparmaq, 1,3 min PUA isə gəmilərin müdafiəsi üçün ayrılacaq.

Bu satınalmalar üçün 9 trilyon yendən (təxminən 58 milyard dollar) çox vəsait tələb olunacaq ki, bu da cari beşillik dövr üçün ayrılan məbləğdən iki dəfə çoxdur. Əlavə olaraq, hökumət mənbələri ölkənin ümumi müdafiə xərclərinin 43 trilyon yendən 70-80 trilyon yenə qədər artırıla biləcəyini bildiriblər.


Yasəmən MUSAYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü qeydə alınıb  

15:46
17 Sentyabr

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNƏCƏK

15:11
17 Sentyabr

Zirədə 100 MVt-lıq günəş elektrik stansiyası tikiləcək  

15:07
17 Sentyabr

Yaponiya 2031-ci ilə qədər 52 min dron almağı planlaşdırır

15:06
17 Sentyabr

                                Ağdam kəndlisi fəallıq göstərir  

15:04
17 Sentyabr

Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası   

15:02
17 Sentyabr

Fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib

15:00
17 Sentyabr

Kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir  

14:54
17 Sentyabr

Deputatlarımız Rusiya Federasiyasında keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər  

14:53
17 Sentyabr

YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib  

14:52
17 Sentyabr

Qlobal kosmos iqtisadiyyatında özəl sektorun rolu sürətlə artaraq rekord səviyyəyə çatıb  

14:45
17 Sentyabr

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub YENİLƏNƏCƏK

14:43
17 Sentyabr

Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub YENİLƏNƏCƏK

14:42
17 Sentyabr

İcma: Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməlidir  

14:41
17 Sentyabr

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

14:40
17 Sentyabr

Emin Əmrullayev: Fundamental təhsil göstəricilərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır  

14:40
17 Sentyabr

Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq  

14:39
17 Sentyabr

Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığının genişləndirilməsi razılaşdırılıb  

14:38
17 Sentyabr

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır  

14:37
17 Sentyabr

Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır  

14:36
17 Sentyabr

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib YENİLƏNİB

14:35
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!