17 Sentyabr 2026 14:52
143
CƏMİYYƏT
A- A+
YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib  

YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib  


Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövründə təşkilat qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində məqsədyönlü fəaliyyət göstərib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Bildirilib ki, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ideoloji işin gücləndirilməsi və partiyanın əsas prinsiplərinin təbliği istiqamətində ardıcıl və səmərəli tədbirlər həyata keçirilib.

Milli Məclisinin deputatı Məşhur Məmmədov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin nəticələrindən danışıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycanın inkişafına və mühüm nailiyyətlər əldə etməsinə öz töhfəsini verib.

Daha sonra Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi - direktor vəzifəsini müvəqqəti icra edən Zeynəb Məmişzadə, Şiləvəngə ərazi partiya təşkilatının sədri, Gavran kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Fərman Mustafayev ərazi partiya təşkilatlarının fəaliyyətindən, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirakından söz açıblar.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra fəaliyyətin daha səmərəli qurulması istiqamətində görülən işlərdən danışıb, rayon təşkilatının işini müsbət dəyərləndirib.

Konfransda YAP Yardımlı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. 


Seyran CAVADOV,

  “Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü qeydə alınıb  

15:46
17 Sentyabr

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNƏCƏK

15:11
17 Sentyabr

Zirədə 100 MVt-lıq günəş elektrik stansiyası tikiləcək  

15:07
17 Sentyabr

Yaponiya 2031-ci ilə qədər 52 min dron almağı planlaşdırır

15:06
17 Sentyabr

                                Ağdam kəndlisi fəallıq göstərir  

15:04
17 Sentyabr

Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası   

15:02
17 Sentyabr

Fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib

15:00
17 Sentyabr

Kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir  

14:54
17 Sentyabr

Deputatlarımız Rusiya Federasiyasında keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər  

14:53
17 Sentyabr

YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib  

14:52
17 Sentyabr

Qlobal kosmos iqtisadiyyatında özəl sektorun rolu sürətlə artaraq rekord səviyyəyə çatıb  

14:45
17 Sentyabr

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub YENİLƏNƏCƏK

14:43
17 Sentyabr

Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub YENİLƏNƏCƏK

14:42
17 Sentyabr

İcma: Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməlidir  

14:41
17 Sentyabr

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

14:40
17 Sentyabr

Emin Əmrullayev: Fundamental təhsil göstəricilərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır  

14:40
17 Sentyabr

Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq  

14:39
17 Sentyabr

Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığının genişləndirilməsi razılaşdırılıb  

14:38
17 Sentyabr

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır  

14:37
17 Sentyabr

Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır  

14:36
17 Sentyabr

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib YENİLƏNİB

14:35
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!