02 İyul 2022 02:01
1685
CƏMİYYƏT
A- A+
Son 20 ilin rekord daşqınları baş verir

Son 20 ilin rekord daşqınları baş verir

 

Ölkədəki leysan yağışları, təbii fəlakətlər indi problem yaratsa da, faydası da var

 

Bu il ölkədə yağıntıların bol olması çaylarda sululuğu da artırıb. Çaylarda suyun səviyyəsinin qalxması isə selə, daşqın hadisələrinə səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, bu ilin iyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub. Əvvəlki illərdə daha az sel və daşqın hadisələri baş versə də, bu ilin iyun ayında əsasən şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında daha çox  daşqın və sel hadisəsi qeydə alınıb. Belə hadisələrin artması dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması ilə izah olunur.

Ümumilikdə Azərbaycan ərazisi dünyada daha çox sel müşahidə edilən zonalar sırasına daxil edilir. Respublika ərazisinin təxminən yarısını əhatə edən Böyük və Kiçik Qafqaz dağ sistemlərində sel hadisələrinin formalaşması daha intensiv baş verir. Ən çox sel Böyük Qafqazın cənub yamacında və Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində baş verir. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə qısa müddətdə əriyən qar suları hesabına yaranır. Ölkəmizdə yaranan sellərin isə 85-87 faizi yağış suları hesabına formalaşır.

 

İyul ayında da qısamüddətli daşqın  və sel hadisələri gözlənilir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qəzetimizə açıqlamasında deyib ki, iyun ayında ölkə ərazisinə yağan intensiv leysan yağışları nəticəsində Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel hadisəsi müşahidə olunub. Onun sözlərinə görə, ən təhlükəli daşqın hadisəsi Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb.

Ümumiyyətlə, iyun ayında 18  daşqın və sel hadisəsi qeydə alınıb ki, bu da son 20 ildə ən yüksək göstəricidir.

Asif Verdiyev qeyd edir ki, Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan intensiv yağışlar nəticəsində iyunun 26-27-də Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsi 2 metrə qədər artıb. Bu artım Azərbaycanda Kür çayının Ağstafa rayonunun ərazisində Qıraqkəsəmən məntəqəsində də iyunun 27-28-də özünü göstərib. Bu müddət ərzində Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 187 santimetr artıb və ən yüksək səviyyəyə çatıb.

Hidroloq bildirir ki, artıq iyunun 28-dən başlayaraq bu günə kimi Kür çayının Gürcüstan ərazisindən keçən hissəsində suyun səviyyəsində azalma müşahidə edilir. Həmin ərazidə iyunun 30-na kimi suyun səviyyəsi 154 santimetr, Azərbaycanda isə iyunun 29-dan başlayaraq  30-na kimi suyun səviyyəsi 85 sm azalıb.

Hidrologiya Mərkəzinin direktorunun sözlərinə görə, ötən ay müşahidə edilən qeyri-sabit hava şəraiti iyun üçün o qədər də xas deyil: "Əvvəlki illərdə bu qədər sel, daşqın hadisəsi qeydə  alınmırdı. Artıq yaz-yay gursululuq dövrü başa çatıb, hazırda  çaylarda müşahidə olunan daşqın  və sel hadisələri yağan yağışlarla əlaqəlidir, yəni yağış daşqınlarıdır".

Asif Verdiyev vurğulayır ki, iyul ayında da Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel hadisələrinin müşahidə olunacağı istisna edilmir.

 

İqlimdə baş verən dəyişmələr dünya su ehtiyatlarına təsir göstərir

 

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov qəzetimizə açıqlamasında bildirir ki, bu gün təbiətdə iki əsas problem var: bunlar bir-biri ilə bağlı olan iqlim dəyişmələri və su təminatı problemləridir. Alim qeyd edir ki, iqlimdə baş verən hər hansı dəyişmələr dünya su ehtiyatlarına ciddi təsir göstərir. XX əsrin sonlarında qeyd edilmişdi ki, XXI əsrin əvvəllərində dövlətlər xarici siyasətlərində su problemini əsas gündəliyə salacaqlar. Bu, indi, doğrudan da, baş verir.

Rza Mahmudov deyir ki, çayların il ərzində müxtəlif rejimləri olur. Daşqın rejimli çayların qidalanmasında 60-70 faiz yağış suları, gursulu rejimdə isə 60-70 faiz qar suları iştirak edir: "Mart-aprel aylarında çaylarımızın quruması ilə bağlı həyəcan təbili çalındı. Xüsusən Kür çayının aşağı axınında problemin böyük olduğu deyilirdi, amma bu, təkcə Kür çayına deyil, bütün çaylara, göllərə aid məsələdir".

Professor bildirir ki, Azərbaycanda, xüsusən Bakı və Abşeronda may və iyun ayında digər ölkələrə nisbətən havanın temperaturu normadan aşağı olub. Bununla belə, çaylarda baş verən daşqın, gursululuq, sel hadisələri birbaşa iqlimin təsiridir. Bizim çaylarda daşqın bir rejimdir, hər il olmalıdır, təbii prosesdir. Amma bir il yağıntı az düşə, qar örtüyü az ola bilər, həmin il azsulu dövr olur. Müəyyən illərdə, hətta Mingəçevir su anbarı layihə həcmində doldurula bilmir. Daşqın və sel hadisələrinin həm səth, həm də yeraltı su ehtiyatlarının formalaşmasında müstəsna rolu oldu. Bu gün Avropada, xüsusən Almaniya, İtaliya, İspaniyada quraqlıqdır, çaylarda suyun səviyəsi kəskin şəkildə aşağı düşür, böyük həyəcan təbili çalınır.

 

Daşqınlar su anbarlarımızın dolmasına səbəb olur

 

Şöbə müdiri qeyd edir ki, Azərbaycan az su təminatlı ölkələr sırasına daxildir, belə olan halda isə atmosfer yağıntılarının normadan çox olmasına sevinməliyik: "Təbii ki, daşqın, sel hadisələrinin qarşısının alınması üçün tədbirlər görülməlidir. Amma həmin sular eyni zamanda su anbarlarımızın dolmasına səbəb olur. Bu il çoxsulu illər sırasındadır. Yağıntılar olmasaydı, məhsuldarlıq aşağı düşəcək, meşə zolaqlarımızın su ilə qidalanması zəifləyəcək, təbii meşə yanğınları artacaqdı".

Rza Mahmudov vurğulayır ki, bunlar hamısı təbiətdə baş verən proseslərin bir-birini tamamlayan kökləridir. Kür çayının aşağı axınında suyun səviyyəsinin artması yaxşı haldır. 1969-cu ildə Qıraqkəsəmən məntəqəsindən saniyədə 2714 kubmetr su keçirdisə, quraq illərdə bu göstərici 40-50 kubmetr aşağı düşür. Baş verən daşqın, sel hadisələri çayların məcrasından çıxmasına, səviyyəsinin artması ilə məcranın yuyulması təbii fəsadlara səbəb olur. Amma quraqlıq hadisəsini bununla müqayisə etmək mümkün deyil.

Professor deyir ki, ölkə ərazisinin 20-25 faizi sel təhlükəli ərazilərdir. Onun sözlərinə görə, normal halda selə ən çox məruz qalan ərazilər Şəki-Zaqatala, Naxçıvan, Böyük Qafqazın cənub-şərq yamacı, Kiçik Qafqazın bəzi çaylarıdır. Sel ilin istənilən vaxtında,  hətta quru çay dərəsində intensiv qar əriməsindən və intensiv yağışlardan yarana bilər. Bu, hər il o qədər təhlükə törətmir. Seldən mühafizə üçün bəndlər tikilir, mühafizə qurğuları qoyulur, xəbərdarlıq olunur.

Rza Mahmudov gursululuq nəticəsində su anbarlarının dolmasına, səth və yeraltı suların formalaşmasına görə ən azı bu il su problemi ilə üzləşməyəcəyimizi deyir. Su problemi, iqlim dəyişmələri bəşəriyyətin yaranmasının, mövcudluğun əsasını təşkil edir. Bəşəriyyətin gələcəyi də bu iki problemin həllindən asılıdır.

Təhlillər göstərir ki, sel, daşqın, subasma hadisələri Azərbaycan iqtisadiyyatına zərər yetirən təbii fəlakətlərdəndir. Azərbaycan əhalisinin təqribən 1 milyon nəfəri sel təhlükəli rayonlarda yaşayır, 18 inzibati rayon ərazisində yerləşən 200-dən artıq yaşayış məntəqəsi, 300 km uzunluğa malik dəmir yolları, 1000 km-dən çox respublika əhəmiyyətli şose yolları, körpü və qurğular, kənd təsərrüfatı obyektləri mütəmadi olaraq sel təhlükəsinə məruz qalır, dağılır, yararsız hala düşür.

Subasmalar əsasən Kür və Araz çaylarının aşağı axarında gursululuq dövründə baş versə də, iqlim dəyişiklikləri ilə əlaqədar mövsümə xas olmayan yağışların intensivliyi nəticəsində belə hadisələrin vaxtı da yerini dəyişir. 

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!