01 Sentyabr 2026 19:07
106
SİYASƏT
A- A+
Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi

Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi


Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirmək, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluğun sarsılmazlığını göstərmək üçün növbəti “fürsət pəncərəsi” olub.

Bu fikirləri Türkiyənin Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa AZƏRTAC-a müsahibəsində deyib.

O, ŞƏT-i gələcək dünya nizamının formalaşdırılması üçün mühüm dialoq platforması adlandırıb. “Pekindən Moskva, Yeni Dehli və İslamabada qədər uzanan ŞƏT məkanında dünya əhalisinin 40 faizədək hissəsi yaşayır və dünya iqtisadiyyatının mühüm bir hissəsi burada cəmləşib. Bu platforma sadəcə əməkdaşlıq formatı deyil, həm də qlobal proseslərin mərkəzidir”, – deyə rektor qeyd edib.

Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə geosiyasi şahmat taxtasında üzərinə düşən tarixi məsuliyyəti dərk edir. Prezident Ərdoğanın uzaqgörən və qətiyyətli rəhbərliyi sayəsində Ankara təkcə öz regionunda deyil, qlobal miqyasda da oyunun qaydalarını dəyişmək iqtidarında olan və qəbul edilən güc mərkəzlərindən biri hesab olunur.

K.Karamustafa Ankaranın dost ölkələr üçün güclü tərəfdaş, rəqibləri üçün isə “çəkindirmə amili” olduğunu vurğulayıb.

“Türkiyənin Türk dünyası ilə yaxınlaşma siyasətində ən mühüm halqa dost Azərbaycandır. Prezident İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiyanın taleyini müəyyən edən aktordur. 44 günlük müharibədə Qələbədən sonra regionda yaranmış yeni geosiyasi reallıq təkcə tarixi ədalətin bərqərar olmasının göstəricisinə deyil, həm də məzlum xalqlar üçün ümidə çevrilib”, – deyə o qeyd edib.

Rektor ŞƏT ölkələrini Avropa və Aralıq dənizi regionu ilə birləşdirən Orta Dəhlizin təməl daşının Azərbaycan olduğunu bildirib və Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayıb.

Universitetin rektoru qeyd edib ki, Ankara və Bakı arasındakı “Bir millət, iki dövlət” kəlamına əsaslanan qarşılıqlı fəaliyyət, o cümlədən nəqliyyat və enerji layihələri vasitəsilə Türk dünyasının konsolidasiyasına töhfə vermək üçün böyük potensiala malikdir.

“Şübhəsiz ki, Bişkekdə keçirilən ŞƏT sammiti regional təhlükəsizliyi gücləndirəcək, Avrasiyanın layiq olduğu daha ədalətli dünyanın qurulmasına stimul verəcək. Türkiyə və Azərbaycanın sarsılmaz həmrəyliyi isə bu məqsədə nail olunmasına töhfə olaraq qalır”, – deyə K.Karamustafa fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub  

19:30
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

19:15
01 Sentyabr

Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi

19:07
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!