07 Avqust 2026 10:40
238
İQTİSADİYYAT
A- A+
Səfalı təbiət, yüksək xidmət

Səfalı təbiət, yüksək xidmət


Yay gələndə, havalar isinməyə başlayanda işdən yorulan insanlar dincəlmək, təbiətə yaxın olmaq, şəhərin səs-küyündən uzaqlaşmaq, istirahət etmək üçün planlar qurur, ailə büdcəsinə uyğun istirahət yerlərini seçirlər. 

İstirahətə yollanan turistlər daha çox təbiətin qoynuna səfər etməyə üstünlük verirlər. Buna görə də ölkədə yay turizmi daha çox inkişaf edib. Bu hesaba yayda turistlərin istirahət etmələri üçün istirahət mərkəzlərində kifayət qədər əlverişli şərait yaradılıb. Qusar, Qəbələ, Quba, İsmayıllı, Şəki, Lənkəran, Xızı və s. zonalarında hərtərəfli şəraiti olan turizm kompleksləri fəaliyyət göstərir.

Daim iqtisadi gücü artan, getdikcə beynəlxalq aləmdə böyük nüfuz qazanan ölkəmiz ardıcıl olaraq beynəlxalq tədbirlərə evsahibliyi edir. Belə tədbirlər ölkəmizi dünyaya daha da yaxından tanıdır və sevdirir. Şəhərlərimizin və təbiətimizin gözəlliyi bu tədbirlərdə iştirak edən insanların diqqətini özünə cəlb edir, onlarda yenidən ölkəmizə səfər etməyə maraq və istək oyadır.

Artıq yay turizminin son ayıdır. Yalnız xarici deyil, yerli turistlər də istirahətlərini ürəklərincə keçirmək üçün ölkəmizdə yaradılmış yay turizminin imkanlarından hərtərəfli faydalanaraq istirahətlərinin rahatlığını təmin edirlər. Amma turizm istirahətlə yanaşı, həm də biznesdir, bu sahə ilə məşğul olanların gəlir mənbəyidir. Dünya Turizm Təşkilatının hesablamalarına görə, əgər 2000-ci ildə dünya üzrə turizm gəliri 500 milyard dollar olmuşdursa, bu rəqəm sonrakı illər dəfələrlə artmışdır. Bu gün  inkişaf sürətinə və qazanılan gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur. Görünür, elə buna görə də həm dövlətlərin, həm də iş adamlarının bu sahəyə marağı az deyil. 

Dönək vətənimizə. Yay aylarında Azərbaycana daha çox turistin gəlməsi ölkəmizin təbiətinin gözəlliyindən və burada onlara göstərilən xidmətin yüksək səviyyədə təşkil edilməsindən xəbər verir. İsti aylarda ölkəmizə gələn turistlər istirahətlərini daha maraqlı və səmərəli keçirmək üçün əsasən Böyük Qafqaz dağlarının ətəklərində yerləşən bölgələrə üz tuturlar. Qəbələ, Quba, İsmayıllı, Qax, Zaqatala, Balakən, Xızı, Lənkəran, Gədəbəy kimi dağ rayonlarında istirahət etmək həm təbiətlə ünsiyyətdə olmaq, həm də bu yerlərin qədim tarixi ilə tanış olmaq  deməkdir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

12:00
07 Avqust

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu 

11:45
07 Avqust

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu

11:40
07 Avqust

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

11:35
07 Avqust

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib

11:30
07 Avqust

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"suna məğlub olub

11:25
07 Avqust

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

11:25
07 Avqust

Dünya birjalarında neft bahalaşıb

11:20
07 Avqust

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

11:15
07 Avqust

Avropada istidən 25 mindən çox insan ölüb

11:10
07 Avqust

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

11:08
07 Avqust

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

11:05
07 Avqust

Səfalı təbiət, yüksək xidmət

10:40
07 Avqust

Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi

10:30
07 Avqust

Yazılmayan kitabın qəhrəmanı

10:20
07 Avqust

Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı

10:10
07 Avqust

Tarixin səssiz şahidləri və kimlik mübarizəsi

10:00
07 Avqust

Dövlət proqramı Azərbaycanın kənd təsərrüfatına nə vəd edir

09:50
07 Avqust

Zəngilan zəngin keçmişi üzərində qurulur

09:40
07 Avqust

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!