07 Avqust 2026 12:00
190
İQTİSADİYYAT
A- A+
Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb


Lənkəranda ən ciddi problemlərdən biri – kanalizasiya sisteminin yenilənməsi istiqamətində mühüm addımlar atılır. “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində işlərə artıq start verilib. 

Səttərxan, Tofiq Aslanov, H.Z.Tağıyev və Koroğlu küçələrindən start götürən layihə üzrə tikinti-quraşdırma işlərinin miqyası yaxın günlərdə daha da genişlənəcək. Yaxşı olan həm də odur ki, layihə çərçivəsində asfalt örtüyünün kəsilərək tullantı poliqonuna daşınması, qazılma zamanı yaranan yararsız torpağın kənarlaşdırılması, kommunikasiya xətlərinin köçürülməsi və bərpası, habelə təmir işləri aparılan yolların ərazisində işlər bitəndən dərhal sonra asfaltlanmanın aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Lənkəran şəhərinin kanalizasiya sistemi ötən əsrin 50-60-cı illərində cəmi 20 min nəfərin tələbatını ödəmək şərti ilə inşa edilib. Sonrakı dövrdə şəhər və ətraf yaşayış məntəqələrinin əhalisi üç dəfədən çox artdığı üçün köhnəlmiş sistem mövcud tələbatı qarşılaya bilmirdi.

Kanalizasiya sisteminin yenidən qurulması şəhər və ətraf ərazilərin inkişafına, əhalinin yaşayış şəraitinin yaxşılaşmasına, ətraf mühitin qorunmasına, bu sahədə mövcud olan problemlərin birdəfəlik həllinə mühüm töhfə verəcək. Aparılan işlər müəyyən müddət rahatsızlıq yaratsa da, sakinlər bunu anlaşıqlı qəbul edirlər. Anlayırlar ki, bu işlər gələcəkdə şəhərin müasir və dayanıqlı kanalizasiya infrastrukturuna qovuşması, onların rahat və sağlam yaşayış şəraiti ilə təmin olunması naminə həyata keçirilir. 


Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donald Tramp ABŞ-də "doğum turizmi"ni yenidən qadağan etmək istəyir

12:13
07 Avqust

Nabranda təmizlik aksiyası keçirilib

12:03
07 Avqust

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

12:00
07 Avqust

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu 

11:45
07 Avqust

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu

11:40
07 Avqust

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

11:35
07 Avqust

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib

11:30
07 Avqust

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"suna məğlub olub

11:25
07 Avqust

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

11:25
07 Avqust

Dünya birjalarında neft bahalaşıb

11:20
07 Avqust

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

11:15
07 Avqust

Avropada istidən 25 mindən çox insan ölüb

11:10
07 Avqust

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

11:08
07 Avqust

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

11:05
07 Avqust

Səfalı təbiət, yüksək xidmət

10:40
07 Avqust

Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi

10:30
07 Avqust

Yazılmayan kitabın qəhrəmanı

10:20
07 Avqust

Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı

10:10
07 Avqust

Tarixin səssiz şahidləri və kimlik mübarizəsi

10:00
07 Avqust

Dövlət proqramı Azərbaycanın kənd təsərrüfatına nə vəd edir

09:50
07 Avqust

Zəngilan zəngin keçmişi üzərində qurulur

09:40
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!