07 Avqust 2026 10:30
185
CƏMİYYƏT
A- A+
Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi

Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi


Ölkəmiz son illər beynəlxalq turizm bazarında tanınma və rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm uğurlar əldə edib. Bu yöndə həyata keçirilən dövlət siyasəti, beynəlxalq marketinq kampaniyaları və infrastruktur layihələri nəticəsində turizm sektorunda vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. 

Ötən il turizmin inkişafı ilə bağlı aparılan araşdırmaya görə, Azərbaycanın müxtəlif xarici bazarlar üzrə orta tanınma göstəricisi artıq 48 faizə yüksəlib. Bu rəqəm ilk baxışda sadə statistik göstərici kimi görünə bilər. Lakin beynəlxalq turizm sənayesində tanınma səviyyəsinin 2 dəfə və daha çox artması respublikamızın qlobal turizm xəritəsində mövqeyinin güclənməsi deməkdir. Xüsusilə Türkiyə bazarında 90, Səudiyyə Ərəbistanında 75 faiz səviyyəsində tanınma göstəriciləri Azərbaycanın Yaxın Şərq və türk dünyasında artıq tanınmış turizm istiqaməti statusu qazandığını göstərir. Almaniyada bu göstəricinin 30 faizə yüksəlməsi isə Avropanın ən böyük turizm bazarlarından birində Azərbaycan haqqında məlumatlığın artdığını nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var: əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir, dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalar təmin edilir, özəl sektor isə, öz növbəsində, investisiyaları təşkil edir. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər".

Belə tanışlığı genişləndirən sahələrdən biri də Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezidentin sərəncamı ilə Bakıda yaradılan, həmçinin dünyada turizm brendinə çevrilən Zəfər parkı və Zəfər muzeyidir. İftixarla demək olar ki, bu gün paytaxtın görməli yerində - Nobel prospekti ilə Ağ şəhər bulvarı arasında yaradılan bu kompleks dünya azərbaycanlılarının müqəddəs və qürur doğuran ziyarət məkanına çevrilib. 

Heç kimə sir deyil ki, "Odlar Yurdu"nun qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi ağrılı-acılı günlərlə yanaşı, qürurverici məqamları ilə yaddaşlara əbədi həkk olub. Odur ki, Azərbaycanın bölgələrindən, hətta xarici ölkələrdən Bakıya yolu düşən əcnəbilər bu ocağı həvəslə ziyarət edirlər. Yaz-yay aylarında buraya gələnlərin sayı daha çox olur. Azərbaycan İstiqlal Muzeyində əməkdaşların dəstəyi sayəsində şəhid və qazi ailələrindən, Vətən müharibəsinin iştirakçılarından götürülmüş şəxsi əşyalar və müxtəlif materiallar sərgilənir. Günü bu gün də muzey əməkdaşları hərbi qənimətlərin toplanması işini davam etdirirlər. Muzey əməkdaşları həm paytaxtda, həm də rayonlarda şəhid ailələri ilə görüşür, şəhidlərin yadigar qalan əşyalarını toplayır və komplektləşdirirlər. Muzeyin direktoru Sədi Mirseyibli bildirdi ki, ziyarətçilərə 9 min 203-dən çox əşya təqdim olunur. Cari ildə şəhid ailələri, qazilər və Vətən müharibəsində iştirak edən şəxslərə aid daha 300 əşya muzeyə gətirilib. Polad Həşimova, Xudayar Yusifzadəyə, Rəşad Babayevə aid əşyalar artıq tam komplektləşdirilib.

Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: "Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi", "Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış", "44 günlük Vətən müharibəsi. "Dəmir yumruq" əməliyyatı", "Şanlı Zəfər. Şuşanın azad olunması", "Qəhrəmanlar yolu", "Qarabağ Azərbaycandır!", "Dövlət suverenliyinin bərpası. 20.09.2023", "Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş".

Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçilərə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər kəsə yenidən yaşadır. Muzeydə ziyarətçilərin ən çox diqqətini çəkən çoxdan bəri həyata keçirilən "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün" adlı layihədir. 

Muzeylə tanışlıq zamanı əslən Bakıdan olan Firuzə Kərimova və ailə üzvləri ilə görüşdük.

- Uzun illərdir Almaniyada yaşayıram. Orada tanış azərbaycanlılar, eləcə də almanlar Azərbaycan Prezidentinin qətiyyəti, zabit və əsgərlərimizin şücaəti sayəsində işğaldan azad edilmiş ərazilərimiz haqqında həmişə maraqla danışırlar. Çox arzusunda idim Bakıya gəlim - Zəfər parkını, Zəfər muzeyini ziyarət edim, deyilənlər haqında daha məlumatlı olum. Qəhrəmanlarımızın şəxsi əşyalarının nümayiş olunduğu sərgilər təsirlidir. Bir şey daha çox xoşuma gəldi. Muzeydə təkcə Vətən müharibəsində şəhid və qazi olmuş zabit və əsgərlərlə, könüllü döyüşçülərlə deyil, Aprel döyüşləri və antiterror əməliyyatı şəhidləri, habelə Birinci Qarabağ müharibəsində şəhid və qazi olmuş qəhrəmanların şəxsi əşyaları - geyimləri, habelə fotoları nümayiş edilir. Fondları gəzdikcə qürur hissi keçiririk, iftixar duyğuları ürəyimizi riqqətə gətirir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib

11:30
07 Avqust

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"suna məğlub olub

11:25
07 Avqust

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

11:25
07 Avqust

Dünya birjalarında neft bahalaşıb

11:20
07 Avqust

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

11:15
07 Avqust

Avropada istidən 25 mindən çox insan ölüb

11:10
07 Avqust

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

11:08
07 Avqust

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

11:05
07 Avqust

Səfalı təbiət, yüksək xidmət

10:40
07 Avqust

Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi

10:30
07 Avqust

Yazılmayan kitabın qəhrəmanı

10:20
07 Avqust

Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı

10:10
07 Avqust

Tarixin səssiz şahidləri və kimlik mübarizəsi

10:00
07 Avqust

Dövlət proqramı Azərbaycanın kənd təsərrüfatına nə vəd edir

09:50
07 Avqust

Zəngilan zəngin keçmişi üzərində qurulur

09:40
07 Avqust

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!