27 Yanvar 2023 01:44
472
SİYASƏT
A- A+
Savaşdan dərs çıxarmayan Ermənistan yenə sərsəmləyir

Savaşdan dərs çıxarmayan Ermənistan yenə sərsəmləyir

 

Məğlub ölkə yenidən rəsmi səviyyədə müharibəyə çağırışlar edir

 

44 günlük müharibədə biabırçı məğlubiyyətindən dərs çıxarmayan Ermənistan son zamanlar yenidən Azərbaycana qarşı revanşist və təxribatçı mövqe sərgiləməyə başlayıb. Xarici havadarlarından aldığı dəstəkdən cuşa gələn məğlub ölkə hətta o dərəcədə ruhlanıb və quduz iştahaya düşüb ki, rəsmi səviyyədə müharibəyə çağırışlar edir. 
Yanvarın 24-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsindəki çıxışı zamanı Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi də elə bu qəbildəndir və özündə Azərbaycana qarşı ciddi təhdid ehtiva edir. Ermənistan Mirzoyanın dilindən səsləndirdiyi müharibəyə çağırış kimi sərsəmləməsi ilə bölgədə sülhün əldə olunmasına bütün mümkün təxribatçı yollarla mane olmağa çalışdığını bir daha nümayiş etdirir. 

 

Üçtərəfli Bəyanata zidd fəaliyyət

 

Üçtərəfli Bəyanatın imzalanmasından ötən iki il ərzində Ermənistan sülh istiqamətində hansısa real addım atmayıb, əksinə, barışa xələl gətirəcək riyakar fəaliyyətlə məşğul olub. Sülhün əldə olunması istiqamətində Brüsseldə və Soçidə keçirilən görüşlərdə rəsmi İrəvan üzdə sülhə razı olduğunu bildirsə də, hər dəfəsində sülh sazişinin bağlanması ilə əlaqədar əməli işlər görməkdən yayınıb, ölkəmizə qarşı növbəti təxribatlar törətməyə çalışıb. 
Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb, kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını təmin etməyib, Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən yayınıb. Eləcə də Ermənistan tərəfindən həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün Laçın yolundan istifadə olunaraq üçtərəfli Bəyanata zidd fəaliyyət göstərilib. 
Buna görə də ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda ekofəallarımız və QHT nümayəndələrimiz Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində separatçı rejimin təbii sərvətlərimizi talamasına, ekologiyamıza qarşı terror törətməsinə,  "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarını həyata keçirməsinə qarşı etiraz edirlər. 
Azərbaycan vətəndaş cəmiyyətinin tələbləri arasında Ermənistan tərəfinin Laçın yolundan hərbi məqsədlər, minaların, silah-sursatın və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinə son qoyulması da var. 

 

Bəzi qüvvələr İrəvanı revanşizmə həvəsləndirir

 

Bir aydan çox davam edən dinc etiraz aksiyası zamanı ekofəallar tərəfindən Laçın yolundan humanitar yükləri daşıyan avtomobillərin, eləcə də mülki ermənilərin keçidinə heç bir maneçilik törədilməyib.
Ermənistan isə hər zaman olduğu kimi, Azərbaycan ictimaiyyətinin haqlı narazılığını nümayiş etdirdiyi dinc etiraz aksiyası ilə bağlı qərəzli iddialar səsləndirır, guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması barədə böhtan və yalan xarakterli məlumatlar yayır. 
Təəssüf ki, Azərbaycana qarşı qərəzli və riyakar münasibət bəsləyən bəzi ölkələr və təşkilatlar erməni dəyirmanına su tökməklə məşğuldurlar və ölkəmizin Laçın-Xankəndi yolunda milli mənafeləri uğrunda keçirdiyi haqlı etiraz aksiyası ilə bağlı həqiqətdən tamamilə uzaq böhtan xarakterli bəyanatlar səsləndirirlər. 
Yanvarın 18-də Avropa Parlamenti İrəvanı revanşizmə, təxribatçı əməllərə iştahlandıran bədnam qətnamə qəbul edib. 30 il müddətində Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına, yüzminlərlə əhalisini yurdundan didərgin salmasına, şəhər və kəndlərini viran qoymasına, təbiətinə qarşı ekoloji terror törətməsinə, eləcə də hazırda ölkəmizə qarşı həyata keçirdiyi təxribatçı əməllərinə göz yuman Avropa Parlamenti kimi riyakar qurumların bu ikilistandartlı fəaliyyətləri isə təbii ki, erməniləri revanşizmə həvəsləndirir. 
A.Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində sözügedən tarixdəki çıxışı zamanı səsləndirdiyi riyakar fikirlər də buna bariz nümunədir.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində bildirilir ki, Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir: "Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir". 

 

Mono-etnik dövlətin gülünc ittihamı

 

Xüsusi vurğulayaq ki, Ermənistan tərəfindən Azərbaycana qarşı səsləndirilən absurd ittihamlardan biri də ermənilərə qarşı nifrətlə bağlıdır. Guya Azərbaycanın məqsədi "etnik təmizləmə" və erməni sakinlərin "deportasiyası"dır. Özü mono-etnik dövlət olan, yüzminlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, ümumiyyətlə, ərazisində yaşayan bütün etnik xalqları məhv və deportasiya edən Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi bu ittiham da gülünc doğurur və qəbuledilməzdir.  Müstəqil qərar qəbul etmək iqtidarında olmayan və ipini başqalarının əlinə verən Ermənistan indi də elə özü üçün xeyirli ola biləcək sülh müqaviləsinin imzalanmasına maneçilik törətmək üçün Laçın yolunda baş verənlərlə bağlı manipulyasiya etməyə çalışır. 
İrəvan xarici havadarlarına güvənərək, əslində, özünün məhvi olacaq müharibə ilə bağlı sərsəm çağırışlar edir. Amma bu da qəribədir...
Ola bilməz ki, hiyləgər Ermənistan rəhbərliyi Vətən müharibəsinin o 44 günündə zəng etmədiyi, yalvarmadığı dövlət başçısı qalmadığını, amma yenə də biabırçı məğlubiyyətdən ölkəsini heç bir qüvvənin xilas edə bilmədiyini unutmuş olsun. Odur ki, belə bir fikir formalaşır: sadəcə Ermənistan sülh sazişini imzalamağı bacardıqca uzatmağa, xarici havadarlarının dəstəyi ilə məkrli planlarına nail olmağa çalışır. 
Amma Ermənistan ya öz xoşu ilə, ya da zorla Azərbaycanın sülhlə bağlı irəli sürdüyü 5 baza prinsipini qəbul etməyə məhkumdur. "Məzlum" hayların dünyada saldıqları yalançı hay-küy isə sərhədlərin delimitasiya olunmasına, kommunikasiya xətlərinin açılmasına, erməni qanunsuz silahlı birləşmələrinin ərazilərimizi tərk etməsinə heç bir maneə törədə bilməyəcək. Bir sözlə, Azərbaycan milli maraqlarını qətiyyətlə təmin edəcək.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

09:43
08 İyun

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

09:41
08 İyun

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

09:34
08 İyun

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

09:11
08 İyun

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

09:09
08 İyun

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

08:36
08 İyun

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

01:37
08 İyun

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!