22 Oktyabr 2026 14:53
220
Mədəniyyət
A- A+
Salyanda aşıq Pənahın 100 illiyi qeyd olunub  

Salyanda aşıq Pənahın 100 illiyi qeyd olunub  


Rayon icra hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Pənah Pənahovun 100 illik yubleyinə həsr edilmiş tədbir keçirilib. 

Tədbir çərçivəsində ustad sənətkarın qəbirüstü abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Salyan Dövlət Kukla Teatrının foyesində sənətkarın şəxsi əşyalarından ibarət təşkil edilən sərgidəki eksponatlar iştirakçılara ustad aşığın həyatına və sənət fəaliyyətinə nəzər salmaq imkanı verib. Ustad sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişindən sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan xalqının zəngin mədəni irsindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərə çatdırılmasında aşıq sənətinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycan aşıq sənətinin inkişafında mühüm xidmətləri olan sənətkarların həyat və yaradıcılığının öyrənilməsi, onların zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır: “Bu baxımdan Əməkdar mədəniyyət işçisi Aşıq Pənah Pənahovun 100 illik yubileyinin qeyd olunması dövlətimizin onun sənətinə və milli mədəniyyətimizə verdiyi töhfələrə ehtiramının ifadəsidir”.

AAB-nin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı XX əsr aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Pənahın təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığını, əsərlərinin indi də sevilə-sevilə oxunduğunu bildirib.

Tədbirdə sənətkarın ömür yoluna və yaradıcılığına ehtiram ifadə olunub, onun Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələr minnətdarlıqla xatırlanıb. Bədii-musiqili hissədə “Cəngi” milli nəfəs alətləri kollektivi, Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Əməkdar artist Zakir Əliyev, eləcə də Əli Tapdıqoğlu, Rövşən Əziz, Məhərrət Habiloğlu, Elxan Astaralı, Qəlbinur İbrahimli və başqaları ustad aşığın şeirlərinə bəstələnmiş mahnıları səsləndiriblər. 


Seyran CAVADOV, 

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təkhüceyrəli yosun xatirələrin, davranışların necə formalaşdığını müəyyən edir  

15:42
22 Oktyabr

İrəvanın manipulyasiyaları kövrək sülhü təhdid edir  

15:36
22 Oktyabr

Xəzərdən Avropaya “yaşıl enerji”: bazar və satış imkanları müzakirə olunub

15:35
22 Oktyabr

“Yaşıl enerji” dəhlizinin gələcəyi

15:34
22 Oktyabr

Səudiyyə Ərəbistanında hava limanına hücum olub: 1 nəfər ölüb, 8-i yaralanıb

15:30
22 Oktyabr

Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sənayesi sahəsində müqavilə imzalanıb  

15:22
22 Oktyabr

Moskva Stiv Uitkoffun Ukraynaya dair təkliflərini təhlil edir

15:16
22 Oktyabr

Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağı qənaətindədir  

15:05
22 Oktyabr

Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq

15:04
22 Oktyabr

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir

15:03
22 Oktyabr

“El nino” hadisəsi güclənir  

15:01
22 Oktyabr

Zamanın musiqisi  

14:57
22 Oktyabr

Salyanda aşıq Pənahın 100 illiyi qeyd olunub  

14:53
22 Oktyabr

Azərbaycanın siyasətində insan hüquqları amili prioritetdir  

14:39
22 Oktyabr

“Bundan böyük xoşbəxtlik ola bilməz”

14:19
22 Oktyabr

Orta Dəhlizdən keçən yüklərin həcmi 2040-cı ilədək 4 dəfə arta bilər  

14:12
22 Oktyabr

Rusiya hökumətində kadr dəyişiklikləri olub

14:01
22 Oktyabr

Daha 176 keçmiş məcburi köçkün doğma yurda qovuşub – YENİLƏNİB

13:52
22 Oktyabr

Lerikdə və Yardımlıda Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirələr keçirilib  

13:36
22 Oktyabr

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək

12:48
22 Oktyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:37
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!