22 Oktyabr 2026 13:36
302
CƏMİYYƏT
A- A+
Lerikdə və Yardımlıda Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirələr keçirilib  

Lerikdə və Yardımlıda Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirələr keçirilib  


Lerikdə keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqində müəyyənləşdirilən prioritetlər və qarşıya qoyulan vəzifələrdən danışıb. 

Bildirib ki, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin reallaşdırılması, dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələrin icrası dövlət orqanlarının, müvafiq qurumların və ictimaiyyət nümayəndələrinin üzərinə mühüm məsuliyyət qoyur.

Daha sonra müşavirədə rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov,  Təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, şəhid atası Mükafat Yaqubov və I qrup Qarabağ müharibəsi əlili Veysəl Məlikov çıxış edərək qurultayda səsləndirilən fikirlərin əhəmiyyətindən, müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində ictimai həmrəyliyin, vətəndaş məsuliyyətinin və birgə fəaliyyətin vacibliyindən danışıblar. 


***


Yardımlıda keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev, YAP rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Azər Xamiyev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. Ölkəmizdə təmin olunmuş sabitlik, milli birlik və həmrəyliyin qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaratdığını deyən natiq vurğulayıb ki, dövlət başçısının qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşov isə vurğulayıb: "Ağsaqqallarımız hər zaman dövlətçilik ideyalarına, Ulu Öndər Heydər Əliyev irsinə sadiq qalıblar. Bu gün Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşən cəmiyyətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi qələbələrə imza atır. Partiyanın VIII Qurultayı xalqımızın həmrəyliyinin və gələcəyə olan böyük inamının daha bir təzahürüdür".

Şəhid ataları Ədalət Qarayev və Vaqif Zeynalov çıxışlarında şəhid ailələrinə göstərilən qayğını yüksək qiymətləndiriblər: "Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət dövlətimizin və Yeni Azərbaycan Partiyasının fəaliyyətinin mərkəzində dayanır. Biz şəhid valideynləri olaraq Müzəffər Ali Baş Komandanımızla, şanlı ordumuzla və dövlətimizlə qürur duyuruq".

Əməkdar müəllim Heybət Qədirov isə nitqində ziyalıların rolunu ifadə edib: "Yeni Azərbaycan Partiyasının sıralarında olmaq hər bir ziyalı üçün şərəfdir. Partiyanın keçdiyi zəngin yol ölkəmizin mədəni, elmi və ictimai tərəqqisinə təkan verən ən mühüm amillərdən biridir".


Seyran CAVADOV,

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərdən Avropaya “yaşıl enerji”: bazar və satış imkanları müzakirə olunub

15:35
22 Oktyabr

“Yaşıl enerji” dəhlizinin gələcəyi

15:34
22 Oktyabr

Səudiyyə Ərəbistanında hava limanına hücum olub: 1 nəfər ölüb, 8-i yaralanıb

15:30
22 Oktyabr

Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sənayesi sahəsində müqavilə imzalanıb  

15:22
22 Oktyabr

Moskva Stiv Uitkoffun Ukraynaya dair təkliflərini təhlil edir

15:16
22 Oktyabr

Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağı qənaətindədir  

15:05
22 Oktyabr

Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq

15:04
22 Oktyabr

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir

15:03
22 Oktyabr

“El nino” hadisəsi güclənir  

15:01
22 Oktyabr

Zamanın musiqisi  

14:57
22 Oktyabr

Salyanda aşıq Pənahın 100 illiyi qeyd olunub  

14:53
22 Oktyabr

Azərbaycanın siyasətində insan hüquqları amili prioritetdir  

14:39
22 Oktyabr

“Bundan böyük xoşbəxtlik ola bilməz”

14:19
22 Oktyabr

Orta Dəhlizdən keçən yüklərin həcmi 2040-cı ilədək 4 dəfə arta bilər  

14:12
22 Oktyabr

Rusiya hökumətində kadr dəyişiklikləri olub

14:01
22 Oktyabr

Daha 176 keçmiş məcburi köçkün doğma yurda qovuşub – YENİLƏNİB

13:52
22 Oktyabr

Lerikdə və Yardımlıda Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirələr keçirilib  

13:36
22 Oktyabr

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək

12:48
22 Oktyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:37
22 Oktyabr

O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

12:23
22 Oktyabr

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

12:17
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!