28 Sentyabr 2026 21:23
136
SİYASƏT
A- A+
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin (Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfdən yol və şəhərsalma naziri Fərzanə Sadiq) görüşü keçirilib.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu ilin fevralında Bakıda keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunları üzrə əldə edilmiş razılaşmaların və imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Baş nazirin müavini prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında fəal siyasi dialoqun və dostluq münasibətlərinin iki ölkənin əlaqələrinin inkişafına mühüm təkan verdiyini bildirib.

Bişkekdə liderlər arasında keçirilən görüşü xüsusi qeyd edib.

Şahin Mustafayev ötən dövr ərzində görülmüş işlərə nəzər salaraq, razılaşdırılmış layihələrin həyata keçirilməsi prosesinin sürətləndirilməsi və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı nəqliyyat və tranzit sahəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, onun ötürücülük qabiliyyətinin artırılması əsas müzakirə mövzularından biri olub.

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması məmnunluqla qeyd edilib, sərhəd-keçid infrastrukturunun istifadəyə verilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Astara yük terminalında işlərin tamamlanması və terminalın yükaşırma imkanlarının genişləndirilməsi ilə bağlı görülən tədbirlər də nəzərdən keçirilib.

İki ölkə arasında perspektivli infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Dövlət Komissiyasının 17-ci iclasında əldə olunmuş razılaşmaların ardıcıl icrası və birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətlərində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlinib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib

21:51
28 Sentyabr

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

21:26
28 Sentyabr

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

21:23
28 Sentyabr

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir  

20:54
28 Sentyabr

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

20:53
28 Sentyabr

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  

20:37
28 Sentyabr

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır  

19:47
28 Sentyabr

Beyni qocalmaqdan qoruyan vitamin məlum olub

19:11
28 Sentyabr

Xəzərin dərinliyində yeni texnologiya

19:01
28 Sentyabr

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub 

18:58
28 Sentyabr

Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

18:42
28 Sentyabr

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

18:31
28 Sentyabr

İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək

18:30
28 Sentyabr

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

18:20
28 Sentyabr

Alzheymer xəstəliyinin yeni və daha erkən əlaməti aşkar edilib

17:59
28 Sentyabr

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

17:53
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...  

17:52
28 Sentyabr

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır  

17:45
28 Sentyabr

44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

17:37
28 Sentyabr

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Anım Günü ərəfəsində şəhid ailələrini və müharibə əlillərini ziyarət edib  

17:35
28 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər 

17:16
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!