28 Sentyabr 2026 16:51
192
SİYASƏT
A- A+
Beynəlxalq İnvestisiya Forumu yeni iqtisadi mərhələnin strateji platformasına çevrilir  

Beynəlxalq İnvestisiya Forumu yeni iqtisadi mərhələnin strateji platformasına çevrilir  


II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini yalnız xarici investorların Bakıda toplaşması ilə məhdudlaşdırmaq olmaz. Forum Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının – kapitalın cəlbi, qeyri-neft sektorunun şaxələndirilməsi, texnoloji modernləşmə və ölkənin regional iqtisadi mərkəzə çevrilməsi siyasətinin praktik platformasıdır. 

Milli Məclisin deputatı Aydın Hüseynov qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi göstəricilər Azərbaycanın investor qarşısına artıq formalaşmış makroiqtisadi baza ilə çıxdığını göstərir: "Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edib. Dövlət borcunun ÜDM-ə nisbətinin təxminən 20 faiz, xarici borcun isə 5,6 faiz səviyyəsində olması, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi investor üçün fiskal dayanıqlılıq və maliyyə sabitliyi göstəricisidir".

Forumun digər mühüm tərəfinin Azərbaycanın coğrafi mövqeyinin iqtisadi kapitala çevrilməsi olduğunu deyən A.Hüseynov əlavə edib ki, 2026-cı ildə ölkə ərazisindən tranzit yükdaşımalarının 16 milyon tona çatması, 2030-cu ilədək isə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində bu göstəricinin 25 milyon tona və daha yuxarı səviyyəyə yüksəldilməsi hədəflənir. Bununla Azərbaycan yalnız enerji ixracatçısı deyil, Avropa ilə Asiya arasında istehsal, logistika və kapital axınlarını birləşdirən iqtisadi qovşaq kimi mövqeyini gücləndirir. "Əsas məqam ondan ibarətdir ki, Forum siyasi bəyanatlarla məhdudlaşmadı. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı, SOCAR–ExxonMobil hasilatın pay bölgüsü sazişi, “Oracle” ilə texnoloji əməkdaşlıq, “UFlex Group”, “Carlsberg Group” və Ələt Azad İqtisadi Zonası üzrə investisiya sənədlərinin mübadiləsi kapitalın enerji ilə yanaşı sənaye, rəqəmsal texnologiyalar və qeyri-neft istehsalına istiqamətləndirildiyini göstərir", - deyə o bildirib.

Deputat diqqətə çatdırıb ki, forumun iqtisadi fəlsəfəsini “Minkənd” KSES və “Tekstil Klasteri” layihələri də konkret şəkildə nümayiş etdirir. 3,2 MVt gücündə “Minkənd” stansiyasının illik 11,8 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. Dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən beş KSES-in ümumi dəyəri 53,2 milyon manat, ümumi gücü 12,9 MVt, illik istehsal potensialı isə 44,1 milyon kilovat-saatdır. Bu, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının iqtisadi dövriyyəyə daxil edilməsinin praktik nümunəsidir. Mingəçevir Sənaye Parkındakı “Tekstil Klasteri” isə digər strateji istiqaməti – xammaldan son məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulmasını göstərir. Layihədə pambıqdan başlayaraq mahlıc, iplik, boyalı parça və hazır geyim istehsalı nəzərdə tutulur. İllik istehsal gücü 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək həcmində planlaşdırılır.

A.Hüseynov vurğulayıb ki, forumun Azərbaycan üçün strateji əhəmiyyəti xarici kapitalı sadəcə ölkəyə gətirmək deyil, onu istehsala, texnologiyaya, ixraca, enerji təhlükəsizliyinə və regional məşğulluğa çevirməkdən ibarətdir: “Dövlət siyasətinin yeni mərhələsində əsas göstərici investisiyanın həcmi ilə yanaşı, onun yaratdığı əlavə dəyər, texnologiya transferi, məhsuldarlıq və qeyri-neft ixracıdır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu məhz bu modelin beynəlxalq təqdimatı və konkret layihələrə çevrilməsi baxımından strateji iqtisadi platforma kimi çıxış edir”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alzheymer xəstəliyinin yeni və daha erkən əlaməti aşkar edilib

17:59
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...  

17:52
28 Sentyabr

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır  

17:45
28 Sentyabr

44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

17:37
28 Sentyabr

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Anım Günü ərəfəsində şəhid ailələrini və müharibə əlillərini ziyarət edib  

17:35
28 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər 

17:16
28 Sentyabr

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb  

17:15
28 Sentyabr

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub  

17:13
28 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:12
28 Sentyabr

Beynəlxalq İnvestisiya Forumu yeni iqtisadi mərhələnin strateji platformasına çevrilir  

16:51
28 Sentyabr

Tərtərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib

16:40
28 Sentyabr

Biləsuvarda pambıq yığımına start verilib

16:38
28 Sentyabr

 BYD yeni hədəfinə 2027-ci ildə çatacaq

16:35
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...

16:34
28 Sentyabr

Tovuzda böyük voleybol gecəsi - “Turan”ın tarixi matçına giriş pulsuz olacaq

16:11
28 Sentyabr

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb  

16:10
28 Sentyabr

Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri çoxdur   

16:00
28 Sentyabr

Şəhidlərin xatirəsi yad edildi

15:34
28 Sentyabr

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək  

15:33
28 Sentyabr

Ağcabədi rayonunda şəhidlərin əziz xatirəsi yad edilib

15:30
28 Sentyabr

Bakının daha bir “düyünü” açılır: Məhəmməd Xiyabani küçəsində yeni yol qovşağı  

15:29
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!