28 Sentyabr 2026 18:30
123
DÜNYA
A- A+
İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək

İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək


İtaliya iki astronavtını Aya göndərmək üçün 5 milyard dollardan çox vəsait ayıracaq. Bu barədə “European Spaceflight” nəşri xəbər verib.

Portala müsahibəsində NASA rəhbəri Cared Ayzekman bildirib ki, İtaliya Kosmik Agentliyinin sifarişi ilə Thales Alenia Space şirkəti tərəfindən hazırlanacaq Multi-Purpose Habitat (MPH) adlı Ay yaşayış modulunun yaradılmasına 5 milyard dollardan çox investisiya yönəldiləcək. ABŞ proqramı çərçivəsində həyata keçirilən bu layihənin müqabilində iki italiyalı astronavt gələcək missiyalarda Aya enmək hüququ əldə edəcək.

Ayzekmanın sözlərinə görə, bu, Ay səthinə çatacaq ilk tamfunksiyalı yaşayış modulu ola bilər və nəticədə iki İtaliya vətəndaşı Ay səthinə qədəm qoyacaq. NASA rəhbəri həmçinin qeyd edib ki, Ay uğrunda mübarizə prestij yarışından ərazi və resurslar uğrunda rəqabətə çevrildiyi üçün agentlik beynəlxalq tərəfdaşların seçimində daha diqqətli olmalıdır.

Ağırlığı 15 ton, uzunluğu 6 metr, eni isə 3 metr olacaq MPH modulu iki astronavtın 7 gündən 30 günədək yaşaması üçün nəzərdə tutulur. Modulun 2032-ci ildə hazır olacağı, kosmosa buraxılışının isə 2033-cü ilə planlaşdırıldığı bildirilir.


Yasəmən MUSAYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərin dərinliyində yeni texnologiya

19:01
28 Sentyabr

Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

18:42
28 Sentyabr

İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək

18:30
28 Sentyabr

Alzheymer xəstəliyinin yeni və daha erkən əlaməti aşkar edilib

17:59
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...  

17:52
28 Sentyabr

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır  

17:45
28 Sentyabr

44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

17:37
28 Sentyabr

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Anım Günü ərəfəsində şəhid ailələrini və müharibə əlillərini ziyarət edib  

17:35
28 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər 

17:16
28 Sentyabr

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb  

17:15
28 Sentyabr

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub  

17:13
28 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:12
28 Sentyabr

Beynəlxalq İnvestisiya Forumu yeni iqtisadi mərhələnin strateji platformasına çevrilir  

16:51
28 Sentyabr

Tərtərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib

16:40
28 Sentyabr

Biləsuvarda pambıq yığımına start verilib

16:38
28 Sentyabr

 BYD yeni hədəfinə 2027-ci ildə çatacaq

16:35
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...

16:34
28 Sentyabr

Tovuzda böyük voleybol gecəsi - “Turan”ın tarixi matçına giriş pulsuz olacaq

16:11
28 Sentyabr

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb  

16:10
28 Sentyabr

Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri çoxdur   

16:00
28 Sentyabr

Şəhidlərin xatirəsi yad edildi

15:34
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!