28 Sentyabr 2026 18:42
112
CƏMİYYƏT
A- A+
Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir


Gəncədə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorları, bələdiyyə sədrləri, müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri iştirak etmişlər.

Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi, şəhərin yaşıllıq sahələrinin genişləndirilməsi, ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə keçirilən aksiya zamanı əraziyə müxtəlif növ ağaclar əkilmiş, yaşıllıq sahələrinin artırılması və ərazinin abadlaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Gəncə şəhərində bir neçə gündür ki, davam edən ağacəkmə aksiyası çərçivəsində müxtəlif ərazilərdə ümumilikdə 700-ə yaxın müxtəlif növ ağac əkilmişdir. 


Sabir ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərin dərinliyində yeni texnologiya

19:01
28 Sentyabr

Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

18:42
28 Sentyabr

İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək

18:30
28 Sentyabr

Alzheymer xəstəliyinin yeni və daha erkən əlaməti aşkar edilib

17:59
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...  

17:52
28 Sentyabr

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır  

17:45
28 Sentyabr

44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

17:37
28 Sentyabr

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Anım Günü ərəfəsində şəhid ailələrini və müharibə əlillərini ziyarət edib  

17:35
28 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər 

17:16
28 Sentyabr

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb  

17:15
28 Sentyabr

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub  

17:13
28 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:12
28 Sentyabr

Beynəlxalq İnvestisiya Forumu yeni iqtisadi mərhələnin strateji platformasına çevrilir  

16:51
28 Sentyabr

Tərtərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib

16:40
28 Sentyabr

Biləsuvarda pambıq yığımına start verilib

16:38
28 Sentyabr

 BYD yeni hədəfinə 2027-ci ildə çatacaq

16:35
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...

16:34
28 Sentyabr

Tovuzda böyük voleybol gecəsi - “Turan”ın tarixi matçına giriş pulsuz olacaq

16:11
28 Sentyabr

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb  

16:10
28 Sentyabr

Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri çoxdur   

16:00
28 Sentyabr

Şəhidlərin xatirəsi yad edildi

15:34
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!