15 Oktyabr 2026 15:59
208
CƏMİYYƏT
A- A+
Sabit temperatur yuxu rejiminə necə təsir edir?

Sabit temperatur yuxu rejiminə necə təsir edir?


Alimlər hesab edirlər ki, bədənin bioloji saatının (sirkadian ritm) tənzimlənməsində temperatur da işıq qədər vacib rol oynaya bilər.

Yuxunun dərinliyindən tutmuş oyandıqdan sonra özümüzü nə dərəcədə gümrah hiss etməyimizə qədər temperatur gecə istirahətimizə ciddi təsir göstərir. Hətta bəzi alimlər daha irəli gedərək iddia edirlər ki, nə vaxt yatacağımızı müəyyən etmək baxımından temperatur işıq qədər əhəmiyyətli ola bilər.

Tədqiqatlara görə, yuxu vaxtları işıq və qaranlıq dövrləri ilə üst-üstə düşmür. Bunun əvəzinə, yuxu rejimi ətraf mühitin temperaturunun qalxıb-enməsi ilə uzlaşır.

Onilliklər ərzində əldə edilən sübutlar göstərir ki, yuxuya hazırlaşarkən bədənimizin daxili temperaturu aşağı düşməyə başlayır. Əksəriyyətimizdə bu azalma gecənin böyük hissəsi ərzində davam edir və temperatur adətən gündüz saatlarındakı maksimum səviyyədən gecəki minimum səviyyəyə qədər təxminən 1°C enir.

Berlin şəhərindəki Fənlərarası Yuxu Təbabəti Mərkəzinin yuxu üzrə mütəxəssisi və alim Sebastian Herberger bildirir ki, bu, insanların otaq kifayət qədər sərin olmadıqda niyə tez-tez daha qısa və keyfiyyətsiz yuxu ilə üzləşdiklərini izah etməyə kömək edir. 

2007-ci ildə aparılan bir tədqiqatda tədqiqatçılar təsirini öyrənmək məqsədilə iştirakçıların yatdığı otağın temperaturunu dəyişdiriblər. Qrup iki fərqli yuxu şəraitini sınaqdan keçirib. Eksperimentlərdən birində onlara elə bir otaq təqdim olunub ki, burada temperatur saat 18:00-dan 22:00-a qədər 27°C-dən 24°C-yə düşüb, saat 03:00 ilə 07:00 arasında tədricən yenidən 27°C-yə qalxıb və gün ərzində həmin səviyyədə qalıb. Digər eksperimentdə isə onlar sabit 27°C temperatur olan otaqda yatıblar. Dəyişkən temperatur şəraitində yatdıqları zaman iştirakçılarda gecə ərzində melatonin səviyyəsi sabit 27°C-də yatanlarla müqayisədə daha yüksək olub. Bu hormon orqanizm tərəfindən təbii yolla istehsal olunur, onun səviyyəsi yuxu vaxtı yaxınlaşdıqda artır və adətən gecənin ortasında pik həddə çatır. O, orqanizmə sakitləşmək və yuxuya hazırlaşmaq barədə siqnal verir. Eyni qrup üzvləri yuxudan oyandıqdan sonra özlərini daha gümrah hiss ediblər. Tədqiqatçılar belə bir fərziyyə irəli sürüblər ki, biz təkamül prosesində alaqaranlıq və dan yeri sökülərkən baş verən təbii temperatur dəyişiklikləri şəraitində daha dərin yuxuya getmək xüsusiyyəti qazanmışıq.

Bununla belə, yuxuya getmək üçün tələb olunan ideal temperatur hələ dəqiq məlum deyil, həmçinin temperaturun bədən saatımıza və yuxu vaxtlarımıza nə dərəcədə təsir göstərə biləcəyi məsələsi hələ də müzakirə mövzusudur.

Oksford Universitetinin sirkadian neyroelm üzrə professoru və "Life Time" kitabının müəllifi Rassell Foster bildirir ki, yuxuya getməzdən əvvəl bədən temperaturumuzun aşağı düşməsinin əsas səbəbi sirkadian ritmdir.

Foster izah edir ki, temperatura təkcə bədən saatlarımız tərəfindən təsir edilmir, o, həm də bu saatların formalaşmasına kömək edən əlavə bir amil ola bilər. 

Heyvanlar üzərində aparılan təcrübələr temperaturun bədən saatlarımızın tənzimlənməsinə kömək edə biləcəyi fikrini dəstəkləyən bəzi sübutlar təqdim edib.

Araşdırmalar göstərir ki, milçəklərdən tutmuş dəvələrə qədər müxtəlif növlərin sirkadian ritmlərini yalnız dəyişən temperatur dövrləri vasitəsilə tənzimləmək  mümkündür. Alimlər, həmçinin bədən temperaturunun dəyişməsini simulyasiya etməklə insan hüceyrələrinin daxili saatlarını tənzimləməyə nail olublar. Amma heyvanlar və hüceyrələr üzərində aparılan tədqiqatların nəticələri mütləq şəkildə insanlara şamil edilə bilməz. Həmçinin temperaturun həqiqətən əsas "saat tənzimləyicisi" rolunu oynayıb-oynamadığını müəyyən etmək olduqca çətindir. Məsələn, əgər kiminsə isti havada yuxuya getməsi çətinləşirsə, bu, həmin şəxsin sirkad ritmi ilə heç bir əlaqəli olmaya bilər. Əksinə, bu vəziyyət sadəcə olaraq orqanizmin rahatlamaq üçün fizioloji baxımdan ehtiyac duyduğu amillərlə bağlıdır. 

Kaliforniya Universitetinin Yuxu Tədqiqatları Mərkəzinin direktoru və neyroalim Cerom Sigel düşünür ki, temperatur işıqdan daha vacibdir. Onun fikrincə, bu amil müasir dövrdə insanların sağlamlığı üçün genişmiqyaslı nəticələrə malikdir.Alim iddia edir ki, gecə-gündüz sabit temperaturun saxlanıldığı evlərdə yaşamaq vərdişi müasir dünyada insanların üzləşdiyi yuxu problemlərinə səbəb olan amillərdən biridir. 

Qeyd olunur ki, bununla bağlı daha çox araşdırmaya ehtiyac var. 


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb  

16:18
15 Oktyabr

Ağdamda 12 milyon manatlıq un istehsalı layihəsinə start verilir  

16:17
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

16:12
15 Oktyabr

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

16:10
15 Oktyabr

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik  

16:09
15 Oktyabr

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib  

16:07
15 Oktyabr

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik  

16:05
15 Oktyabr

Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb  

16:02
15 Oktyabr

Sabit temperatur yuxu rejiminə necə təsir edir?

15:59
15 Oktyabr

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər  

15:48
15 Oktyabr

 Enerji körpüsü Bakından Kolomboya  

15:46
15 Oktyabr

Azərbaycan–Kamboca münasibətləri: diplomatik dialoqdan praktiki əməkdaşlığa doğru

15:39
15 Oktyabr

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

15:33
15 Oktyabr

Qubada II Kitab sərgisi keçirilib  

15:27
15 Oktyabr

Naftalanda dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı müzakirə olunub   

15:25
15 Oktyabr

Biləsuvarda vacib müşavirə keçirilib  

15:23
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!