13 Fevral 2025 08:45
1206
Mədəniyyət
A- A+
Romantik şair, nasir, dramaturq və tərcüməçi

Romantik şair, nasir, dramaturq və tərcüməçi


Abdulla Şaiqin əsərləri hər zaman maraqla oxunur və sevilir


Özündən sonra Azərbaycan xalqı üçün olduqca zəngin bədii irs qoymuş Abdulla Şaiq Talıbzadənin əsərləri bütün dövrlərdə, bütün zamanlarda sevilə-sevilə oxunub. Onun qələmindən çıxmış könülləri, ürəkləri fəth edən bir-birindən dəyərli əsərlər bu gün də böyük maraqla oxunur və sevilir. Abdulla Şaiqin adı Azərbaycanın ədəbiyyat və fikir tarixinə romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas-alim, tərcüməçi və müəllim kimi həkk olunub. Əsərlərinin ideya gücü, bədii dəyəri, yüksək sənət nümunəsi, dilinin sadəliyi, mövzu rəngarəngliyi bütün zamanlarda Abdulla Şaiqin yaradıcılığına ümumxalq məhəbbəti qazandırıb. 

Ədəbiyyat adamı olmayan insanlar belə, onun əsərlərindən kiçik də olsa parçaları əzbər bilir. Yaratdığı ölməz əsərlərinə, ədəbiyyatımızın inkişafı üçün gördüyü misilsiz işlərə, dəyərli fikir və ideyalara görə Abdulla Şaiq ədəbiyyat tariximizdə A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundzadə, Z.Marağalı, Ə.Talıbov, N.Nərimanov, C.Məmmədquluzadə, H.Cavid, M.Ə.Sabir, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, S.S.Axundov və başqa söz ustaları ilə eyni səviyyədə dayanan sənətkarlarımızdan biridir. 

Abdulla Şaiq 1881-ci il soyuq qış günlərinin birində, fevralın 24-də Tiflisdə Axund Mustafa Talıbzadənin ailəsində anadan olub. Onun atası Axund Mustafa dövrünün tanınmış ziyalılarından biri idi. 7 yaşına çatanda Abdulla Şaiq yaşıdları ilə bərabər məktəbə getmişdi. Gələcəyin böyük romantik şairi, dramaturqu, nasiri dörd il bu məktəbdə oxumuşdu. Arxada qalan dörd il onun üçün çox səmərəli olmuşdu. Abdulla Şaiq bu illər ərzində fars, rus və ərəb dillərini öyrənmişdi. Öyrəndiyi bu dillər onun gələcək həyatında, fəaliyyətində və yaradıcılığında böyük rol oynamışdı. 1893-cü ildə anası Mehri xanım Şaiqi qardaşı ilə Xorasana aparmışdı. Onlar 6 il burada yaşamışdılar. Bu illər ərzində Abdulla Şaiq fars dilini daha mükəmməl öyrənmişdi.

 Fars dilini mükəmməl mənimsədikdən sonra ilk olaraq rus yazıçısı Krılovun "Sazəndələr" təmsilini rus dilindən fars dilinə çevirmişdi. Sonra utana-utana onu müəlliminə göstərmişdi. Müəllimi ilk tərcüməsini diqqətlə nəzərdən keçirəndən sonra ondan: "De görüm, sən farssan, ya azərbaycanlı?" sualı onun həyatında dönüş nöqtəsi olmuşdu. Sonralar Abdulla Şaiq öz üzərində xeyli işləyərək dilləri mənimsəməyi daha da inkişaf etdirmişdir. Rus dilini dərindən öyrənmişdir. Krılovun uşaqlar üçün yazdığı təmsillərin böyük əksəriyyətini məhz Abdulla Şaiq dilimizə çevirmişdir. Bir müddətdən sonra isə Avropa klassiklərinin əsərlərindən parçalar tərcümə etməyə başlamışdır. O, Şekspirin "Maqbet" pyesini, Conatan Sviftin "Qulliverin səyahəti" romanını, Puşkinin, Lermontovun, Qorkinin, Nekrasovun və başqa yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə çevirmişdir.

Altı ildən sonra 1900-cü ildə Abdulla Şaiq anası ilə Tiflisə qayıtmışdı. Bir müddətdən sonra isə böyük qardaşı ilə Bakıya köçmüş, imtahan verərək müəllimlik hüququ almışdı. Bununla da onun həyatının yeni mərhələsi, ən dəyərli dövrü başlamışdı. Sanki qarşısında onu uğurlu gələcəyə aparan işıqlı və geniş yollar açılmışdı. Abdulla Şaiq uzun illər müəllim işləmiş, həm də bir-birindən dəyərli əsərlər yazmışdır. Böyük ustad müəllimlik peşəsinə daha çox üstünlük verərək demişdir: "Mən müəllimliyimlə bədii yaradıcılığımdan da ziyadə iftixar edirəm!" Ömrünün xeyli hissəsini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq  bunun üçün çox böyük işlər görmüşdür. "Əlifba" kitabı ilə yanaşı, müxtəlif  dərsliklər və dərs proqramları da hazırlamışdır.

Uşaq ədəbiyyatı incilərinin yazılmasında, yaradılmasında da Abdulla Şaiqin müstəsna xidmətləri olmuşdur. O, 1906-cı ildən başlayaraq yazdığı silsilə şeirləri ilə, dünya ədəbiyyatının seçmələrini tərcümə etməsi ilə milli uşaq ədəbiyyatının bünövrəsini qoymuşdur. Abdulla Şaiqin yazdığı bir sıra şeirlər dövrünün tanınmış "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görmüşdü. Məqsəd və məramına çatmaq üçün üzləşdiyi bütün çətinliklərə sinə gərmiş, qarşılaşdığı bütün problemlərin həllinə nail olmuşdur. Abdulla Şaiqin yazdığı "Xoruz", "Bənövşə", "Keçi", "Quzu", "Qızılgül", "Qərənfil" və digər şeirləri, "Tülkü həccə gedir", "Tıq-tıq xanım" kimi pyesləri uşaqlar tərəfindən bu gün də böyük maraqla oxunur. Ədib 1910-cu ildə qələmə aldığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının əsasını qoymuşdur.

Xalq ədəbiyyatının həm toplanmasında, həm də araşdırılmasında, həmçinin Azərbaycanın böyük klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxuculara çatdırılmasında da Abdulla Şaiq böyük işlər görmüşdür. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi kimi böyük ədəbi simalar  haqqında söylədiyi fikirlər bu gün də qiymətini itirməyib və heç vaxt da itirməyəcək. 

Ötən əsrin əvvəllərində ədəbiyyata gələn Abdulla Şaiqin yaradıcılığı xalqımızın ziddiyyətli, mürəkkəb tarixi keçmişinin bədii salnaməsidir. Görkəmli mütəfəkkirin yaradıcılığının birinci mərhələsi 1917-ci il inqilabından əvvələ, ikinci mərhələsi isə keçmiş sovet dövrünə düşür. Abdulla Şaiq yaradıcılığının hər iki mərhələsində müxtəlif janrlarda bir-birindən dəyərli sənət nümunələri qələmə almışıdır. Onun yazdığı əsərlər yaşadığı dövrün ədəbi prosesinin gedişi ilə yanaşı, inkişaf istiqamətlərinə də təsirsiz ötüşməmişdir. Yazıçının bədii irsini yüksək qiymətləndirən Mehdi Hüseyn onun nəsr tarixindəki yeri haqqında danışarkən çox haqlı olaraq yazırdı ki, Abdulla Şaiq lirik nəsrimizin təməl daşını qoymuşdur.

Görkəmli ədib müəllimliyi, yaradıcılığı ilə yanaşı, Bakının ictimai-siyasi, ədəbi-mədəni mühitində fəal iştirak edirdi. Azərbaycanın görkəmli şair və yazıçıları Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli kimi ziyalılarla ilk tanışlığı sonralar möhkəm dostluğa çevrilmişdi. Bu ziyalılar tez-tez onun evinə yığışar,  şeir-sənət məclisləri təşkil edərdilər. Abdulla Şaiq ürək, qəlb yoldaşları ilə gecədən səhərə kimi müxtəlif dərsliklər üzərində çalışırdı. Adlarını çəkdiyimiz bu yazıçı və şairlərlə olan söhbətlər bir müddət keçdikdən sonra bir-birindən dəyərli əsərlərə çevrilirdi. 

XX əsrin əvvəllərində neft bumu, Bakı fəhlələrinin acınacaqlı həyatı, onların yaşam tərzi, çəkdikləri əziyyət və çətinliklər Abdulla Şaiqə yazacağı bədii əsərlərinə dəyərli və zəngin faktlar verirdi. Görkəmli ədib neft mədənlərində çörək pulu üçün gecə-gündüz çalışan insanların ağrı-acısını, risklərlə üz-üzə qalmış həyatlarını öz dərdi kimi hiss edirdi. "Məktub yetişmədi" hekayəsində, "Əsrimizin qəhrəmanları" və "Araz" romanlarında bu hisslər öz bədii əksini parlaq şəkildə tapmışdır.

Ədəbiyyat nümunələrini dilimizə çevirən mahir sənətkar Abdulla Şaiq iki dəfə keçmiş SSRİ Ali Sovetinin deputatı seçilmiş, dövlət mükafatları ilə, orden və medallarla təltif olunmuş, "Əməkdar incəsənət xadimi" adına layiq görülmüşdür. Həyatını, ömrünü xalqına həsr etmiş böyük ədib 24 iyun 1959-cu ildə Bakıda vəfat etmişdi. Fəxri xiyabanda dəfn olunmuşdur.

Şair, yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin əziz xatirəsi xalqımızın qəlbindən heç vaxt silinməyəcək. Görkəmli ədibin yazdığı bir-birindən dəyərli əsərləri təkcə bugünkü nəsillər deyil, gələcək nəsillər də böyük maraqla oxuyacaq və sevəcək. Çünki Abdulla Şaiq bütün zamanların şairi, yazıçısı, dramaturqu, sənətkarı və fəadisidir.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

Ömər Bulut: Türkiyə şəhərsalmada dayanıqlılıq modelini qlobal səviyyəyə çıxarır  

12:46
17 May

Sudan rəsmisi: WUF13-ün şüarı xalqımızın istəkləri və reallıqları ilə tam üst-üstə düşür  

12:45
17 May

Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB

12:45
17 May

Anaklaudia Rossbax: WUF13 yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır  

12:43
17 May

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır  

12:42
17 May

Ousman Bojanq: Bakı şəhərsalma sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunədir  

12:41
17 May

Anar Quliyev: Gənclər peşəkar proseslərə, şəhərlərin qurulmasına və gələcəyin formalaşdırılmasına öz töhfələrini verirlər

12:40
17 May

Qabonlu nazir: Azərbaycan mənzil və urbanizasiya sahəsində inkişafa dəstək göstərir  

12:39
17 May

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər

12:33
17 May

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub  

12:31
17 May

Yaponiyanın rəsmisi: Son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı infrastrukturun təkmilləşdirilməsi vacibdir

12:25
17 May

Nazir: Anqolada urbanizasiya dayanıqlı iqlim və iqtisadi artım aləti olmalıdır  

12:21
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!