10 İyul 2026 08:08
216
CƏMİYYƏT
A- A+
Rəqəmsal hədəflər ayrıca hüquqi mexanizmlərin yaradılmasını zəruri edir

Rəqəmsal hədəflər ayrıca hüquqi mexanizmlərin yaradılmasını zəruri edir


Azərbaycanda son illər rəqəmsal transformasiya sahəsində atılan addımlar ölkənin müasirləşmə strategiyasının mühüm prioritetlərindən birinə çevrilib. Bu proses dövlət idarəçiliyinin çevikliyini artırmaq, şəffaflığı təmin etmək və vətəndaşlara göstərilən xidmətləri tam rəqəmsallaşdırmaq məqsədi daşıyır. 

Ölkəmizdə rəqəmsallaşma sahəsindəki mövcud vəziyyət və gələcək hədəflərin hüquqi və institusional bünövrəsi birbaşa Azərbaycan rəhbərliyinin siyasi iradəsinə əsaslanır. Prezident İlham Əliyevin rəqəmsal keçid sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlar bu sahədə vahid dövlət siyasətinin formalaşmasına təkan verib. Xüsusilə dövlətimizin başçısının rəhbərliyi ilə keçirilən müşavirədə ölkənin innovasiya ekosisteminin inkişafı, rəqəmsal hökumətin tam formalaşdırılması qarşıya mühüm vəzifə olaraq qoyulub.

Bu sahədəki fəaliyyətlərin effektiv koordinasiyası və strateji qərarların icrası məqsədilə Rəqəmsal İnkişaf Şurasının yaradılması və fəaliyyətə başlaması prosesə xüsusi dinamizm gətirib. Rəqəmsal Şuranın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən ilk iclasında ölkəmizin rəqəmsal gələcəyinin yol xəritəsi müəyyənləşdirilib, dövlət xidmətlərinin tam inteqrasiyası, kibertəhlükəsizlik mühitinin gücləndirilməsi və insan kapitalının rəqəmsal bacarıqlarının artırılması kimi strateji hədəflər rəsmiləşdirilib. 

Strateji addımların davamlılığını təmin etmək üçün ölkədə rəqəmsal mühitin müasir tələblərinə cavab verən güclü hüquqi baza formalaşdırılır və mütəmadi olaraq təkmilləşdirilir. Yeni texnologiyaların, innovativ xidmətlərin tənzimlənməsi üçün hüquqi çərçivənin yenilənməsi bu sahədəki islahatların ən mühüm istiqamətlərindən biridir. Parlamentdə müzakirə edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsi rəqəmsal transformasiyanın sürətləndiyi, kibertəhdidlərin isə getdikcə mürəkkəbləşdiyi müasir dövrdə ölkəmizin informasiya təhlükəsizliyinin hüquqi əsaslarının gücləndirilməsinə xidmət edən mühüm sənəddir. 

Bu gün artıq informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, o, milli təhlükəsizliyin, iqtisadi sabitliyin, dövlət idarəçiliyinin və vətəndaşların hüquqlarının qorunmasının ayrılmaz tərkib hissəsidir. Dövlət xidmətlərindən bank əməliyyatlarına, səhiyyədən təhsilə qədər bütün sahələr rəqəmsal platformalara əsaslanır. Deməli, həmin platformaların təhlükəsizliyi də dövlətin strateji prioritetlərindən biri olmalıdır. Qanun layihəsinin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə olaraq "informasiya təhlükəsizliyi", "kibertəhlükəsizlik", "kritik informasiya infrastrukturu", "Milli CERT", "SOC", "rəqəmsal tədqiqat", "rəqəmsal dəlil" kimi anlayışlar vahid hüquqi sistem daxilində dəqiq müəyyən edilir və onların fəaliyyət mexanizmləri tənzimlənir. 

Diqqətəlayiq məqamlardan biri də ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması ilə bağlı ayrıca hüquqi mexanizmlərin müəyyən edilməsidir. Bu, enerji, nəqliyyat, rabitə, maliyyə, səhiyyə və digər strateji sahələrin dayanıqlığının artırılması baxımından olduqca vacibdir. 

Həkim və Milli Məclisin Səhiyyə komitəsinin üzvü kimi qeyd etmək istərdim ki, səhiyyə sektoru artıq ən həssas informasiya sistemlərindən biridir. Elektron xəstəlik tarixçələri, laborator məlumatlar, tibbi sığorta sistemləri və telemedisina xidmətləri kibertəhlükəsizliyin yüksək səviyyədə təmin edilməsini zəruri edir. Tibb müəssisələrinə yönələn kiberhücumlar yalnız məlumat itkisinə deyil, bəzən insanların həyat və sağlamlığı üçün də real təhlükə yarada bilər. Bu baxımdan layihənin müddəaları səhiyyə sisteminin rəqəmsal dayanıqlığını gücləndirmək baxımından da xüsusi əhəmiyyət daşıyır. 

Digər mühüm yenilik rəqəmsal inkişaf layihələrinin əlaqələndirilməsi və maliyyələşdirilməsinə dair vahid yanaşmanın tətbiq edilməsidir. Bu yanaşma dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə, layihələrin təkrarlanmasının qarşısının alınmasına və rəqəmsal inkişaf sahəsində vahid dövlət siyasətinin formalaşmasına xidmət edəcək. Layihədə tənzimləyici test mühiti, yəni "regulatory sandbox" mexanizminin nəzərdə tutulmasını da müsbət qiymətləndirirəm. Bu mexanizm innovativ rəqəmsal həllərin və süni intellekt texnologiyalarının təhlükəsiz şəkildə sınaqdan keçirilməsinə, yeni texnologiyaların daha çevik tətbiqinə imkan yaradacaq.     Eyni zamanda Milli CERT-in səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi, informasiya mübadiləsinin vahid platforma üzərindən həyata keçirilməsi və kiberinsidentlərə operativ reaksiya mexanizmlərinin formalaşdırılması ölkəmizin kibermüdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf strategiyasına, milli kibertəhlükəsizlik siyasətinə və dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlara tam uyğun gəlir. Layihənin ümumi fəlsəfəsini, məqsədini və strateji istiqamətini tam dəstəkləyirəm. Konseptual baxımdan bu layihə ölkəmizin informasiya və kibertəhlükəsizlik sisteminin yeni mərhələyə yüksəldilməsi üçün mühüm hüquqi baza yaradır. 

Bu gün Azərbaycan rəqəmsal infrastrukturunu yeniləyən və regional rəqəmsal mərkəzə çevrilməyi hədəfləyən bir ölkədir. Gələcək hədəflər isə təkcə xidmətlərin elektronlaşdırılmasını deyil, süni intellekt əsaslı proqnozlaşdırıla bilən rəqəmsal iqtisadiyyatın tam bərqərar olunmasını nəzərdə tutur. 

Şübhə yox ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasında müəyyənləşdirilən prioritetlər Azərbaycanın rəqəmsal inkişafını yeni mərhələyə yüksəldəcək, ölkəmizi regionun süni intellekt və kibertəhlükəsizlik mərkəzlərindən birinə çevirəcək, iqtisadiyyatımızın rəqabət qabiliyyətini daha da gücləndirəcək.


Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

NATO Ankara sammitində hansı mesajları verdi?

08:53
10 İyul

Sənaye zonaları: sərmayə, istehsal və ixrac artır

08:45
10 İyul

"Əsas məqsəd rəqəmsal mühitdə uşaqların maraqlarını təhlükəli təsirlərdən qorumaqdır"

08:37
10 İyul

Bakıdan başlayan 100 illik yol: Türkoloji Qurultayın irsi 

08:32
10 İyul

Azərbaycan-İordaniya əlaqələri yüksək hüquqi müstəviyə keçir 

08:24
10 İyul

Rəqəmsal inkişaf və innovativ iqtisadiyyat seçim deyil, zərurətdir

08:16
10 İyul

Rəqəmsal hədəflər ayrıca hüquqi mexanizmlərin yaradılmasını zəruri edir

08:08
10 İyul

Azərbaycan - regionun sabitlik və əməkdaşlıq ünvanı

08:00
10 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi haqqında

01:02
10 İyul

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:01
10 İyul

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

00:51
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!