03 İyul 2026 08:15
203
CƏMİYYƏT
A- A+
Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli

Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli


İndi bütün dünyanı düşündürən əsas problemlərdən biri də budur


XXI əsr rəqəmsal texnologiyaların insan həyatının bütün sahələrini köklü şəkildə dəyişdirdiyi bir dövr kimi xarakterizə olunur. İnternet və sosial şəbəkələr informasiyaya çıxışın genişlənməsində, təhsilin əlçatanlığının artmasında, insanların ünsiyyət imkanlarının zənginləşməsində, yaradıcılıq potensialının üzə çıxarılmasında və dünyanın müxtəlif guşələrində yaşayan insanları bir-birinə yaxınlaşdırmaqda əvəzsiz vasitəyə çevrilib. 

Bunlarla yanaşı, rəqamsal mühitdə meydana çıxan böyük imkan özü ilə birlikdə həm də yeni məsuliyyət və risklər yaradır. Xüsusən uşaqların nəzarətsiz internet məkanında qarşılaşdıqları təhlükələr təkcə ailələri deyil, dövlətləri, beynəlxalq təşkilatları və mütəxəssisləri də ciddi narahat edən qlobal problemə çevrilib.

Müasir dövrdə uşaqların inkişafı yalnız ailə və məktəblə məhdudlaşmır. Onların dünyagörüşlərinin formalaşmasına sosial media platformaları da güclü təsir göstərir. Bu platformalarda faydalı məlumatlarla birlikdə zorakılığı təbliğ edən görüntülər, aqressiv davranış nümunələri, kibertəzyiq, dezinformasiya, psixoloji manipulyasiya, yaş xüsusiyyətlərinə uyğun olmayan müxtəlif zərərli çağırışlar da geniş yayılıb. Süni intellekt alqoritmləri istifadəçinin maraqlarını təhlil edərək bu xarakterli çağırışların yayılmasına şərait yaradır. Nəticədə hələ şəxsiyyət kimi tam formalaşmamış uşaqlar bu təsirlərə qarşı daha həssas olurlar ki, bu da çox vaxt ağır psixoloji və sosial nəticələrə səbəb verir.

Bu gün dünyanın bir çox ölkəsində əsas müzakirə mövzusu uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması yollarıdır. Azərbaycan da bu istiqamətdə mühüm hüquqi addım atıb. Milli Məclisin İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini parlament üçüncü oxunuşda qəbul edib.

Dəyişikliklərin mahiyyəti aydındır: məqsəd sosial şəbəkələrə qadağa qoymaq yox, uşaqları yaşlarına uyğun olmayan rəqəmsal təsirlərdən qorumaq, onların fiziki, psixoloji və mənəvi inkişafı üçün daha təhlükəsiz informasiya mühiti formalaşdırmaqdır. Bu baxımdan qəbul edilən dəyişikliklər dövlətin uşaqların müdafiəsinə yönəltdiyi sosial siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Qanuna əsasən, 16 yaşına çatmamış şəxslərin müəyyən ediləcək sosial şəbəkə platformalarında hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaşlı yeniyetmələr isə yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə həmin platformalarda qeydiyyatdan keçə biləcəklər. Bu yanaşma uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların təhlükəsiz inkişafını təmin edən hüquqi mexanizmdir.

Əslində, cəmiyyət yaş məhdudiyyəti anlayışına çoxdan alışıb. Uşaqlara siqaret və alkoqollu içkilərin satılması, onların soyuq silah əldə etmələri, qumar oyunlarında iştirakları və pornoqrafik materiallara çıxışları qanunla çoxdan məhdudlaşdırılıb. İndi heç kim bunu uşaqların hüquqlarının pozulması kimi də qiymətləndirmir. Əksinə, bu məhdudiyyətlərin uşaqların sağlamlıqlarını, təhlükəsizliklərini və gələcəklərini qorumağa xidmət etdiyini qəbul edir. Odur ki, rəqəmsal mühit artıq həyatımızın ayrılmaz hissəsinə çevrildiyindən eyni müdafiə prinsiplərinin sosial media platformalarında da tətbiqi tamamilə məntiqli və zəruridir.

Bu gün informasiya təhlükəsizliyi həm də insanın daxili aləminin qorunması deməkdir. Xüsusilə uşaqların şüuruna, psixologiyasına və həyat tərzinə təsir göstərən rəqəmsal risklər fonunda qəbul edilən bu dəyişikliklər gələcəyin sağlam, savadlı və məsuliyyətli vətəndaşlarının formalaşmasına yönəldilmiş mühüm strateji addım kimi qəbul edilməlidir. Bu məqamda qeyd edək ki, Azərbaycanın qəbul etdiyi yeni hüquqi tənzimləmə qlobal rəqəmsal təhlükəsizlik siyasətindən kənarda atılmış addım deyil. Əksinə, bu gün dünyanın inkişaf etmiş dövlətləri uşaqların sosial şəbəkələrdə təhlükəsizliklərini təmin etmək üçün oxşar hüquqi mexanizmlər formalaşdırırlar. Elmi araşdırmalar, psixoloqların rəyləri və beynəlxalq təşkilatların hesabatları göstərir ki, nəzarətsiz sosial media istifadəsi uşaqların psixoloji sağlamlığı, emosional inkişafı, təhsili və sosial münasibətlərinə ciddi təsir göstərə bilir. Buna görə də bir çox ölkə rəqəmsal platformalarda yaşın yoxlanılması və valideyn nəzarətinin gücləndirilməsi istiqamətində yeni hüquqi çərçivələr yaradır.

Bu sahədə ilk ciddi addımlardan biri Avstraliyada atılıb. Qəbul edilən qanunla uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni tələblər müəyyənləşdirilib və rəqəmsal platformaların məsuliyyəti artırılıb. Fransa da Avropada yaş məhdudiyyətinin tətbiqinə başlayan ilk ölkələrdən biridir. Hazırda Danimarka, İspaniya, ABŞ və bir sıra digər dövlətlər də analoji hüquqi mexanizmlər üzərində işləyirlər. Almaniya, Norveç, Portuqaliya, Kanada, Türkiyə, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan da uşaqların rəqəmsal mühitdə müdafiələrini gücləndirən qanunvericilik təşəbbüslərini genişləndirirlər. Regionumuzda isə Qazaxıstan və Özbəkistanda oxşar qanun layihələrinin müzakirəsi göstərir ki, rəqəmsal təhlükəsizlik artıq bütün beynəlxalq ictimaiyyətin ortaq çağırışına çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu təhlükəni belə ifadə edib: "Bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqlarımızın zehnini pozduğu və sosial media platformalarının, açıq desək, zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq. İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır". Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə problemin mahiyyətini bir cümlə ilə ifadə edib: "Məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil. Məsələ sosial medianın gənclərə çıxışının olub-olmamasındadır". Bu fikir rəqəmsal dövrün əsas çağırışını aydın şəkildə ortaya qoyur. Artıq söhbət uşaqların internetdən istifadə edib-etməmələrindən getmir. Əsas məsələ sosial media platformalarının alqoritmlər vasitəsilə onların düşüncələrinə, seçimlərinə və psixologiyalarına göstərdiyi təsirin qarşısının necə alınmasıdır. Buna görə də bir çox dövlət uşaqların müdafiəsini yalnız ailələrin üzərinə qoymur, onu hüquqi mexanizmlərlə də dəstəkləyir. 

Bu gün dünyanın əksər ölkəsini düşündürən əsas sual eynidir: sürətlə inkişaf edən texnologiyalar insanın, xüsusən uşağın maraqlarına necə xidmət etməlidir? Cavab isə aydındır: texnologiyanın inkişafı nə qədər vacibdirsə, insanın mənəvi, psixoloji və fiziki təhlükəsizliyi də bir o qədər önəmlidir. Rəqəmsal tərəqqi yalnız insanın inkişafına xidmət etdiyi halda öz həqiqi dəyərini qazanır. Azərbaycanın qəbul etdiyi yeni qanunvericilik dəyişiklikləri də məhz bu baxışın ifadəsidir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri insan kapitalının inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi və onların müasir bilik və bacarıqlara yiyələnmələri üçün əlverişli şəraitin yaradılmasıdır. Uşaqların informasiya təhlükəsizliklərinin gücləndirilməsi həmin siyasətin mühüm istiqamətlərindən biridir.

Rəqəmsal əsrdə uşaqları qorumaq texnologiyaya qarşı çıxmaq demək deyil, əksinə, bu, texnologiyanın insanın xidmətində olmasını təmin etmək deməkdir. Çünki gələcəyin cəmiyyətini güclü edən sürətli internet, müasir platformalar və yeni alqoritmlərlə bərabər, həm də sağlam düşüncəli, savadlı, milli-mənəvi dəyərlərə bağlı və məsuliyyətli gənc nəsildir. Məhz buna görə uşaqların rəqəmsal təhlükəsizliklərinin təmin olunmasına yönəldilmiş hər bir addım Azərbaycanın gələcəyinə qoyulan ən etibarlı sərmayələrdən biri kimi qiymətləndirilməlidir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: İran danışıqlar zamanı bizə lazım olan hər şeyə razılıq verib

09:12
03 İyul

Piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək

08:55
03 İyul

Oğullar Vətəni qorumaq üçün doğulur

08:50
03 İyul

Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü

08:45
03 İyul

Müharibənin 41-ci günü yaralandı

08:40
03 İyul

“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”

08:35
03 İyul

Onun həyat missiyası - cəmiyyətə xidmət

08:30
03 İyul

Rəqəmsallaşma gələcəyin layihəsi yox, günün reallığıdır

08:25
03 İyul

Ursula fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası 

08:20
03 İyul

Azərbaycan-Aİ iqtisadi münasibətləri qarşılıqlı strateji maraqların təminatına hesablanıb

08:17
03 İyul

Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli

08:15
03 İyul

19 il əvvəl "Şahdəniz" qazı Türkiyəyə çatdırıldı

08:10
03 İyul

"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend

08:05
03 İyul

Bakı-Brüssel tərəfdaşlığında yeni dövr

08:00
03 İyul

Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

07:30
03 İyul

Dünya çempionatı: 1/8 finalın 6 cütlüyü müəyyənləşib

06:51
03 İyul

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

06:01
03 İyul

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:22
03 İyul

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

01:02
03 İyul

Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər  

23:36
02 İyul

Türkiyə Xarici İşlər Nazirliyi: Suriya xalqı ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək  

22:29
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!