03 İyul 2026 08:50
152
CƏMİYYƏT
A- A+
Oğullar Vətəni qorumaq üçün doğulur

Oğullar Vətəni qorumaq üçün doğulur


18 yaşı tamam olmuş gənclər iyulun 1-dən ordu sıralarına yola düşürlər. Sabahın Vətən keşikçiləri hərbi xidmətə böyük həvəslə, yüksək ovqatla gedirlər.

Bu günlər ordu sıralarına yola düşəcək gənclərdən biri də Əbdülcamal Qarayevdir. Üz-gözündən sevinc yağan Əbdülcamal 2005-ci il avqust ayının 11-də İstanbulda dünyaya göz açıb. Bakıdakı 189-190 nömrəli orta məktəbdə oxuyub. Həmişə dərslərindən yüksək qiymətlər alan Əbdülcamal 2022-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedoqoji Universitetin Fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinə qəbul olunub. 

Ali təhsilini başa vuran Əbdülcamal artıq Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün ordu sıralarına yola düşməyə hazırlaşır. Həmin qürurverici və iftixar dolu günü intizarla gözləyən Əbdülcamal Qarayev dedi ki, Vətənə əsgər olmaq hamımızın müqəddəs borcudur, bu, olduqca şərəfli bir borcdur, çünki Vətənin çağırışıdır: "Vətən qarşısındakı övladlıq borcumu yerinə yetirmək üçün ordu sıralarına yola düşməyimə günlər qalıb. Hərbi forma geyinmək, Vətənə əsgər olmaq çoxdankı arzum idi. Buna görə də böyük sevinc içindəyəm. Əsgər kimi mərdlik məktəbinin sınaqlarından uğurla keçməyə çalışacaq, silahların sirlərinə dərindən yiyələnəcək, daim təcrübə və səriştəmi artıracaq və torpaqlarımızı göz bəbəyim kimi qoruyacağam. Komandirlərin verəcəyi bütün tapşırıqları qüsursuz və vaxtında yerinə yetirərək Vətənə layiqli əsgər olacağam".   Sabahımızın əsgərindən eşitdiyimiz bu sözlərdən ürəyimiz qürurla doldu. Əmin olduq ki, bu ovqatla, bu cür əzmkarlıqla ordu sıralarına yola düşən Əbdülcamal Qarayev verdiyi sözə əməl edəcək. 

Övladı əsgər getdiyinə görə anası Səadət xanım həm qürurlu, həm də bir az həyəcanlı görünürdü. Dedi ki, oğullar Vətəni qorumaq üçün doğulur: "Oğlumun gedəcəyi yol müqəddəsdir. Çünki bu, atalarımızın, babalarımızın getdiyi yoldur. Mən oğluma çox güvənir və inanıram. Ona görə də əminliklə deyə bilərəm ki, Əbdülcamal nümunəvi xidmətilə doğmalarının başını hərbi xidmətdə də uca edəcək".


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: İran danışıqlar zamanı bizə lazım olan hər şeyə razılıq verib

09:12
03 İyul

Piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək

08:55
03 İyul

Oğullar Vətəni qorumaq üçün doğulur

08:50
03 İyul

Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü

08:45
03 İyul

Müharibənin 41-ci günü yaralandı

08:40
03 İyul

“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”

08:35
03 İyul

Onun həyat missiyası - cəmiyyətə xidmət

08:30
03 İyul

Rəqəmsallaşma gələcəyin layihəsi yox, günün reallığıdır

08:25
03 İyul

Ursula fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası 

08:20
03 İyul

Azərbaycan-Aİ iqtisadi münasibətləri qarşılıqlı strateji maraqların təminatına hesablanıb

08:17
03 İyul

Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli

08:15
03 İyul

19 il əvvəl "Şahdəniz" qazı Türkiyəyə çatdırıldı

08:10
03 İyul

"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend

08:05
03 İyul

Bakı-Brüssel tərəfdaşlığında yeni dövr

08:00
03 İyul

Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

07:30
03 İyul

Dünya çempionatı: 1/8 finalın 6 cütlüyü müəyyənləşib

06:51
03 İyul

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

06:01
03 İyul

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:22
03 İyul

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

01:02
03 İyul

Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər  

23:36
02 İyul

Türkiyə Xarici İşlər Nazirliyi: Suriya xalqı ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək  

22:29
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!