19 Yanvar 2018 12:01
196
SİYASƏT
A- A+
Rənglərin işığında “Qara Yanvar” mövzusu

Rənglərin işığında “Qara Yanvar” mövzusu

 

Bu şərəfli tariximiz yalnız ədəbi dildə deyil, daşda, ağacda, kətanda da dolğun təsvir edilir

 

Qanla yazılmış şərəfli tariximizdən - xalqımızın qürur mənbəyinə çevrilən 20 Yanvardan 28 il ötür. 20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımızın iradəsini və yenilməzliyini bütün dünyaya nümayiş etdirən tariximizin bu səhifəsi ədəbiyyat, mədəniyyət və incəsənətdə də dərin izlər qoyub. Bunu 20 Yanvara həsr edilən sənət əsərlərindən görmək mümkündür.
Hər bir tarixi hadisə onun ictimai mahiyyətindən asılı olaraq xalqın yaddaşına o zaman yazılır ki, o, sənət əsərlərinin mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi yaradıcı övladları həmin hadisəni bədii ifadə vasitələri ilə əks etdiriblər.
20 Yanvara zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən susdurulmadığını görürük. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir. Qanları ilə torpağa “Azadlıq” yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, bir sözlə, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın mübarizliyini, əzmkarlığını nümayiş etdirdilər
Bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təsdiq edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr və ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıqla heykəltəraşlıq sahəsində də bu şərəfli tariximiz canlı, qanlı və obrazlı təsvir edildi.
Təsviri sənətin görkəmli nümayəndəsi, rənglərin dilini və sirrini bilən, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olan fırça ustası, xalq rəssamı Mikayıl Abdullayev hələ 1992-ci ildə yaratdığı “Nakamların dəfni” əsəri ilə bir daha 20 Yanvar faciəsinin unudulmayacağını göstərdi. Hər il bir qayda olaraq, istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgisi keçirilir. İstiqlal muzeyində 20 Yanvara həsr edilmiş sərgilərin birində Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, yaxşı günləri yaşayanda gərək faciələri də unutmayasan. Onların gələcək nəsillərə çatdırılması üçün sənət əsərlərindən istifadə edilməlidir: “Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də belə sənət əsərləridir. Onlar nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq bir o qədər mümkünləşər və asanlaşar”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev isə deyir ki, zəngin ənənələrə malik Azərbaycan təsviri və tətbiqi sənətində xalqımızın çoxəsrlik tarixi ilə bağlı hadisələrə “bədii güzgü” tutulmaqla, zaman-zaman yaşananların gələcək nəsillərə ötürülməsi istiqamətində çox önəmli işlər görülüb: “Bu ənənə öz əksini ilk dəfə Azərbaycan rəssamlığında XX əsrin əvvəllərində - görkəmli fırça ustası Bəhruz Kəngərlinin yaradıcılığında tapıb. Rəssamın çəkdiyi “Qaçqınlar” qrafik silsiləsi erməni təcavüzünün izlərini özündə yaşadan ifşaedici bədii-tarixi sənət nümunələrinə çevrilib. Dünya şöhrətli rəssamın öz müasirlərini - qaçqın soydaşlarını əks etdirən silsilə portretlərinin bu gün də təkzibolunmaz ittiham qaynağına çevrildiyi danılmazdır”.
Azərbaycan təsviri sənət ustalarının müasir nəsli də 1990-cı ilin 20 yanvarında yaşanan faciəyə biganə qalmadılar və ötən illər ərzində bu mövzuda yaddaqalan əsərlər yaratmağa nail oldular. Həmsöhbətimizin fikrincə, Bakıda və respublikanın bölgələrində ucaldılan abidələri, muzey və qalereyaların ekspozisiyalarını bəzəyən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini 20 Yanvar faciəsinin dəhşətlərini özündə yaşadan, gələcək nəsillərin öz tarixinə bələdçiliyinə kömək edəcək çox qiymətli qaynaq hesab etmək olar.
Xalq rəssamı Kamil Nəcəfzadənin “20 Yanvar” rəngkarlıq tablosunu bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar. Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun “Bakıda 20 Yanvar faciəsi” tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından böyük əhəmiyyət kəsb edir. Bu çoxfiqurlu kompozisiya Azərbaycan təsviri sənətində həmin mövzuda yaradılmış ən yaxşı əsərlərdəndir. Rəssam şəhərin gecə mənzərəsi fonunda baş vermiş faciənin dəhşətlərini rənglərin təzadı ilə cəlbedici və təsirli tutumda ifadə etməyi bacarıb.
Tanınmış fırça ustası Sara Manafovanın çəkdiyi “Qara güllər” əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür: “Əməkdar incəsənət xadimi Eyyub Məmmədov isə şahidi olduğu qanlı olaylara bədii münasibətini “Qanlı şənbə günü”, “Komendant saatı” və “Hədəf” tablolarından ibarət “Yanvar hadisələri” adlı triptixində ifadə edib. Bu üç əsərdə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş hadisələrin mənəvi-psixoloji tutumunu ifadə edən ittiham hissi qabarıq duyulmaqdadır. Rəngkar Eyzam Şıxəliyevin “Faciə” əsərində də qanlı Yanvar gecəsinin ağrıları yaddaqalan bədii həllini tapır: dinc əhaliyə yönəldilmiş yağı süngüləri altında qalaqlanan çoxsaylı şəhid cəsədləri o zülmət gecənin dəhşətlərini bütün reallığı ilə əks etdirir”.
Sadalamaqla qurtarmayan belə sənət əsəri yaradanlardan biri də istedadlı rəngkar İlham Ənvəroğludur ki, “Xeyir və Şər” əsərində o qanlı gecəyə bədii-fəlsəfi tutum verilib. Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi “Fəryad” əsərində bir neçə butanın ifadəli forması ilə faciənin yaşantıları şərti-rəmzi həllini tapıb. Kompozisiyanın ağ-qara koloriti də mövzunun açımını əyaniləşdirməkdə əsas vasitədir. Yaxud gənc rəssam İsmayıl Əvəzovun yığcam detallı “Bakı faciəsi” adlı qrafik lövhəsinə baxsaq görərik ki, qaranlıq gecədə insanları haraylayan qanlı əllərin tamaşaçıda yaratdığı bədii-psixoloji təsir çox güclüdür. Əməkdar rəssam Arif Qazıyevin “Fəryad” və “Şəhid anası”, Məmməd Rəşidovun “Daşın göz yaşları” və s. heykəltəraşlıq nümunələrində də faciə yaddaqalan şəkildə ifadə edilib.
Plakat ustası Kirman Abdinin yaradıcılığında 20 Yanvar mövzusu xüsusi yer tutur. Bir neçə il bundan əvvəl o, əsərlərini metronun “20 Yanvar” stansiyasının içərisində sərgi şəklində ictimaiyyətə təqdim edib. Həmin ekspozisiyanın yaddaqalan təsiri bu gün də xatırlanmaqdadır.
Tətbiqi sənət ustalarından biri olan Fəxrəddin Əliyevin iri ölçülü “20 Yanvar” xalçası, Adil Şıxəliyevin “Qara Yanvar” qobeleni, Rauf Əbdülhüseynoğlunun “Faciə gecəsi” mənalılığı ilə diqqət çəkir.
Heykəltəraşlıq sahəsində ilk nümunə faciənin baş verdiyi il Gəncədə yaradıldı. Tanınmış tişə ustası Səid Rüstəmin müəllifliyi ilə hazırlanan üçhissəli heykəltəraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş qanlı hadisənin ittihamedici obrazı öz həllini tapıb.
Faciədə həlak olanların xatirəsinə ucaldılan ümumiləşdirilmiş abidə isə paytaxtın “20 Yanvar” meydanındadır. Bu əsərdə şənbə gecəsi törədilən qanlı cinayətə qarşı dinc əhalinin etirazı yaddaqalan plastik tutumda ifadə olunub. Çoxfiqurlu tunc kompozisiyanın müəllifləri Azad Əliyev və Cavanşir Dadaşovdur.
20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı təcavüzdür. 19 yanvar - şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. İmperiya cəlladlarının vəhşi simaları xalqımızın məğrurluğu altında yoxa çıxdı. Oğul və qızlarımız tankların, ağır hərbi texnikanın, cəlladların təpikləri altında xıncım-xıncım olsalar da, qəhrəmanlıq obrazı yaratdılar. Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.
Tariximizin bu qanlı və şanlı səhifəsi incəsənət əsərlərində öz əksini tapdıqca o, yaddaşlarda daha dərin izlər buraxdı: tarixləşdi, heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi. Bu, belə də davam edəcək.

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!