09 İyun 2026 14:48
148
SİYASƏT
A- A+
Təklif olunan dəyişikliklər rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunmasına xidmət edir  

Təklif olunan dəyişikliklər rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunmasına xidmət edir  


Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir.  Bu inkişafın göstəricilərindən biri də sosial şəbəkələrin mövcudluğudur. Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkələrin faydası çox olsa da, problemli məqamlar da istisna deyil. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, xüsusilə uşaqların ondan nəzarətsiz istifadə etməsinin qarşısı alınmalıdır. Yəni internet resursları, müasir texnologiyalar müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial-psixoloji inkişafına ziyan vura bilir. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə yayımlanan bəzi filmlər, oyunlar uşaq və yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Hətta bəzi hallarda onların aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrin mənfi təsirləri nəticəsində demək olar ki, bütün ölkələrdə məktəblilər tərəfindən xoşagəlməz hallar törədilir, hətta cinayət hadisələri də baş verir. Belə halların qarşısını almaq üçün dünyada uşaq və yeniyetmələrin internetdən, o cümlədən sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif təcrübələr mövcuddur. “Məsələn, Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi tam qadağandır. Çin vaxt məhdudiyyətləri və məzmun nəzarəti ilə hərtərəfli dövlət tənzimləmələrini tətbiq edir. Qardaş Türkiyədə də 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub. Düşünürəm ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə girişinə tam qadağa yox, məhdudiyyət tətbiq edilməlidir. Uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət olunmalıdır. Həm ailə, həm məktəb, həm də  cəmiyyət olaraq bu məsələdə diqqətli olmalıyıq. Uşaqlara nəyisə qadağan etməklə problemi tam həll etmək mümkün deyil. Bu yöndə cəmiyyət olaraq maarifləndirmə işləri aparılmalı, uşaqların inkişafı üçün lazımi addımlar atılmalıdır. Yəni, məktəblilər sosial medianın müsbət tərəflərindən istifadə etməlidir. Bununla yanaşı, onları sosial şəbəkə müstəvisində təhlükələrdən qoruya bilən  rəqəmsal mühit yaradılmalıdır” deyə deputat bildirib.

Samir Vəliyev qeyd edib ki, bu baxımdan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən bir sıra dəyişikliklər çox əhəmiyyətlidir. Artıq bu dəyişikliklərlə bağlı qanun layihəsi iyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə edilib və plenar iclasa tövsiyə olunub. Dəyişikliklər qəbul edildikdən və qüvvəyə mindikdən sonra uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək.  Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün çox mühümdür. Buna görə də dövlətin rəqəmsal inkişaf siyasətində uşaqların mühafizəsi prioritet məsələlərdən biri kimi qarşıya qoyulub. Qanunvericiliyin təkmilləşdirilməsi də məhz uşaqların müdafiəsinə yönəlib. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Platformaların siyahısı müvafiq icra hakimiyyəti qurumunun müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur. Dəyişikliklərə əsasən, provayderin məsuliyyəti və öhdəlikləri müəyyənləşdirilir. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün bir sıra texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir. 

“Əlbəttə, bu layihə hazırlanarkən dünya ölkələrinin təcrübəsinə istinad edilib. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqi mövcuddur. Azərbaycanın milli qanunvericiliyinə təklif edilən bu dəyişikliklər də rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədinə xidmət edir”,-deyə deputat vurğulayıb.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

14:57
09 İyun

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

14:54
09 İyun

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

14:51
09 İyun

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

14:48
09 İyun

Təklif olunan dəyişikliklər rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunmasına xidmət edir  

14:48
09 İyun

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib  

13:53
09 İyun

Dərmanların təhlükəsizliyi necə qorunur?

13:38
09 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

13:34
09 İyun

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

13:21
09 İyun

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

13:01
09 İyun

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

12:54
09 İyun

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

12:50
09 İyun

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

12:39
09 İyun

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır  

12:21
09 İyun

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

12:14
09 İyun

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır  

12:07
09 İyun

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

11:58
09 İyun

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

11:49
09 İyun

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

11:40
09 İyun

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb 

11:39
09 İyun

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

11:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!