14 Noyabr 2014 05:11
642
PARLAMENT
A- A+
“Reklam haqqında” qanun layihəsi müzakirə edilib

“Reklam haqqında” qanun layihəsi müzakirə edilib

Noyabrın 14-də Milli Məclisin İqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin geniş müzakirəsi keçirilib. Müzakirədə komitə üzvləri ilə yanaşı, kütləvi informasiya vasitələrində reklam verilməsini və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, uzun müddətdir reklam fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanır. Onun sözlərinə görə, ilk dəfə Milli Məclis 1997-ci ildə “Reklam haqqında” qanun qəbul etmişdir. Həmin vaxt ölkənin sosial-iqtisadi vəziyyəti yaxşı deyildi. İndi o zamandan 15 ildən artıq bir vaxt keçib və Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər olub. Müstəqilliyimizin qorunması, ölkə iqtisadiyyatının davamlı inkişafı üçün ulu öndər Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin reallaşması nəticəsində çox böyük nailiyyətlər əldə edilib. İqtisadi həyatın bütün sahələrində böyük inkişaf prosesi gedir. Bu dövrdə reklam sistemində də müəyyən uğurlar əldə olunub. Lakin açıq demək lazımdır ki, müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var. Yəni dünya ölkələri ilə müqayisə edəndə Azərbaycanın reklam bazarındakı göstəriciləri iqtisadiyyatın ümumi inkişafı ilə düz gəlmir.

Z.Səmədzadə qeyd edib ki, Azərbaycan dünyada özünün müstəqilliyini, milli mənəvi dəyərlərini qoruyan bir dövlət kimi tanınır. Bütün bunlar  tələb edir ki,  reklama daha ciddi yanaşaq, bu məsələyə həm iqtisadçı, həm siyasətçi, həm də bir Azərbaycan vətəndaşı kimi baxaq. Müəyyən etməliyik ki, bu sahədə boşluqar nədən ibarətdir və bunları aradan qaldırmaq üçün nələr etməliyik. Bu boşluğu doldurmaq üçün Azərbaycanın kifayət qədər potensialı var.

Deputat Vahid Əhmədov isə “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verib. Reklam bazarının inkişafı və onun doğru istiqamətdə tənzimlənməsi üçün ilk növbədə qanunvericilik bazası yaradılmalıdır. Bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübədən geniş istifadə olunub, o cümlədən beynəlxalq sənədlərin tələbləri nəzərə alınıb. Layihəyə müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən yeni anlayışlar daxil edilib, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsinin yeni mexanizmləri təklif olunub. Mövcud “Reklam haqqında” qanun 30 maddədən ibarət olduğu halda, yeni layihə 39 maddədən ibarətdir. Bu layihədə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur.

V.Əhmədovun sözlərinə görə, qanun layihəsində reklam hesab olunmayan məlumatların əhatə dairəsi dəqiqləşdirilib. Layihədə xüsusən yetkinlik yaşına çatmamış uşaqların müdafiəsi ilə bağlı müddəalar genişləndirilib və süni qida məhsullarının reklamı ilə bağlı xüsusi maddə əlavə edilib. Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib. Sponsor reklamların  yerləşdirilməsinə dair yeni qaydalar müəyyənləşib. Hazırki  dövrdə sponsor reklamın geniş yayılmasına baxmayaraq, mövcud qanunvericilik bu sahəni tam tənzimləmir. Yeni layihəyə əsasən, matəm günlərində televiziya və radioda reklam materialının yayımlanması qadağandır. Eyni zamanda, reklam qurğularının yerləşdirilməsi ilə bağlı yeni qaydalar da müəyyən edilib. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi ilə bağlı qaydalar tətbiq olunub. Xüsusi təyinatlı nəqliyyat vasitələrində isə reklam qadağan edilir. Həmçinin, spirtli içkilərin reklamına dair tələblər genişləndirilib, bu reklamların yayımlanmasına vaxt məhdudiyyəti qoyulub. Bu cür reklamlar yalnız gecə saat 12:00-dan səhər saat 6:00-dək yayımlana bilər. Bundan başqa, dərman vasitələrinin, tibbi texnikanın və tibbi xidmətin məzmununa dair yeni tələblər müəyyən edilib.

Sonra kütləvi informasiya vasitələrində reklam verilməsini və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Akkord” Şirkətlər Qrupunun nümayəndəsi Eyyub Məmmədov, ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev, “APA Holdinq”in baş direktoru Vüsalə Mahirqızı və başqalarının layihə barədə dedikləri təkliflər maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, müzakirəyə çıxarılan yeni qanun layihəsi sadə, anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapmışdır. Bununla yanaşı, hesab edirəm ki, layihənin üzərində iş davam etdirilməli, mübahisə yaradacaq və fəaliyyət subyektlərinin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı ciddi müzakirələr aparılmalıdır. İşçi qrup həm müvafiq dövlət orqanlarından, həm də reklam istehsalçısı və yayımçılarından  daxil olmuş təklifləri diqqətlə araşdırmalı, reklam bazarının inkişafına xidmət edən əsaslı rəy və təklifləri nəzərə almalıdır. Bundan başqa, qanun layihəsində reklamın verilməsi, hazırlanması və yayılması prosesini ağırlaşdıran, reklam subyektlərinin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar yenidən nəzərdən keçirilməli, prosedur qaydaları maksimum sadələşdirilməli və şəffaflaşdırılmalı, sui-istifadə amili aradan qaldırılmalıdır.

Sonra Əli Həsənov yeni qanun layihəsini nəzərdən keçirdiyini və bir sıra prinsipial məsələlərlə bağlı təkliflərini işçi qrupuna təqdim etdiyini bildirib.

 

Elgün MƏNSİMOV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!