07 Yanvar 2026 08:40
281
SİYASƏT
A- A+
Regional və qlobal reallıqlar "907-ci düzəliş"in ləğvini şərtləndirir

Regional və qlobal reallıqlar "907-ci düzəliş"in ləğvini şərtləndirir


1992-ci ildə Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən qəbul edilən və "Azadlığa Dəstək Aktı"na əlavə olunan 907-ci düzəlişin ləğv olunma prosesi real siyasi müzakirə mərhələsindədir. ABŞ Administrasiyası və Konqresdə bu məsələ artıq gündəmdədir. 2025-ci ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən "Azadlığa dəstək qanununa" 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. Həmin ilin dekabrın 10-da isə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. 

"907-ci düzəliş" - Amerika Birləşmiş Ştatlarının 1992-ci il "Azadlığa Dəstək Aktı"na daxil edilmiş bir maddədir. Bu maddə ABŞ tərəfindən Azərbaycana birbaşa yardım göstərilməsini uzun illər məhdudlaşdırıb. Sözügedən düzəliş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə aparması və BMT qətnamələrini pozmasına baxmayaraq, işğalçı Ermənistana deyil, təcavüzə məruz qalmış Azərbaycana sanksiya tətbiq edirdi ki, bu da beynəlxalq hüquq və ədalətlə qətiyyən uzlaşmırdı. Məntiqlə təcavüzə məruz qalmış, torpaqlarının 20 faizi işğal edimiş, soyqırımı və qətliamlarla üzləşmiş Azərbaycan yox, həqiqi təcavüzkar Ermənistan cəzalandırılmalı idi. Ancaq əfsuslar olsun ki, dövlətimiz dəfələrlə olduğu kimi, "907-ci düzəliş" məsələsində də Qərbin qərəzli yanaşması ilə üzləşmişdi. O baxımdan, 907-ci düzəlişin ən tez müddətdə ləğvinə nail olmaq, ilk növbədə, ABŞ-nin əvvəlki hökumətlərinin yanlışlarının, qeyri-obyektiv münasibətlərinin də aradan qaldırılması anlamına gəlir. 

2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış mühüm sənədlər, o cümlədən sülh sənədinin mətninin paraflanmasının özü də Ağ Evin sülh prosesinə töhfəsini zəruri edir. Yeni reallıqlar fonunda ABŞ-nin balanslı və obyektiv siyasət yürütməsi gözləniləndir. Digər yandan, ikitərəfli siyasi, iqtisadi və hərbi əlaqələrin inkişafı üçün "907-ci düzəliş" adlı maneə mütləq aradan qaldırılmalıdır. Sülh təşəbbüslərinin qarşısında siyasi və hüquqi əngəllər olmamalıdır. Bugünkü regional və qlobal geosiyasi reallıqlar bu ədalətsiz qərarın ləğvini zərurət halına gətirir. ABŞ Konqresi bu düzəlişi ləğv etməklə təkcə gecikmiş ədaləti bərpa etməyəcək, həm də Cənubi Qafqazda uzunmüddətli sabitliyə mühüm töhfə verəcək. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində 907-ci düzəlişin qəbul edildiyi ağır dövrdən və bu düzəlişin ləğvini zəruri edən faktorlardan danışıb. Dövlət başçısı haqlı olaraq "907-ci düzəlişi" mənfur sənəd adlandırıb: "Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında birnömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir". 

 "907-ci düzəliş"in qəbuluna əsas kimi guya "Ermənistana qarşı blokada" iddiası irəli sürülmüşdü. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün reallıq tamam fərqlidir və Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyi, yolların açıldığı və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyi şəraitdə blokada anlayışından söhbət gedə bilməz: "Bizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər". 

Hazırkı gündəmdə Azərbaycan və Ermənistan arasındakı keçmiş münaqişə yox, aktiv sülh gündəliyi müzakirə olunmaqdadır. Tərəflər sülh prosesində kifayət qədər  uğurlu məsafə qət ediblər və mühüm nəticələr əldə olunub. Cənab Prezident televiziya kanallarına müsahibəsində bu məqamı diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması və Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması "907-ci düzəliş"in ləğvini şərtləndirir: "Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır". 

Azərbaycan regionda sülh və əməkdaşlıq platformasının əsas təşəbbüskarlarından biridir. Ermənistanla münasibətlərin normallaşması, yolların açılması və iqtisadi inteqrasiya istiqamətində atılan addımlar, Azərbaycanın sülhə nə qədər sadiq olduğunu göstərir. Bu kontekstdə 907-ci düzəlişin aradan qaldırılması təkcə hüquqi deyil, həm də siyasi və mənəvi ədalətin bərpası olardı. Belə bədnam bir düzəlişin hüquqi və siyasi olaraq qüvvədə saxlanılması sülh prosesinə ziddir və eyni zamanda ABŞ-nin regionda obyektiv vasitəçi olmaq statusuna xələl gətirir. 907-ci düzəlişin ləğvi istiqamətində addımların atılması sadəcə Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası münasibətlərində yeni mərhələnin başlanğıcı yox, eyni zamanda Ağ Evin Cənubi Qafqaz regionunda mövcud reallıqları daha obyektiv dəyərləndirməyə başladığının siyasi siqnalı kimi də başa düşülməlidir. Dövlətimizə qarşı ədalətsiz və birtərəfli yanaşmanın hüquqi simvoluna çevrilmiş 907-ci düzəlişin faktiki olaraq neytrallaşdırılması yönündə başladılan təşəbbüs regionda güc balansının dəyişdiyinin, Azərbaycanın diplomatik, hərbi və geosiyasi baxımdan daha güclü aktora çevrildiyinin bariz göstərici və nəticəsidir. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək  

15:18
08 Yanvar

Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-3 

15:17
08 Yanvar

SOCAR ilə “TotalEnergies” “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib  

15:13
08 Yanvar

Türkiyəli mütəxəssis: Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini göstərir  

14:45
08 Yanvar

Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir  

14:36
08 Yanvar

İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur  

14:35
08 Yanvar

Sabah bəzi rayonlarda hava fasilələrlə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:35
08 Yanvar

Abid Malik: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” üçün Azərbaycanda uzunmüddətli strateji əməkdaşlığın başlanğıcıdır  

14:11
08 Yanvar

FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək  

14:01
08 Yanvar

Kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub

13:47
08 Yanvar

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  

13:41
08 Yanvar

Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

13:27
08 Yanvar

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb  

13:23
08 Yanvar

Qırğızıstanlı analitik : Mərkəzi Asiya-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyə xidmət edir  

13:13
08 Yanvar

Fransada etiraz edən fermerlər traktorları Parisin mərkəzinə sürüblər  

13:08
08 Yanvar

Azərbaycanda ilk dəfə keçirilən dağ xizəyi üzrə beynəlxalq turnirin qalibləri mükafatlandırılıb  

12:57
08 Yanvar

Media: Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istəyir  

12:39
08 Yanvar

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır  

12:17
08 Yanvar

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub -YENİLƏNİB

12:15
08 Yanvar

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb  

11:41
08 Yanvar

Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  

11:36
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!