08 Yanvar 2026 08:30
233
SİYASƏT
A- A+
Azərbaycan bütün reallıqları vaxtında və düzgün qiymətləndirir

Azərbaycan bütün reallıqları vaxtında və düzgün qiymətləndirir


Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi yetkinliyin, məsuliyyətli dövlət davranışının və humanist yanaşmanın məntiqi davamı kimi diqqət çəkir. 

Müharibədən sonra yaranmış reallıqlar fonunda ölkənin intiqam və dağıdıcılıq yolu deyil, ədalət və uzunmüddətli sülh strategiyasını seçməsi böyük müdrikliyin göstəricisidir. Tarixi ədalətsizliklərə, işğal illərində törədilmiş ağır cinayətlərə baxmayaraq, qarşı tərəfə kollektiv cəza tətbiq edilməməsi Azərbaycanın mənəvi üstünlüyünü təmin edən əsas amillərdən biridir. Güc imkanlarının mövcud olduğu halda ondan istifadənin məhdudlaşdırılması beynəlxalq hüquqa, humanitar dəyərlərə və gələcək nəsillərin təhlükəsizliyinə hesablanmış siyasi seçimdir. Bu yanaşma bir daha sübut edir ki, dövlətin gücü təkcə hərbi imkanlarla deyil, həm də məsuliyyət hissi və strateji səbirlə ölçülür. Məhz bu mövqe regionda qarşıdurmanın dərinləşməsinin qarşısını aldı və müharibədən sonrakı mərhələdə sabitlik üçün real zəmin formalaşdırdı.

Bununla yanaşı, dövlət başçısının müsahibəsində təhlükəsizlik məsələlərinə dair yer alan açıqlamalar müasir beynəlxalq münasibətlər sistemində praqmatik yanaşmanın zəruriliyini ortaya qoyur. Qlobal qeyri-sabitlik fonunda hər bir dövlətin öz müdafiə qabiliyyətini gücləndirməsi obyektiv reallıqdır və Azərbaycan bu reallığı vaxtında və düzgün qiymətləndirir. Türkiyə ilə rəsmi müttəfiqlik çərçivəsində qurulan hərbi əməkdaşlıq regionda sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir. Eyni zamanda türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi təşəbbüsü qarşılıqlı etimadın və ortaq təhlükəsizlik anlayışının gücləndirilməsinə xidmət edir. Burada məqsəd yeni hərbi blok yaratmaq deyil, mövcud sahələrdə olduğu kimi, təhlükəsizlik müstəvisində də koordinasiyanı artırmaqdır. Energetika, nəqliyyat və ticarət sahələrində formalaşmış uğurlu əməkdaşlıq modeli göstərir ki, bu cür yanaşma həm rasionaldır, həm də regional maraqlara uyğundur. Təhlükəsizlik sahəsində əməkdaşlıq da məhz bu məntiqə əsaslanaraq ümumi dayanıqlığı möhkəmləndirə bilər.

Prezidentin müsahibəsinin ən mühüm məqamlarından biri isə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması ilə bağlı vurğulanan prinsipial mövqedir. Bu yanaşma uzun illərdir həyata keçirilən sosial-iqtisadi islahatların ideoloji əsasını təşkil edir. Sosialyönümlü və investisiyayönümlü siyasət arasında qorunan həssas balans ölkənin davamlı inkişafını təmin edən başlıca amildir. Populizmdən uzaq durmaq, reallığa əsaslanan vədlər vermək və cəmiyyətə açıq məlumat təqdim etmək dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirir. Son 20 ilin statistik göstəriciləri, xüsusilə minimum əməkhaqqının dəfələrlə artması bu siyasətin konkret nəticələr verdiyini təsdiqləyir. Bu faktlar göstərir ki, həyata keçirilən siyasət şüar xarakteri daşımır, real həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Nəticə etibarilə Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycan dövlətinin güc, məsuliyyət və sosial ədalət prinsiplərini uzlaşdıran idarəçilik modelinə malik olduğunu bir daha nümayiş etdirir.


Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT qlobal iqtisadi artım proqnozunu açıqlayıb  

12:25
09 Yanvar

Dövlət Turizm Agentliyi: Qarabağ və Şərqi Zəngəzurda ekoturizm və mədəni turizmin inkişafı üçün geniş potensial mövcuddur  

12:24
09 Yanvar

Media: Qrenlandiyalıların 85 faizi amerikalı olmaq istəmir  

12:22
09 Yanvar

Qurban Qurbanov: Sevindirici haldır ki, artıq çempionatda “Qarabağ”a təhlükə yaradan komandalar var  

12:01
09 Yanvar

Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

11:50
09 Yanvar

Cəbrayıl və Füzuli rayonlarının ərazisində açıq sahədə baş vermiş yanğınlar söndürülüb  

11:43
09 Yanvar

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır  

11:41
09 Yanvar

Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb  

11:39
09 Yanvar

“Samsung Ballie” layihəsi dondurulub  

10:50
09 Yanvar

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar  

10:48
09 Yanvar

Dünya bazarında qızıl 17 dollar bahalaşıb

10:47
09 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:46
09 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib  

10:31
09 Yanvar

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır  

10:21
09 Yanvar

Emmanuel Makron: ABŞ bəzi müttəfiqlərdən uzaqlaşır və beynəlxalq qaydalardan kənara çıxır  

10:01
09 Yanvar

ABŞ Prezidenti Rusiya tankerinin ələ keçirilməsini şərh edib  

09:36
09 Yanvar

Tramp: Biz Venesuelada nefti idarə edəcəyik  

09:35
09 Yanvar

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq  

09:34
09 Yanvar

Kiyevə raket zərbələri endirilib, ölənlər var

09:32
09 Yanvar

ABŞ-da federal agentliyin əməkdaşları iki nəfəri güllələyib  

09:32
09 Yanvar

Ermənistanda hökumət-kilsə qarşıdurması şiddətlənir

09:15
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!