08 Yanvar 2026 13:27
485
İQTİSADİYYAT
A- A+
Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

Rəqəmsallaşma müasir dövrdə cəmiyyətin bütün sahələrinə təsir göstərməklə yanaşı, əmək bazarında da köklü dəyişikliklərə səbəb olur. Süni intellekt, avtomatlaşdırma, böyük verilənlər və rəqəmsal platformaların sürətli inkişafı ənənəvi peşə və məşğulluq formalarını transformasiya edir, yeni bacarıq və biliklərə olan tələbatı artırır. Bu proses əmək münasibətlərinin məzmununu yeniləyərək işin təşkili, icrası və idarə olunmasında çevik və texnoloji yanaşmaları ön plana çıxarır. Qlobal miqyasda rəqəmsal iqtisadiyyatın genişlənməsi əmək bazarında həm imkanlar, həm də çağırışlar yaradır. Bir tərəfdən məsafədən iş, frilans və platforma məşğulluğu kimi yeni iş modelləri formalaşır, digər tərəfdən isə bəzi ənənəvi peşələr risk altına düşür. Bu baxımdan rəqəmsallaşmanın əmək bazarına təsirinin düzgün qiymətləndirilməsi, insan kapitalının inkişafı və davamlı məşğulluğun təmin edilməsi aktual məsələlər sırasında yer alır.

Mövzu ilə əlaqədar AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, rəqəmsallaşmanın əmək bazarına bir çox istiqamətlər üzrə təsiri var.

“Ancaq ən böyük təsir deyə birini ifadə etməli olsaq, rəqəmsallaşmanın əmək bazarında bir çox peşələri tarixə qovuşdurmasıdır. Zamanla bir çox peşələr sıradan çıxır və yox olur. Məhz rəqəmsallaşma bunun sürətini daha da artırır. Yoxa çıxan peşələrin əvəzində isə müxtəlif rəqəmsal xidmətlər meydana gəldi”,- deyə o qeyd edib.

E.Əmirov vurğulayıb ki, əvvəl sahibkarlıq kontekstində ancaq yaxın ətrafla əlaqə qurmaq mümkün olurdusa, rəqəmsallaşma kontekstində artıq ucqar bir kənddə fəaliyyət göstərən bir mikrosahibkarlar planetin digər ucuna da kənddən çıxmadan öz məhsulunu online sata bilər: “Həmçinin süni intellekt fenomeni yarandı ki, bu da bir çox peşələri sıradan çıxarmağa doğru gedir. Kibertəhlükəsizlik məsələləri meydana gəldi və bu da yeni mütəxəssislərin yaranmasını da zəruri etdi. İnsanlarda analitik düşüncə bacarıqlarının inkişafına zərurət yaratdı.

Bundan başqa, distant iş rejimləri aktuallaşdı, eyni zamanda, gündəlik iş qrafiklərinin saatlıq iş qrafikləri ilə əvəz olunmasında məhz rəqəmsallaşma daha güclü təkan verdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13-ün yekun mətbuat konfransı keçirilib

15:01
22 May

Sabah bəzi yerlərdə yağış yağacaq

14:46
22 May

BMT-nin nümayəndəsi: Şəhərlər eyni vaxtda bir çox prioritetlə məşğuldur

14:23
22 May

Xocavənd şəhərində daha 17 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:10
22 May

Hikmət Hacıyev WUF13-ü işıqlandıran media nümayəndələrinə təşəkkür edib

13:58
22 May

WUF13-ün müzakirələrində ümumilikdə 115 min nəfər iştirak edib

13:48
22 May

Strateji Ekoloji Qiymətləndirmə dayanıqlı şəhər inkişafına töhfə verir

13:44
22 May

Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə heyətinin sədri-rektoru cənab Yerlan Sıdıkova

13:38
22 May

Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib

12:56
22 May

Azərbaycan və Belarus parlamentləri beynəlxalq müstəvidə əlaqələrini genişləndirir

12:49
22 May

Qvatemala nümayəndəsi: Yerli qadınların vəziyyəti və şəraiti irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edir  

12:37
22 May

13 işəgötürən, 70 vakansiya  

12:24
22 May

WUF13-də Namibiya və Ukraynada rəqəmsal şəhər həllərinin tətbiqi müzakirə olunub

12:23
22 May

Kolumbiyalı nümayəndə: Mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı planlaşdırıla bilməz

12:21
22 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

12:10
22 May

Rodriqo Labardini: Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır

12:09
22 May

WUF13 çərçivəsində özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair müzakirələr aparılıb YENİLƏNİB

12:08
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!