01 Avqust 2026 18:45
308
CƏMİYYƏT
A- A+
Qaradağ rayonunun Puta qəsəbəsində Şəhid Aslan Əliyevin xatirəsi anılıb 

Qaradağ rayonunun Puta qəsəbəsində Şəhid Aslan Əliyevin xatirəsi anılıb 


Avqustun 1-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Şəhid Aslan Eldar oğlu Əliyevin xatirəsi anılıb.

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emin Abbasov və YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov şəhid Aslan Eldar oğlu Əliyevin ailəsini ziyarət ediblər. Əvvəlcə şəhidin adına inşa edilmiş bulağın barelyefi önünə gül dəstələri qoyulub, şəhidin atası Eldar Əliyevə və ailə üzvlərinə başsağlığı verilərək səbr və təmkin arzulanıb.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur, onların ailələri dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur.

Şəhid Aslan Eldar oğlu Əliyev 2 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə yerləşən məktəbdə alıb, sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Puta qəsəbəsinə köçərək 184 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ilin yanvar ayında Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin iyul ayında Ağdam rayonunun Gülçülük sovxozu ərazisində yerləşən mövqelərimizdə düşmən atəşi nəticəsində şəhid olub və avqustun 1-də Puta qəsəbəsində dəfn edilib.

Şəhidin atası Eldar Əliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, qazanılan tarixi Qələbədə oğlunun da payı olduğuna görə qürur hissi keçirdiyini qeyd edib.

Tədbirdə bildirilib ki, Vətən yolunda canından keçən şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq, onların qanı bahasına azad edilmiş torpaqlarımız göz bəbəyi kimi qorunacaqdır. Şəhidlərimizin qəhrəmanlığı gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.

Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qaradağ rayonunun Puta qəsəbəsində Şəhid Aslan Əliyevin xatirəsi anılıb 

18:45
01 Avqust

Bu səfər Azərbaycan-Qırğızıstan iqtisadi əməkdaşlığına yeni impuls verdi

18:36
01 Avqust

Akademik: Rəqəmsal dövlətin mühüm missiyalarından biri də linqvistik suverenliyin təmin olunmasıdır

18:27
01 Avqust

Milli Kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilən sərgi təqdim olunub  

17:37
01 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

17:32
01 Avqust

Bişkekdən verilən strateji mesajlar Azərbaycanın geosiyasi reallıqdakı rolunu bir daha təsdiqlədi

17:19
01 Avqust

BDU-nun dosenti: Müstəqil Azərbaycanın dövlət idarəçiliyində dil siyasəti xüsusi əhəmiyyət kəsb edir  

17:12
01 Avqust

İrakli Kobaxidze: Gürcüstanda bir sıra təhdidlərin qarşısı alınıb  

16:57
01 Avqust

Ana dilimiz: milli kimliyimizin sarsılmaz zəmanəti

16:33
01 Avqust

Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələdə

16:24
01 Avqust

Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni mərhələsinə uğurlu keçid

16:11
01 Avqust

Macarıstanda istilərlə bağlı fövqəladə qərargah yaradılıb

16:00
01 Avqust

Azərbaycan Mərkəzi Asiya regionunda yeni əməkdaşlıq arxitekturasının formalaşmasında yaxından iştirak edir

15:50
01 Avqust

Marat Musuraliyev: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanın yeni mərhələsini başlayır  

15:43
01 Avqust

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir 

15:19
01 Avqust

UEFA FIFA rəhbərliyinə qarşı: İnfantino verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi  

15:12
01 Avqust

Dunayda “kabus körpü” yenidən üzə çıxıb  

15:07
01 Avqust

Günay Əfəndiyeva: Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir  

15:02
01 Avqust

Ağdam ayaqqabı fabriki regionun sosial-iqtisadi inkişafına töhfə verir

14:40
01 Avqust

Nəriman Əliməmməd oğlu Həsənzadə  

14:35
01 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

14:12
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!