01 Avqust 2026 14:40
216
İQTİSADİYYAT
A- A+
Ağdam ayaqqabı fabriki regionun sosial-iqtisadi inkişafına töhfə verir

Ağdam ayaqqabı fabriki regionun sosial-iqtisadi inkişafına töhfə verir


İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, iqtisadi fəallığın təmin olunması, yeni istehsal sahələrinin yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində də mühüm layihələr icra olunur. Ağdam Sənaye Parkı bu baxımdan regionun sənaye potensialının formalaşdığı əsas ünvanlardan biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rezidentlərin sayına görə ölkənin sənaye zonaları arasında ikinci yerdə olan Ağdam Sənaye Parkında 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda fəaliyyət göstərən müəssisələrə investorlar tərəfindən 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb. Hazırda burada 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, 10 müəssisə üzrə isə layihələndirmə işləri aparılır.

Parkda fəaliyyət göstərən müəssisələrdən biri – “BAFCO İnvest” MMC-nin ayaqqabı fabriki müasir istehsal imkanları ilə seçilir. Müəssisənin istehsal üzrə direktor müavini Musa Alızadə bildirib ki, fabrikdə hazırda 20-yə yaxın ayaqqabı modeli istehsal olunur. Bununla yanaşı, müxtəlif rəng və təyinatlı poliuretan çəkmələrin istehsalı da həyata keçirilir.

Onun sözlərinə görə, müəssisənin məhsulları həm daxili, həm də xarici bazarlarda təqdim olunur. Artıq bir sıra ölkələrə ixrac həyata keçirilib. Əsas ixrac istiqamətləri sırasında Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstan yer alır. Yaxın vaxtlarda Qazaxıstana 8 min cüt ayaqqabı göndərilib.

Musa Alızadə qeyd edib ki, müəssisə beynəlxalq sərgilərdə də iştirak edərək məhsullarını xarici tərəfdaşlara təqdim edir. Yaxın və Orta Şərq, eləcə də Avropa ölkələrinə ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır. Müəssisənin EN İSO uyğunluq sertifikatına malik olması fabrikin məhsullarının Avropa və dünyanın digər bazarlarına ixracına imkan yaradır.

Ağdam Sənaye Parkında yaradılan istehsal sahələri, eyni zamanda, doğma torpaqlarına qayıdan sakinlərin məşğulluğuna da mühüm töhfə verir. Fabrikdə hazırda 70 nəfərdən çox əməkdaş çalışır ki, onların da əksəriyyəti Ağdam və ətraf rayonların sakinləridir.

Müəssisədə çalışan keçmiş məcburi köçkün Aygül Allahverdiyeva bir il əvvəl Ağdam rayonunun Kəngərli kəndinə köçdüyünü və həmin vaxtdan müəssisədə işlə təmin olunduğunu deyib: “Evimiz də gözəldir, işimizdən də razıyıq. Çox sevinirik, qürur duyuruq ki, işğaldan azad olunmuş torpaqlarımızda yaşayırıq, işləyirik”, – deyə A.Allahverdiyeva bildirib.

Müəssisənin digər əməkdaşı Əsgər Əliyev isə iki ildən artıqdır burada işləyir. O, fabrikdə növbə rəisi kimi çalışdığını, istehsal avadanlıqlarına nəzarət etdiyini və yaranan texniki problemlərin aradan qaldırılmasına cavabdeh olduğunu qeyd edib.

“Bizə bu sevinci yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Gəlmişik doğma torpaqlarımıza”, – deyə Ə.Əliyev vurğulayıb.

Qeyd edək ki, “BAFCO İnvest” MMC-nin ayaqqabı fabrikində xüsusi təyinatlı ayaqqabıların illik istehsal gücü 360 min cüt, poliuretan çəkmələrin istehsal gücü isə 150 min cüt təşkil edir. Ağdam Sənaye Parkında yaradılan belə müəssisələr göstərir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi yalnız quruculuqla deyil, həm də istehsalın və iqtisadi həyatın yenidən canlanması ilə müşayiət olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda istilərlə bağlı fövqəladə qərargah yaradılıb

16:00
01 Avqust

Azərbaycan Mərkəzi Asiya regionunda yeni əməkdaşlıq arxitekturasının formalaşmasında yaxından iştirak edir

15:50
01 Avqust

Marat Musuraliyev: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanın yeni mərhələsini başlayır  

15:43
01 Avqust

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir 

15:19
01 Avqust

UEFA FIFA rəhbərliyinə qarşı: İnfantino verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi  

15:12
01 Avqust

Dunayda “kabus körpü” yenidən üzə çıxıb  

15:07
01 Avqust

Günay Əfəndiyeva: Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir  

15:02
01 Avqust

Ağdam ayaqqabı fabriki regionun sosial-iqtisadi inkişafına töhfə verir

14:40
01 Avqust

Nəriman Əliməmməd oğlu Həsənzadə  

14:35
01 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

14:12
01 Avqust

Sabahın hava proqnozu açıqlanıb

14:11
01 Avqust

Ukrayna xarici işlər naziri Kiyevə hücumdan sonra müttəfiqlərə təcili müraciət ünvanlayıb

14:09
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn ediləcək

14:07
01 Avqust

Kiyevə kütləvi hava zərbələri nəticəsində 18 yaşayış binası dağılıb

14:06
01 Avqust

Azərbaycan neftinin qiyməti 101 dollar olub

14:05
01 Avqust

İspaniyanın Seuta ərazisinə keçən on minlərlə miqrant könüllü olaraq Mərakeşə qayıdıb

14:04
01 Avqust

Bosniya və Herseqovina və Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

14:02
01 Avqust

İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri cənab Qi Parmölənə

14:01
01 Avqust

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

12:58
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!