01 Avqust 2026 17:19
241
SİYASƏT
A- A+
Bişkekdən verilən strateji mesajlar Azərbaycanın geosiyasi reallıqdakı rolunu bir daha təsdiqlədi

Bişkekdən verilən strateji mesajlar Azərbaycanın geosiyasi reallıqdakı rolunu bir daha təsdiqlədi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və səfər çərçivəsində mətbuat bəyanatı təkcə iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi deyil, həmçinin Cənubi Qafqaz, Mərkəzi Asiya və bütövlükdə Türk dünyasının gələcək əməkdaşlıq gündəmini müəyyənləşdirən mühüm siyasi mesajlar kimi qiymətləndirilməlidir. Bəyanatda səsləndirilən fikirlər Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasətin ardıcıllığını, çoxtərəfli əməkdaşlıq modelinə sadiqliyini və regional sabitliyin təmin olunmasına verdiyi töhfəni bir daha nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Deputat vurğulayıb ki, bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, Avrasiya məkanının mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz beynəlxalq təşkilatlarda nüfuzunu artırıb. Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq sahələrində etibarlı tərəfdaş kimi qəbul olunur. Qırğızıstana dövlət səfəri zamanı səsləndirilən fikirlər də məhz bu strateji xəttin davamı idi.

“Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini, siyasi dialoqun, iqtisadi əlaqələrin, investisiya layihələrinin və humanitar əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi vurğulayıb. Bu yanaşma göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Son illər Türk dünyasında müşahidə olunan həmrəylik məhz Azərbaycan Prezidentinin təşəbbüsləri və fəal diplomatiyası ilə yeni məzmun qazanıb.

Mətbuata bəyanatda nəqliyyat dəhlizləri, Orta Dəhlizin inkişafı, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyalar və Qarabağın bərpasında əməkdaşlıq məsələlərinin ön plana çəkilməsi Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını nümayiş etdirib. Bu, təkcə ikitərəfli münasibətlər deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyasına xidmət edən mühüm istiqamətlərdir”, - deyə Jalə Əliyeva qeyd edib.

Müsahibimiz bildirib ki, diqqətçəkən məqamlardan biri də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun artıq müxtəlif dövlətlərin konkret əməkdaşlıq təşəbbüslərində öz əksini tapmasıdır. Son illərdə dünyanın aparıcı siyasi liderlərinin Azərbaycana səfərləri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xarici nümayəndə heyətlərinin Qarabağa səfərləri və yeni əməkdaşlıq layihələri Azərbaycanın beynəlxalq etimad kapitalının əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.

Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi, nəqliyyat və enerji layihələrinin genişlənməsi konkret faktlarla təsdiq olunan reallıqlardır. Bu uğurlar müxtəlif beynəlxalq tərəfdaşların ölkəmizə münasibətində, imzalanan sənədlərdə və həyata keçirilən layihələrdə öz ifadəsini tapır.

“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Bişkekdə mətbuata bəyanatı bir daha nümayiş etdirdi ki, Azərbaycan regional siyasətin istiqamətlərini müəyyənləşdirən, təşəbbüslər irəli sürən və onların həyata keçirilməsində fəal rol oynayan dövlətdir. Bu siyasətin mərkəzində isə milli maraqların qorunması, Türk dünyasının birliyinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regionda uzunmüddətli sabitliyin təmin edilməsi dayanır.

Mövcud geosiyasi şəraitdə Azərbaycanın ardıcıl və praqmatik xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Qırğızıstana dövlət səfəri zamanı verilən mesajlar da göstərdi ki, Azərbaycan yalnız bugünkü deyil, gələcək onilliklərin regional inkişaf modelinin formalaşmasında da mühüm söz sahibidir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu səfər Azərbaycan-Qırğızıstan iqtisadi əməkdaşlığına yeni impuls verdi

18:36
01 Avqust

Akademik: Rəqəmsal dövlətin mühüm missiyalarından biri də linqvistik suverenliyin təmin olunmasıdır

18:27
01 Avqust

Milli Kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilən sərgi təqdim olunub  

17:37
01 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

17:32
01 Avqust

Bişkekdən verilən strateji mesajlar Azərbaycanın geosiyasi reallıqdakı rolunu bir daha təsdiqlədi

17:19
01 Avqust

BDU-nun dosenti: Müstəqil Azərbaycanın dövlət idarəçiliyində dil siyasəti xüsusi əhəmiyyət kəsb edir  

17:12
01 Avqust

İrakli Kobaxidze: Gürcüstanda bir sıra təhdidlərin qarşısı alınıb  

16:57
01 Avqust

Ana dilimiz: milli kimliyimizin sarsılmaz zəmanəti

16:33
01 Avqust

Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələdə

16:24
01 Avqust

Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni mərhələsinə uğurlu keçid

16:11
01 Avqust

Macarıstanda istilərlə bağlı fövqəladə qərargah yaradılıb

16:00
01 Avqust

Azərbaycan Mərkəzi Asiya regionunda yeni əməkdaşlıq arxitekturasının formalaşmasında yaxından iştirak edir

15:50
01 Avqust

Marat Musuraliyev: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanın yeni mərhələsini başlayır  

15:43
01 Avqust

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir 

15:19
01 Avqust

UEFA FIFA rəhbərliyinə qarşı: İnfantino verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi  

15:12
01 Avqust

Dunayda “kabus körpü” yenidən üzə çıxıb  

15:07
01 Avqust

Günay Əfəndiyeva: Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir  

15:02
01 Avqust

Ağdam ayaqqabı fabriki regionun sosial-iqtisadi inkişafına töhfə verir

14:40
01 Avqust

Nəriman Əliməmməd oğlu Həsənzadə  

14:35
01 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

14:12
01 Avqust

Sabahın hava proqnozu açıqlanıb

14:11
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!