21 Mart 2026 19:21
196
SİYASƏT
A- A+
Qarabağda qalanan tonqallar Azərbaycanın gücünün və haqqının rəmzidir

Qarabağda qalanan tonqallar Azərbaycanın gücünün və haqqının rəmzidir

Bu il Novruz tonqalının Xocavəndin Xanoba kəndində alovlandırılması xüsusi rəmzi məna daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva burada xalqla birgə bayram sevincini bölüşərək bir daha nümayiş etdirdilər ki, bu torpaqlarda Azərbaycan dövlətinin iradəsi, qətiyyəti və qayğısı ən yüksək səviyyədə təmsil olunur. Cənab Prezidentin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqına bağlılığı nəticəsində bu gün Qarabağda həyat yenidən dirçəlir, hörmətli Mehriban xanımın humanist fəaliyyəti, incə zövqü və milli-mənəvi dəyərlərə verdiyi töhfə isə bu dirçəlişə xüsusi ruh və mənəviyyat qatır. Onların birlikdə Qarabağda Novruzu qeyd etməsi dövlət-xalq birliyinin, gücün və milli qürurun ən parlaq təcəssümüdür.

 Xüsusilə İkinci Qarabağ müharibəsi sonrası formalaşan yeni reallıqlar fonunda, dövlət başçısının hər il Novruz bayramını işğaldan azad olunmuş torpaqlarda qeyd etməsi artıq bir ənənəyə çevrilib. Bu ənənə xalqımızın zəfər ruhunun, torpağa bağlılığının və milli qürurunun canlı təzahürüdür. Qarabağda yandırılan hər tonqal, əslində, illərlə həsrətində olduğumuz yurd yerlərində həyatın yenidən bərpa olunmasının, o torpaqlara ruhun və nəfəsin qayıtmasının simvoludur.

Mənəvi baxımdan bu addımın təsiri son dərəcə böyükdür. Çünki Novruz bayramı xalqın ruhuna yaxın, köklərimizdən gələn bir bayramdır. Bu bayramın Qarabağda keçirilməsi isə tarixi ədalətin bərpasının, milli yaddaşın dirçəlişinin və gələcəyə olan inamın gücləndirilməsidir. İnsanlarımız üçün bu görüntülər həm bayram sevinci, həm də qürur, göz yaşı və sevincin vəhdətidir.

 Siyasi baxımdan isə bu ənənə çox güclü mesaj daşıyır. Bu, bütün dünyaya açıq şəkildə nümayiş etdirir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu torpaqlarda həyat bərpa olunub, dövlət suverenliyi tam təmin edilib. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məhz orada, sakinlərlə birlikdə bayram keçirməsi dövlətin öz torpaqlarına sahib çıxmasının, həmin ərazilərdə davamlı inkişaf və məskunlaşma siyasətinin qətiyyətli şəkildə həyata keçirildiyinin göstəricisidir.

Eyni zamanda, bu addım post-münaqişə dövründə quruculuq və bərpa proseslərinin ideoloji əsasını da möhkəmləndirir. Qarabağ artıq quruculuq, inkişaf və gələcək nəsillər üçün yeni həyat məkanıdır. Novruz tonqalları isə bu yeni həyatın, dirçəlişin və ümidin simvoluna çevrilib.

Bu gözəl ənənə gələcək illərdə də cənab Prezidentimiz tərəfindən hər zaman davam etdiriləcək. Çünki bu ümumxalq səviyyəsində bir birləşdirici, ruhlandırıcı və tarixi yaddaşı möhkəmləndirən bir amildir. Qarabağda qeyd olunan hər Novruz bayramı xalqımızın zəfərinin, birliyinin və sarsılmaz iradəsinin növbəti təntənəsidir.

 Bu gün Qarabağda yanan tonqallar Azərbaycanın gücünün, haqqının və gələcəyə inamının rəmzidir. Bu mənzərə hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır və bir daha sübut edir ki, bu torpaqlarda həyat əbədi olaraq davam edəcək.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İflic olmuş beynəlxalq nəqliyyatın yeganə çıxış yolu - Orta Dəhliz amili

20:27
21 Mart

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub

19:25
21 Mart

Qarabağda qalanan tonqallar Azərbaycanın gücünün və haqqının rəmzidir

19:21
21 Mart

Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq – Sabahın hava proqnozu

14:25
21 Mart

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunub, Şahdağa qar yağıb  

12:41
21 Mart

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

12:11
21 Mart

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

11:13
21 Mart

Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

09:08
21 Mart

Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatıb

22:33
20 Mart

Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib

22:13
20 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib

21:26
20 Mart

Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir

19:11
20 Mart

Azərbaycana yaz fəsli daxil olub

18:41
20 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib  

18:19
20 Mart

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub  

16:59
20 Mart

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

15:26
20 Mart

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

15:07
20 Mart

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

14:07
20 Mart

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

13:31
20 Mart

AQTA-dan Novruz bayramında sağlam qidalanma tövsiyələri

13:17
20 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:47
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!