21 Mart 2026 09:08
203
SİYASƏT
A- A+
Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

Martın 20-də Azərbaycan Respublikasının Vaşinqton şəhərindəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilməsi mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, “Roots of Peace” təşkilatının təsisçisi və 2023-cü il Dünya Ərzaq Mükafatı laureatı Haydi Kun, həmçinin Vaşinqtonda akkreditə olunmuş kənd təsərrüfatı attaşeləri iştirak ediblər.

Səfir Xəzər İbrahim çıxışında Novruz bayramının baharın gəlişini və yenilənməni təcəssüm etdirdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinin həmin bölgəyə dirçəliş və yeni həyat gətirməsinə diqqət çəkib. Səfir bölgəyə sülhün gətirilməsində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, eləcə də onun reallaşmasında Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyinin rolunu vurğulayıb. Səfir bildirib ki, Azərbaycan regionda və dünyada dayanıqlı sülh və davamlı inkişaf proseslərinə töhfə vermək siyasətini davam etdirmək əzmindədir.

O, həmçinin Haydi Kun tərəfindən təşviq olunan minadan azad edilmiş torpaqların kənd təsərrüfatı məqsədləri üçün istifadəsi və bu yolla sülhün möhkəmləndirilməsi təşəbbüsünün əhəmiyyətini qeyd edib.

2026-cı ilin Beynəlxalq Qadın Fermerlər İli olduğunu qeyd edən Haydi Kun çıxışında bildirib ki, o, uzun illərdir münaqişədən zərər görmüş ərazilərin kənd təsərrüfatı vasitəsilə bərpası istiqamətində fəaliyyət göstərir. Bu xüsusda özünün “Pax Agricultura” təşəbbüsünə diqqət çəkən H.Kun işğaldan azad olunmuş ərazilərdə minatəmizləmənin həmin torpaqların yenidən səmərəli istifadəsi üçün əsas şərt olduğunu vurğulayıb.

H.Kun Azərbaycanın Qarabağ bölgəsində mina sahələrini ziyarət etdiyini, o cümlədən ANAMA-nın qadın minaaxtaranlarının fəaliyyətini yerində müşahidə etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə prosesi böyük əhəmiyyət daşıyır və H.Kun beynəlxalq ictimaiyyəti bu istiqamətdə göstərilən səylərə daha fəal dəstək verməyə çağırıb.

O, həmçinin Füzuli rayonunda özünün iştirakı ilə zərərsizləşdirilmiş minaların qalıqlarından hazırlanaraq ANAMA tərəfindən ona hədiyyə edilmiş kürək alətini nümayiş etdirib və həmin alətlə Səfirliyin həyətində sülhü təcəssüm etdirən ağ qızılgül əkib. Haydi Kun bildirib ki, Qarabağ torpaqlarının tamamilə minalardan təmizlənməsi və həmin ərazilərdə sülhü təcəssüm etdirən ağ qızılgüllərin əkilməsi onun ən böyük arzulardan biridir. Tədbir çərçivəsində iştirakçılara, həmçinin xalqımızın Novruz ənənələri haqqında məlumat verilib, milli şirniyyatlar və çay süfrəsi təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunub, Şahdağa qar yağıb  

12:41
21 Mart

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

12:11
21 Mart

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

11:13
21 Mart

Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

09:08
21 Mart

Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatıb

22:33
20 Mart

Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib

22:13
20 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib

21:26
20 Mart

Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir

19:11
20 Mart

Azərbaycana yaz fəsli daxil olub

18:41
20 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib  

18:19
20 Mart

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub  

16:59
20 Mart

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

15:26
20 Mart

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

15:07
20 Mart

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

14:07
20 Mart

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

13:31
20 Mart

AQTA-dan Novruz bayramında sağlam qidalanma tövsiyələri

13:17
20 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:47
20 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:51
20 Mart

Şuşada Ramazan bayramı namazı qılınıb

11:20
20 Mart

Allahşükür Paşazadə: Dua edirik ki, müharibələr tezliklə dayansın

11:14
20 Mart

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir  

10:17
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!