21 Mart 2026 20:27
242
SİYASƏT
A- A+
İflic olmuş beynəlxalq nəqliyyatın yeganə çıxış yolu - Orta Dəhliz amili

İflic olmuş beynəlxalq nəqliyyatın yeganə çıxış yolu - Orta Dəhliz amili

Bu gün baş verən geosiyasi hadisələr silahlı toqquşmalarla müşahidə edilir ki, bu da dünya iqtisadiyyatında böyük problemlər yaradıb. İqtisadiyyatın əsas seqmenti olan beynəlxalq nəqliyyat əlaqələri demək olar ki, iflic vəziyyətinə düşüb. Rusiya ilə Ukrayna, İran ilə İsrail və ABŞ arasında davam edən müharibə Avropa ilə Asiyanın, Yaxın Şərqlə Avrasiya qitəsinin nəqliyyat əlaqəsini olduqca çətinləşdirib.

AZƏRTAC mövzu ilə bağlı məqaləni təqdim edir.

Prezident İlham Əliyevin hələ 15 il əvvəl təklif etdiyi, bu gün isə 2 qitə arasında mühüm nəqliyyat və tranzit funksiyasını yerinə yetirən Orta Dəhlizin nə qədər strateji xarakter daşıdığı bir daha görünür. Orta Dəhlizin müdrik və uzaqgörən layihə olduğu tam sübuta yetirilib. Rusiya ilə Ukrayna müharibəsi Çin və Orta Asiya respublikalarının Avropa ilə ticarət tranzitinin Azərbaycan ərazisindən keçməsinə səbəb olub ki, burada da Azərbaycan dövlətinin öncədən həyata keçirdiyi geniş nəqliyyat və infrastruktur layihələri önəmli rol oynayıb. Bu gün Pakistanın və Türkmənistanın İran ərazisindən Avropa ilə həyata keçirdikləri idxal-ixrac əməliyyatları demək olar, dayanıb. ABŞ-ın bombardmanları nəticəsində İranın nəqliyyat infrastrukturu ciddi zərər görüb, onun bərpasına illər və böyük həcmdə sərmayə lazım olacaq. Bu müddət ərzində isə hər iki ölkənin iqtisadiyyatında durğunluq yarana bilər. Lakin Orta Dəhliz ən optimal çıxış yoludur.

Dəhlizin fəaliyyətinin səmərəsi özünü göstərdikcə yükdaşımaların həcmi də artır və 2027-ci ilə kimi bu dəhlizlə 10 milyon ton yük daşınması nəzərdə tutulub. Bu günlərdə Qlobal Bakı Forumunda iştirak edən Belçikanın sabiq Baş naziri İv Löterm bildirdi ki, Orta Dəhliz dünya iqtisadiyyatını ağır böhrandan xilas edən nəqliyyat dəhlizini çevrilib. Dünya ticarətində nəqliyyat əhəmiyyətli rol oynayır. Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklərin Orta Dəhlizdən - Azərbaycan ərazisindən keçməsi ilə vaxt və nəqliyyat xərclərinə əsaslı şəkildə qənaət olunur. Sabiq Baş nazirin sözlərinə görə, məsələ təkcə vaxta və maliyyəyə qənaət etməkdə deyil, tranzit xəttinin mövcudluğundadır. Bu baxımdan Azərbaycan aparıcı dövlətə çevrilib. Azərbaycanın nəqliyyat infrastrukturu olmasaydı, Orta Dəhlizin əhəmiyyətindən də danışmağa dəyməzdi. Lakin, Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər marşrutu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və başqa layihələr Azərbaycanı logistika mərkəzinə çevirib. Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklər məhz Azərbaycan ərazisindən keçir. İnşa olunan limanlar, terminallar, anbarlar və digər başqa infrastruktur obyektləri biznesin inkişafına və dövlətlərin iqtisadiyyatına töhfə verir.

Ticarət əməliyyatlarında inzibati islahatlar gözlənilir

Orta Dəhlizin tam potensialının reallaşdırılması üçün infrastrukturun gücləndirilməsi, inzibati islahatların aparılması və beynəlxalq əməkdaşlığın artırılması vacib amillərdir. Qlobal ticarət axınlarının optimallaşdırılması və tranzit marşrutlarının rəqabət qabiliyyətinin artırılması üçün atılacaq addımlar Orta Dəhlizin inkişafına əhəmiyyətli töhfə verəcək. Bu baxımdan Orta Dəhlizin keçdiyi ölkələrdə nəqliyyat infrastrukturu ilə bağlı davam edən və planlaşdırılan layihələr marşrutun effektivliyini artırmaq məqsədi daşıyır. Onu da qeyd edək ki, Xəzər dənizində Türkmənistan-Azərbaycan bərə xəttinin yaradılması planlaşdırılır. 2030-cu il üçün müəyyən olunan hədəfə əsasən, bu xətt vasitəsilə daşınan yük həcmi 3 milyon ton olacaq. Bu addım Transxəzər nəqliyyatının sürətləndirilməsi və yük axınının optimallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Gürcüstanın Qara dəniz sahillərində yerləşən Batumi və Poti limanları Orta Dəhliz üzrə Avropaya çıxış nöqtələri kimi mühüm rola malikdir. Bu limanların yük emalı gücünün ikiqat artırılması Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin çoxalmasına və logistik proseslərin daha səmərəli təşkilinə imkan verəcək.

Orta Dəhliz üzərində yerləşən ölkələr arasında ticarət və nəqliyyat əməliyyatlarının sadələşdirilməsi məqsədilə inzibati islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu islahatlar marşrutun daha cəlbedici və rəqabətədavamlı olması üçün vacibdir. Sərhəd prosedurlarının sürətləndirilməsi məqsədilə “Vahid Tranzit Sənədi” sisteminin yaradılması planlaşdırılır. Bu sistemin tətbiqi nəticəsində gömrük prosedurlarının tamamlanma müddəti 24 saatdan 6 saata qədər azaldılacaq. Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması ticarət və logistika şirkətləri üçün əlavə vaxt və maliyyə qənaətini təmin edəcək.

Bir sözlə, Orta Dəhliz təkcə ticarət marşrutu deyil, həm də Avrasiyada iqtisadi inteqrasiyanın əsas vasitəsidir. Azərbaycanın infrastruktur layihələri və coğrafi mövqeyi ölkəni regional logistikanın mərkəzinə çevirməklə yanaşı, uzunmüddətli iqtisadi artım üçün imkanlar yaradır. İnfrastruktur çatışmazlıqlarının aradan qaldırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi ilə bu marşrut dünya ticarətinin əsas arteriyasına çevrilə bilər.

Beləliklə, perspektivdə Orta Dəhlizin Avrasiya üçün daha da əhəmiyyətli olacağını görəcəyik. Bu gün isə dünyada baş verən müharibələri müşahidə edərək deyə bilərik ki, Orta Dəhliz yalnız iqtisadi deyil, həmçinin siyasi xarakter daşıyan nəqliyyat yoludur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzerGold” QSC-dən Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya

21:36
21 Mart

İflic olmuş beynəlxalq nəqliyyatın yeganə çıxış yolu - Orta Dəhliz amili

20:27
21 Mart

Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

19:32
21 Mart

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub

19:25
21 Mart

Qarabağda qalanan tonqallar Azərbaycanın gücünün və haqqının rəmzidir

19:21
21 Mart

Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq – Sabahın hava proqnozu

14:25
21 Mart

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunub, Şahdağa qar yağıb  

12:41
21 Mart

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

12:11
21 Mart

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

11:13
21 Mart

Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

09:08
21 Mart

Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatıb

22:33
20 Mart

Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib

22:13
20 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib

21:26
20 Mart

Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir

19:11
20 Mart

Azərbaycana yaz fəsli daxil olub

18:41
20 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib  

18:19
20 Mart

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub  

16:59
20 Mart

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

15:26
20 Mart

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

15:07
20 Mart

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

14:07
20 Mart

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

13:31
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!