19 Sentyabr 2021 17:53
2271
CƏMİYYƏT
A- A+
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın döyüşləri idarə etdiyi qərargahdan

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın döyüşləri idarə etdiyi qərargahdan

 

1918-ci ildə daşnak-bolşevik birləşmələrinə qarşı Azərbaycana yardıma gələn Qafqaz İslam Ordusunun qərargahlarından biri də Ağsu rayonunun Padar və Külüllü kəndləri arasındakı, hər iki tərəfdən Girdiman çayı ilə əhatələnən Bilal Əfəndi məscidində yerləşib. Qərargah rəisi Rüştü Türkcan şirin suyu olan Girdiman çayının içində ada kimi görünən Bilal Əfəndi məscidini qərargah kimi seçmişdi.

AZƏRTAC xəbər verir ki, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa da bir müddət döyüşləri məhz bu qərargahdan idarə edib.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlili bildirib ki, Qafqaz İslam Ordusunun Gəncədən sonrakı hərbi qərargahları Ucar rayonu ərazisindəki Müsüslü kəndində və Göyçayın şəhər mərkəzində, Sadıq bəy Ağababayevin evində olub: “Nuru paşa Ucar və Göyçaydakı qərargahlarda dəfələrlə Əliağa Şıxlinski və digər zabitlərlə görüşüb, yerli əhalinin müdafiəsi, döyüş planlarının icra edilməsi barədə müzakirələr aparıb, döyüşlərin gedişini izləyib və düşmənə sarsıdıcı zərbələrin vurulması ilə bağlı planlar cızıb”.

1918-ci ildə Qafqaz İslam Ordusu azərbaycanlı və Osmanlı ordusunun zabit və əsgərlərindən təşkil olunmuşdu. İlk ağır döyüş Göyçay ərazisində qeydə alınıb, şəhər ərazisində və Qaraməryəm kəndində qanlı döyüşlər gedib. Qafqaz İslam Ordusu burada ağır itkilər versə də, erməni daşnaklarını tərk-silah edə bilib.

Daha sonra yerli əhalinin müdafiəsi təşkil edilib. Ordu Qaraməryəm tərəfdən şərqə doğru hərəkət edib və daha çox bol suyun olduğu yerdə məskən salmaq qərarı verilib. Belə bir yer üçün isə Bilal Əfəndi məscidi uyğun olub.

“Bu məsciddə Nuru paşa dəfələrlə olub, iyulun 3-dən 6-dək gedən qanlı döyüşləri də buradan idarə edib. Bu barədə ordunun qərargah rəisi Rüştü Türkcanın hesabatlarında da qeyd olunub. Həmin sənədlərdə bu hadisələr günbəgün qeydə alınıb”, - deyə tarixçi bildirib.

Ağsu şəhəri 1918-ci il iyulun 6-da düşməndən azad olunub. Nuru paşa döyüşə başlamağa əmr verdikdən sonra, həmin gün günorta saatlarında yenidən Gəncəyə qayıdıb.

Fariz Xəlili deyib ki, Ağsu erməni daşnaqlarından azad edildikdən sonra 10-cu və 13-cü alaylar Bakı istiqamətində hərəkətə başlayıb. Onuncu alay Ağsunun dağlıq ərazilərini götürməli və yuxarı ərazilərdən hücumların qarşısı alınmalı idi. On üçüncü alay da Ağsu şəhərinə doğru hərəkət etməli idi. Beləliklə, ordu günbəgün Şamaxı şəhərinə yaxınlaşıb. Şamaxıya çatanda artıq yerli əhali tərəfindən buradakı erməni dəstələri tərk-silah olunmuşdu. Şamaxıdan Biləcəriyə qədər elə də böyük döyüş olmur. Qafqaz İslam Ordusu Bakını azad etməyə tələsirdi.

Biləcəri döyüşü avqustun 5-də baş verib və məğlubiyyətlə nəticələnib. Çünki əsgərlər uzun yoldan gəlmiş və yorğun idilər. Sonra Qafqaz İslam Ordusu Güzdək və Hökməli istiqamətində yerləşib. Sentyabrın 15-də isə Bakı ətrafındakı yerli əhalinin də Qafqaz İslam Ordusuna dəstək verməsindən sonra “Qurd qapısı” tərəfdən Bakıya daxil olan əsgərlər şəhəri qızğın döyüşlərdən sonra düşməndən azad ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!