25 Sentyabr 2026 21:23
2625
PARLAMENT
A- A+
Pensiya sistemində yeni islahatlar sosial ədalət və həmrəylik prinsiplərini gücləndirir

Pensiya sistemində yeni islahatlar sosial ədalət və həmrəylik prinsiplərini gücləndirir


Sentyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsi və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihəni təqdim edərkən deyib ki, sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Müzakirəyə çıxarılan qanun layihəsi də bu istiqamətdə atılan növbəti addımdır. Layihədə dövlət sektorunda həyata keçirilən əməkhaqqı islahatları ilə bərabər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.

Layihədə təklif olunan digər dəyişikliklər Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə pensiya təminatı mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Komitə sədri bildirib ki, təklif olunan yanaşmaya əsasən həmin hərbi qulluqçuların pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, onların fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalı və sabit aylıq pensiya əlavəsi əsasında pensiya məbləği formalaşacaq. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.

Komitə sədri layihədəki təklif olunan digər dəyişikliklərin də həssas qrupların sosial təminatı sisteminin gücləndirilməsi, dayanıqlılığının artırılması baxımından əhəmiyyətini vurğulayıb. Yeni islahat tədbirlərində həmçinin pensiyaların indeksasiya mexanizminin daha təkmil, ədalətli və optimal şəkildə qurulması nəzərdə tutulub. Təklif olunan indeksləşdirmə mexanizmində əmək pensiyalarının məbləğinin vahid rəqəmlə deyil, diferensial formada indekləşdirilməsi təklif olunur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihədə Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqqı və pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsinə dair təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb.

O vurğulayıb ki, təklif olunan dəyişikliklər hərbi qulluqçuların sosial təminatının gücləndirilməsinə və xidmətin uzunmüddətli perspektivdə stimullaşdırılmasına yönəlib. Məqsəd hərbçilərin pensiya təminatı mexanizminin daha da təkmilləşdirilməsi və gələcəkdə sığorta kapitallarını daha çox artırmalarına, daha yüksək məbləğlərdə pensiya almalarına şərait yaradılmasıdır.

Diqqətə çatdırıb ki, yeni mexanizm nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacaq, bu məqsədlə illik əlavə olaraq 550 milyon manatadək vəsaitin ayrılması nəzərdə tutulur. Xidmətin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla əməkhaqqı sisteminin vahid strukturunun formalaşdırılması nəzərdə tutulur. Baza maaşı vəzifə maaşı ilə əvəzlənəcək, rütbə maaşının xüsusi çəkisi 70 faizə çatdırılacaq.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycanda əhalinin rifahının artırılması istiqamətində görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, son illərdə 5 sosial islahat paketi reallaşdırılıb və bu paketlərin maliyyə təminatı üçün dövlət büdcəsindən illik əlavə olaraq 8 milyard manat vəsait ayrılır. Bu islahatlar minimum və orta aylıq pensiyada 3 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artımla nəticələnib.

Nazir müavini deyib ki, təqdim olunan qanun layihəsi də bu uğurlu siyasətin davamı olaraq əhalinin sosial təminatı sisteminin inkişaf etdirilməsinə, pensiya sistemində ədalətliliyin və dayanıqlılığın daha da möhkəmləndirlməsinə yönəlib. O, dəyişikliklərin bəzi məqamları barədə fikirlərini bildirib.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

23:17
11 Noyabr

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

23:07
11 Noyabr

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

22:28
11 Noyabr

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

21:10
11 Noyabr

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

20:47
11 Noyabr

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

20:30
11 Noyabr

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

Azərbaycan Hökuməti adından Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verilib

19:31
11 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO  

19:02
11 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

18:38
11 Noyabr

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

18:09
11 Noyabr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

17:58
11 Noyabr

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

17:57
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

17:41
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 

17:31
11 Noyabr

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  

17:23
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!