11 Noyabr 2026 17:23
223
CƏMİYYƏT
A- A+
COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  


Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Ölümcül miras” (“Deadly Legacy”) sənədli filminin xüsusi nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, qlobal mina təhlükəsindən bəhs edən filmin nümayişi Qarabağ Dirçəliş Fondu və Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarainin birgə təşkilatçılığı ilə COP31-in Mavi Zonasında yerləşən Azərbaycan pavilyonunda baş tutub.

Tədbirin açılışında Nigar Arpadarai, Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə və Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova çıxış ediblər.

Tədbirə Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, “Fortescue” şirkətinin Direktorlar Şurasının üzvü Jan Baderşnayder və Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü, Millətlər Birliyinin sabiq baş katibi Patrisiya Skotland, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin COP31-dəki nümayəndə heyətinin üzvləri, COP31-də iştirak edən yerli və xarici qonaqlar qatılıblar.

Açılış çıxışlarından sonra film ingilis dilində nümayiş etdirilib.

Qeyd edək ki, COP31-də iştirak edən Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti filmin nümayişi ilə yanaşı, bir neçə gün ərzində Qarabağ həqiqətlərinin, xüsusilə işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina təhlükəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirib.

Belə ki, tədbir çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edən yerli və xarici qonaqlara, o cümlədən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazova “Ölümcül miras” sənədli filmi barədə ətraflı məlumat verilib. Eyni zamanda, ekran əsərində Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükələrin, bu problemin insan həyatına, təhlükəsizliyinə və münaqişədənsonrakı bərpa prosesinə təsirinin real insan hekayələri və ekspert rəyləri əsasında təqdim olunduğu vurğulanıb.

Məlumat üçün bildirək ki, “Ölümcül miras” sənədli filmi Qarabağ Dirçəliş Fondunun sifarişi ilə “Beach House Pictures” şirkəti tərəfindən Azərbaycan, Bosniya və Herseqovina, Kolumbiya və Laosda çəkilib. Ekran əsəri mina partlayışlarından zərər çəkmiş insanların hekayələri, eləcə də ekspert və rəsmi şəxslərin müsahibələri əsasında hazırlanıb. Filmdə minaların və partlamamış hərbi sursatların insanların həyatına, torpaqlardan təhlükəsiz istifadəyə və münaqişədənsonrakı bərpa prosesinə təsiri göstərilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

Azərbaycan Hökuməti adından Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verilib

19:31
11 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO  

19:02
11 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

18:38
11 Noyabr

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

18:09
11 Noyabr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

17:58
11 Noyabr

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

17:57
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

17:41
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 

17:31
11 Noyabr

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  

17:23
11 Noyabr

SpaceX Starship-in 15-ci uçuş sınağının tarixini açıqladı

17:23
11 Noyabr

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib  

17:17
11 Noyabr

3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  

17:17
11 Noyabr

NASA astronavt axtarışındadır  

17:14
11 Noyabr

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub  

17:09
11 Noyabr

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!