11 Noyabr 2026 23:07
431
CƏMİYYƏT
A- A+
Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbəti cəhd olmaqla bütün dünyanın bölüşdüyü, beynəlxalq konvensiyalarda təsbit olunmuş bəşəri dəyərlərə hörmətsizlik, sülh və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində aparılan səylərə qarşı təxribatdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Göy məscidin mərasim zalında büstün qoyulması təşəbbüsü Ermənistan tərəfinin, xüsusilə də bu ölkənin siyasi rəhbərliyinin tarixi abidənin ilkin təyinatına və mənsubiyyətinə obyektiv, qərəzsiz münasibəti ilə bağlı ciddi suallar yaradır. Bu cəhdlər Göy məscidin tarixi-mədəni kimliyinin arxa plana keçirilməsinə və başqa mədəniyyətə aid abidə kimi təqdim olunmasına xidmət edir. Tarixi abidələrin qorunması onların yalnız fiziki mövcudluğunun təmin edilməsini deyil, həm də mənsubiyyətinə, ilkin təyinatına və mədəni kimliyinə hörmətlə yanaşılmasını tələb edir”.

Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş Azərbaycan memarlıq və dini irsinin mühüm nümunəsidir. Tarixdə Göy məscid, Göy cami və Hüseynəli xan məscidi adları ilə tanınan bu abidə İrəvanın müsəlman əhalisinin dini və ictimai həyatında mühüm yer tutmuş, şəhərin mədəni simasının formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onun tarixi mənsubiyyəti məscidin memarlıq xüsusiyyətləri, inşa edildiyi dövr və İrəvan xanlığının dövlətçilik tarixindəki yeri ilə bilavasitə bağlıdır.

Sovet hakimiyyəti dövründə burada dini fəaliyyət dayandırılmış, bina müxtəlif dünyəvi məqsədlərlə, o cümlədən muzey kimi istifadə edilmişdir. 1995-ci ildə İranla Ermənistan arasında əldə olunmuş razılaşma əsasında “rekonstruksiya” işlərinin maliyyələşdirilməsi İran tərəfinə həvalə edilmişdir. Lakin bu proses məscidin tarixi mənsubiyyətinin dəyişdirilməsi və ya onun ilkin memarlıq xüsusiyyətlərinin başqa mədəniyyətin adı ilə təqdim edilməsi üçün əsas ola bilməz. Çünki istənilən mədəni irs nümunəsinin hansısa ölkənin vəsaiti hesabına bərpa edilməsi onun həmin ölkəyə məxsus olduğunu iddia etmək üçün əsas hesab edilmir. Göy məscidin tarixi kimliyi onun inşa edildiyi dövr, İrəvan xanlığı və şəhərin Azərbaycan mədəni irsi ilə bağlılığı əsasında qiymətləndirilməlidir. Abidənin “fars məscidi” kimi təqdim olunması, adının və tarixi kontekstinin dəyişdirilməsi cəhdləri elmi-tarixi yanaşmaya deyil, siyasi məqsədlərə xidmət edir.

Xüsusi olaraq vurğulamağı zəruri hesab edirik ki, mədəni irsin qorunması beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası mədəni sərvətlərin silahlı münaqişə zamanı qorunmasını, onlara qarşı düşmənçilik hərəkətlərinin, talan və mənimsəmə hallarının qarşısının alınmasını nəzərdə tutur. UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il tarixli Konvensiyası isə dövlətlərin öz ərazilərində yerləşən mədəni irsin müəyyənləşdirilməsi, mühafizəsi, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə məsuliyyətini təsbit edir.

Təəssüf hissi ilə vurğulayırıq ki, Ermənistan işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində məscidlərə münasibətdə tətbiq etdiyi neqativ təcrübəni bu gün yenidən istifadə edir. Azərbaycan xalqı 2019-cu ildə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində təmir adı altında aparılan işlərə İran İslam Respublikasında fəaliyyət göstərən şirkətin cəlb edilməsini, onun və Ağdam Cümə məscidinin “fars məscidləri” kimi təqdim olunmasını unutmayıb. Biz, eyni zamanda işğal altında olmuş digər ərazilərdəki qədim məscid və ibadət yerlərinin dağıdılmasını, təhqir olunmasını, xalqımızın dini hisslərini hədəf alan vandalizm əməllərini də dərin məyusluq və acı təəssüf hissi xatırlayırıq. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdəki bütün dini-mədəni abidələrin bərpasını həyata keçirir, onların tarixi bərpası istiqamətində ardıcıl tədbirlər görür. Lakin fiziki dağıntıların aradan qaldırılması işğal dövründə törədilmiş vandalizm aktlarının xalqımızın tarixi yaddaşında yaratdığı mənəvi izləri silmir.

Hesab edirik ki, mədəni irs nümunələrinin qorunması məsələsində vahid və obyektiv meyarlar əsas götürülməli, onların bərpası və istifadəsi zamanı tarixi mənsubiyyətinə, ilkin memarlıq xüsusiyyətlərinə və dini təyinatına hörmətlə yanaşılmalıdır. Bu baxımdan İrəvandakı Göy məscidin tarixi kimliyinin təhrif edilməsinə yönəlmiş cəhdlər mədəni irsə münasibətdə eyni prinsiplərin hər yerdə qorunmasının vacibliyini bir daha gündəmə gətirir.

Göy məscidin tarixi mənsubiyyətinin təhrif edilməsinə və Azərbaycan xalqının mədəni-dini irsinin mənimsənilməsinə yönəlmiş cəhdlərə etirazımızı bildirir, İran və Ermənistan tərəflərini tarixi faktlara hörmətlə yanaşmağa, dini və mədəni abidələrdən siyasi-ideoloji məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

23:17
11 Noyabr

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

23:07
11 Noyabr

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

22:28
11 Noyabr

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

21:10
11 Noyabr

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

20:47
11 Noyabr

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

20:30
11 Noyabr

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

Azərbaycan Hökuməti adından Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verilib

19:31
11 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO  

19:02
11 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

18:38
11 Noyabr

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

18:09
11 Noyabr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

17:58
11 Noyabr

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

17:57
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

17:41
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 

17:31
11 Noyabr

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  

17:23
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!