25 Sentyabr 2026 20:32
2395
PARLAMENT
A- A+
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dörd məsələni plenar iclasa tövsiyə edib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dörd məsələni plenar iclasa tövsiyə edib


Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini söyləyib.

Əvvəlcə komitədə "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

Komitə sədri Əli Hüseynli Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunların qəbul edildiyini bildirib. O, bu gün ölkə Prezidenti tərəfindən Dövlət Qulluğu Məcəlləsinin parlamentə təqdim edildiyini və bunun dövlət qulluğu ilə bağlı mühüm əhəmiyyətə malik hüquqi sənəd olduğunu vurğulayıb. Məcəllənin qəbulunun dövlət qulluğu sahəsində aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirildiyini deyib. Qeyd edilib ki, Məcəllənin qəbulu ilə hazırda qüvvədə olan bir sıra normativ hüquqi aktlarla tənzimlənən dövlət qulluğu münasibətləri daha sistemli və kompleks şəkildə nizamlanacaq, qanunvericiliyin tətbiqində vahid yanaşma təmin ediləcək.

Sonra komitənin üzvü, Dövlət Qulluğunu İdarəetmə Şurasında parlamenti təmsil edən Nizami Səfərov qanun layihəsi barədə məlumat verib. O deyib ki, dövlət qulluğunun inkişafına dair Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi Strategiyaya uyğun olaraq, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi günün tələbidir. Dövlət Qulluğu Məcəlləsinin hazırlanması da bu zərurətdən irəli gəlir. Qeyd edilib ki, dövlət qulluğu sahəsində yeni müasir hüquqi tənzimləmənin formalaşması milli qanunvericilikdə müvafiq sahəni tənzimləyən hüquq normalarının məcəllə formasında konsolidasiyasının növbəti əhəmiyyətli nümunəsidir.

Diqqətə çatdırılıb ki, Dövlət Qulluğu Məcəlləsi 5 bölmə, 15 fəsil və 94 maddəni özündə ehtiva edir və bu sahədə müvafiq hüquqi münasibətlərin hərtərəfli qaydada tənzimlənməsini nəzərdə tutur. Bununla bağlı “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və bir sıra digər qanunlar ləğv edilir.

Bildirilib ki, Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanları kateqoriyalarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrinin verilməsi qaydalarını əhatə edir. Sənəddə, həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.

Qeyd edilib ki, digər normativ hüquqi aktların Məcəlləyə uyğunlaşdırılması üçün keçid mexanizmi müəyyən edilir. Həmin aktlar Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək yalnız Məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq. Eyni zamanda, hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa satmamış “Dövlət qulluğu sertifikatı”nın hüququ qüvvəsi qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə uyğun olaraq keçirilən müsahibələrdə iştirak edə biləcəklər.

Sonra Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamentinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Lalə Qədirova çıxış edərək qanun layihəsi barədə fikirlərini açıqlayıb. Bildirilib ki, sənəddə dövlət qulluğu münasibətlərini tənzimləyən bir sıra yeni müddəalar öz əksini tapıb, habelə dövlət qulluğuna dair əsas anlayışlar, vahid dövlət qulluğu sistemi, dövlət qulluğu vəzifələrinin tutulmasının ümumi şərtləri, ixtisas dərəcələri ilə bağlı, dövlət qulluğuna qəbulda xidməti fəaliyyətin qiymətləndirilməsi və digər məsələlər təsbit olunur.

Sonra tədbirdə Mülki Məcəlləsdə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib. Bildirilib ki, sənəddə təklif olunan dəyişikliklər ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın təmin olunmasına xidmət edir.

İclasda, habelə Mülki Məcəlləsdə və "İcra haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Daha sonra Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib.

Komitədə müzakirəyə təqdim olunan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

23:17
11 Noyabr

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

23:07
11 Noyabr

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

22:28
11 Noyabr

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

21:10
11 Noyabr

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

20:47
11 Noyabr

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

20:30
11 Noyabr

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

Azərbaycan Hökuməti adından Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verilib

19:31
11 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO  

19:02
11 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

18:38
11 Noyabr

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

18:09
11 Noyabr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

17:58
11 Noyabr

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

17:57
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

17:41
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 

17:31
11 Noyabr

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  

17:23
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!