09 Dekabr 2025 13:17
381
Mədəniyyət
A- A+
“Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib  

“Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib  


Dekabrın 9-da “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində "Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, "Gamepons" şirkətinin təsisçisi Vüsal Kərimlinin moderatorluğu ilə keçən panel sessiyada çıxış edən Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov gənc nəsillər arasında rəqəmsal körpünün gücləndirilməsinin vacibliyini qeyd edib. Oyun sənayesi sahəsində tələblərin gücləndirməli olduğunu bildirən R.Əzizov deyib: " Oyun sənayesi gənclərin sevdiyi bir fəaliyyət sahəsidir. Həmin yaradıcı sənayenin təşviq edilməsi vacibdir. Oyun sənayesi kinematoqrafiyanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində oyun sənayesinin etik aspektlərinə toxunacağıq. Biz öz irsimizi qorumağa çalışmalıyıq".

İslam Əməkdaşlıq Gənclər Forumunun baş direktoru Rəsul Ömərov festivalın regionda ən mühüm platformaları və mədəni tədbirləri bir araya gətirdiyini bildirib.

"Oyun sənayesi bütün dünyada vüsət alıb ki, bu da gənclərin düşüncələrinə təsir edir. Biz düşünməliyik ki, oyun sənayesini necə edək ki, ədalətli və məsuliyyətli olsun. Sağlam və inklüziv oyun sənayesinin yaradılmasına dəstək göstərməliyik. Gənclər rəqəmsal mediada mühüm rol oynamağa çalışırlar. Oyun sənayesi mühüm frazaya daxil olur. İnkişaf aydın dəyərlərlə dəstəklənməlidir. Bugünkü müzakirələr əməkdaşlığı inkişaf etdirəcək ki, bu da regional və qlobal bazarlara çıxmağa kömək edəcək", - deyə R.Ömərov qeyd edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Taleh Kərimli oyun sənayesinin təkcə əyləncə ilə tükənmədiyini və bunun iş yerləri olduğunu deyib: "Texnoloji mərkəzlər qlobal bazara yaxşı ideyalarla daxil olur. Azərbaycanda da son bir neçə ildir ki, innovativ ekosistem oyun sənayesinin inkişafına dəstək verir. Gənc istedadlara dəstək göstərməyə çalışırıq. İƏT ölkələrinin bir sıra güclü tərəfləri vardır. Burada potensial böyükdür. İnanıram ki, bölüşəcəyimiz ideyalar gələcək əməkdaşlıq üçün fürsət yaratmaqla mədəni ekosistemimizə töhfə verəcək".

Qazaxıstanda yaradıcı sənayelər üzrə hüquq və strategiya məsləhətçisi Aygül Maratqızı , "Ərtoğrul Ulukayın" oyununun sənət direktoru Hande Karagüzel

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin oyun ekosistemi qurucusu Nikita Yudin və Özbəkistanın "East Games" oyun studiyasının biznesin inkişafı üzrə direktoru Akmal Salixov təmsil etdikləri ölkələrin təcrübəsini bölüşüb, dünyadakı tendensiyaların öyrənilməsinin vacibliyini qeyd ediblər.

Tədbir sual-cavab və müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!