02 Noyabr 2026 12:09
182
İQTİSADİYYAT
A- A+
Ötən həftənin iqtisadi icmalı  

Ötən həftənin iqtisadi icmalı  


Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri


Ötən həftənin diqqətçəkən yeniliklərindən biri Azərbaycanın rəqəmsal ticarət potensialına dair beynəlxalq qiymətləndirmə ilə bağlıdır. Dünya İqtisadi Forumu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanın TradeTech potensialının reallaşdırılması” adlı hesabat dərc edib. Hesabata görə, Azərbaycanın rəqəmsal dövlət xidmətləri, inkişaf edən logistika infrastrukturu və Orta dəhlizdəki əlverişli coğrafi mövqeyi ölkənin regional rəqəmsal ticarət mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır.

*** 

Oktyabrın 27-də iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir addım atılıb. Bakıda İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb.

Saziş iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi üzrə birgə tədqiqatları, iqtisadi təhlilləri, eləcə də dövlət, biznes və akademik dairələr arasında əməkdaşlığı nəzərdə tutur.

*** 

Enerji sektorunda isə ötən həftə regional əməkdaşlıq və investisiya imkanları İstanbulda Azərbaycanın da iştirak etdiyi 16-cı Türkiyə Enerji Sammitinin əsas müzakirə mövzularından olub. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin himayəsi, SOCAR Türkiyə şirkətlər qrupunun əsas tərəfdaşlığı və sponsorluğu ilə təşkil olunan sammit “Avropa-Aralıq dənizi regionunda enerji təhlükəsizliyi və investisiya imkanları” mövzusuna həsr edilib. Tədbirdə enerji təhlükəsizliyi, təchizatın davamlılığı, bərpaolunan və nüvə enerjisi, mayeləşdirilmiş təbii qaz bazarındakı dəyişikliklər, eləcə də regional enerji bazarlarının inteqrasiyası müzakirə olunub.

*** 

Maliyyə sektorunda risklərin idarə olunması və böhranlara hazırlıq məsələləri Azərbaycanın beynəlxalq təlimdə iştirakı ilə həftənin gündəmində yer alıb. Beynəlxalq Valyuta Fondunun Birgə Vyana İnstitutu və Yel Universitetinin Maliyyə Sabitliyi Proqramı çərçivəsində təşkil olunan təlimdə bank sektorunda risklərin erkən aşkarlanması, əmanətlərin sığortalanması və transsərhəd böhranların idarə olunması üzrə beynəlxalq təcrübə nəzərdən keçirilib.

*** 

Həftə ərzində “AzerGold” QSC-nin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində Özbəkistan və İndoneziya ilə müzakirələr aparılıb.

Daşkənddə keçirilən UIMF 2026 beynəlxalq forumunda isə şirkətin Özbəkistandakı törəmə müəssisəsi olan “Akba” qızıl yatağının birgə işlənməsi və digər perspektivli mineral sahələrdə geoloji kəşfiyyat imkanlarını təqdim edib. İndoneziya nümayəndə heyəti ilə görüşdə bu ölkədə mədən layihələrinə investisiya yatırılması, eləcə də Azərbaycandakı Daşkəsən dəmir filizi layihəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər birgə layihələr üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

*** 

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının əsas qalibi baş mükafat olaraq “Sea Breeze Resort” ərazisində yerləşən “Park Lane” yaşayış kompleksində mənzil qazanıb. Lotereya “AZAL Miles” loyallıq proqramının üzvləri arasında keçirilib.

Sentyabrın 28-də canlı yayımda keçirilən elektron tirajın nəticələrinə əsasən, ümumilikdə 100 iştirakçı qalib olub. 

***

Qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsi, mədəni irsin qorunması istiqamətində də təşəbbüs həyata keçirilib. “Azercell”in tərəfdaşlığı ilə “SHE – Gələcəyin toxuması” adlı tədbir təşkil olunub. Qurama sənətinin müasir yaradıcılıqda yaşadılmasına həsr olunan tədbirdə qadın sahibkarlığının, rəqəmsal bacarıqların inkişafı və sosial dəstək imkanlarının genişləndirilməsi məsələləri də diqqət mərkəzində edilib.

***

Ötən həftə dünya bazarlarında neftin qiymətində artım qeydə alınıb. Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 1,55 dollar bahalaşaraq 116,4 dollara, Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin qiyməti 1,39 dollar artaraq 103,4 dollara çatıb.

Qiymətli metallar bazarında isə əks tendensiya müşahidə olunub. Həftə ərzində qızılın bir troya unsiyasının qiyməti 1,4 faiz azalaraq, 3937 dollaradək geriləyib. Gümüşün qiymətində isə daha kəskin eniş qeydə alınıb. O, həftə ərzində təxminən 8 faiz ucuzlaşaraq bir unsiya üçün 50 dollar həddindən aşağı düşüb.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

13:07
02 Noyabr

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO  

13:04
02 Noyabr

Neftçalada gənclərlə bağlı maarifləndirici tədbir keçirilib  

13:02
02 Noyabr

Salyanda RİH başçısı ağsaqqallarla görüşüb

13:01
02 Noyabr

Şirvanda şəhid Cəmil Rəhimovun xatirəsi anılıb  

12:59
02 Noyabr

ABŞ-də özəl təyyarə yaşayış məntəqəsinə düşüb

12:56
02 Noyabr

Daşkəsəndə Zəfər Gününə həsr olunmuş bilik yarışması keçirilib  

12:46
02 Noyabr

Kənd Təsərrüfatı İşçiləri Günü münasibəti ilə Hacıqabul və Salyanda tədbir keçirilib  

12:43
02 Noyabr

Lənkəranda şəhid Kamran Səmədovun məzarı ziyarət edilib  

12:16
02 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

12:09
02 Noyabr

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb  

12:01
02 Noyabr

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar  

11:57
02 Noyabr

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb  

11:32
02 Noyabr

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb  

11:10
02 Noyabr

Həftəsonu 75 cinayətin açılması təmin olunub  

11:08
02 Noyabr

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi  

11:08
02 Noyabr

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib  

11:02
02 Noyabr

Dünya bazarlarında qızıl yenidən bahalaşmağa başladı

11:01
02 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:24
02 Noyabr

ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin bərpasını təklif edir

09:01
02 Noyabr

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

08:57
02 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!