11 Fevral 2026 08:45
236
CƏMİYYƏT
A- A+
Onlar dövlətin qüruru, dövlət onların dayağıdır

Onlar dövlətin qüruru, dövlət onların dayağıdır


Göygöldə şəhid ailələrinin və qazilərin heç bir müraciəti diqqətdən kənarda qalmır


Qarabağ Zəfərindən 5 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan xalqı həmin günləri bu gün də qürur hissi ilə xatırlayır. Bu, o tarixdir ki, başlanğıcını 27 sentyabrdan götürmüş və 10 noyabrda ordumuzun tam qələbəsi ilə başa çatmışdır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz döyüş meydanında tarixi ədaləti bərpa etmişdir. 

İndi xalqımız haqlı olaraq həmin döyüşlərdə əsl vətənpərvərlik nümayiş etdirən qorxmaz, qeyrətli əsgər və zabitləri ilə fəxr edir, onların fədakarlığı qarşısında baş əyir. Bu yolda canlarını qurban verən, ağır döyüşlərdə sağlamlığını itirən igid oğullarımız isə heç vaxt unudulmur, daim yad edilərək gələcək nəsillərə nümunə göstərilir.

Şəhid ailələri, qazilər, eləcə də müharibə iştirakçılarına Göygöl rayonunda da diqqət və qayğı ilə yanaşılır. Onlarla keçirilən görüşlərdə qaldırdıqları məsələlərə biganə yanaşılmır. Qeyd edək ki, rayonda 105 şəhid, 136 müharibə əlili, 1897 nəfər müharibə iştirakçısı var. Rayon icra hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yarandığı gündən şəhid ailələri, eləcə də müharibə əlilləri və veteranlarının qaldırdıqları problemlər qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlar çərçivəsində həll edilir. Əlillik dərəcəsinin təyin edilməsi, veteran adının və vəsiqənin verilməsi, şəhid adının əbədiləşdirilməsi, ad verilmiş küçələrdə abadlıq və quruculuq işlərinin aparılması, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bundan başqa, rayon rəhbərliyi şəhidlərin ailə üzvləri ilə görüşərək onların arzu və istəklərini dinləyir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görür. Bu görüşlərdə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərə göstərdikləri xüsusi diqqət və qayğıdan danışılır, qazilərin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldığı vurğulanır.  

Vətən müharibəsi qələbə ilə başa çatdıqdan bu günəcən rayon ərazisində yaşayan şəhid ailələri və qazilərin ev tikintisi, sahibkarlıq fəaliyyəti, eləcə də xatirələrinin anılması məqsədilə bulaq komplekslərinin tikintisinə torpaq sahəsi ayrılması, mənzil və ya avtomobil növbəsinə götürülməsi, iş və ya özünüməşğulluq aktivləri ilə təmin edilməsi, maddi yardım verilməsi, tibbi-müalicə və dərman vasitələrinin alınması üçün etdikləri xahiş və müraciətləri diqqətdən kənarda qalmamışdır. Bundan başqa, təkcə son bir ildə rayon üzrə ümumilikdə 185 nəfər imtiyazlı şəxs mənzil növbəsinə alınmış, 67 nəfər daimi işlə təmin edilmişdir. Hazırda mənzil qeydiyyatında olan 67 nəfərin 33 nəfəri şəhid ailəsi, 32 nəfəri müharibə əlilidir. Keçən ilin dekabr ayınadək isə 29 şəhid ailəsi və 83 nəfər müharibə əlili mənzil və fərdi yaşayış evi ilə təmin olunmuşdur. 

  

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı ekspert: Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir 

11:42
11 Fevral

Bakı–Şamaxı–Yevlax yolunda buzlaşmaya görə sürücülərə xəbərdarlıq edilib 

11:25
11 Fevral

Dünya reytinqi: “Qarabağ” 9, “Sabah” 13 pillə irəliləyib

10:58
11 Fevral

Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  

10:37
11 Fevral

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Şəhidlər xiyabanını ziyarət edib

10:14
11 Fevral

Rohinca müsəlmanlarının soyqırımı ilə bağlı BƏM-ə təkzibolunmaz dəlillər təqdim edilib

09:20
11 Fevral

Paytaxtın İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri davam etdirilir

09:15
11 Fevral

Zəhmətkeş alim, qayğıkeş müəllim, dəyərli ziyalı

09:10
11 Fevral

Baharın ayaq səsi

09:05
11 Fevral

Türkiyə hökumətinin tərkibində dəyişiklik edilib

09:02
11 Fevral

Burada tariximiz yaşayır

09:00
11 Fevral

Qarlı hava şəraitində Qusarda sahələrin monitorinqi davam edir

08:55
11 Fevral

Lənkəranda və Lerikdə "Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu" adlı forum keçirilib

08:50
11 Fevral

Onlar dövlətin qüruru, dövlət onların dayağıdır

08:45
11 Fevral

Dirçələn torpaq, güclənən iqtisadiyyat

08:40
11 Fevral

Sosial-iqtisadi inkişafın monitorinqinin nəticələri açıqlanıb

08:35
11 Fevral

1,1 milyon təqaüdçünün pensiyası artırıldı

08:30
11 Fevral

Qarşılıqlı etimad, dərinləşən əməkdaşlıq

08:25
11 Fevral

Sülh, həmrəylik və tolerantlıq

08:20
11 Fevral

Azərbaycan və ABŞ arasında yeni strateji mərhələnin başlanğıcı

08:15
11 Fevral

TRIPP artıq reallıqdır

08:10
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!