10 Fevral 2026 08:00
223
SİYASƏT
A- A+
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı dərinləşir

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı dərinləşir


Vensin Bakıya səfəri münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq


Beynəlxalq əlaqələr daha çox liderlərin qərarları və real iş birliyi sayəsində formalaşır. Ölkələr arasında münasibətlər də dinamik və nəticəyönümlü xarakter daşıyır. Ənənəvi formatlar öz yerini çevik və praqmatik addımlara verir. Hazırda Azərbaycan-ABŞ əməkdaşlığı məhz qarşılıqlı etimada və hər iki tərəfin strateji maraqlarına söykənən möhkəm tərəfdaşlıq üzərində inkişaf edir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bu günlərdə Azərbaycana planlaşdırılan səfəri yeni və çevik diplomatik mərhələnin başlanğıcı olmaqla yanaşı, Vaşinqtonun regiondakı maraqlarının və Bakı ilə mövcud olan strateji əlaqələrin təzahürüdür. 

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də 9-11 fevral tarixlərində Milan, İrəvan və Bakıya səfər çərçivəsində vitse-prezident Ceyms Devid Vensə qoşulacaq. Rəsmilərin bölgəyə səfəri Cənubi Qafqazın yeni arxitekturasının təməl daşlarını yerinə oturtmaq və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) kimi nəhəng layihələri praktiki müstəviyə keçirmək məqsədi daşıyır. Bu da Vaşinqtonun Cənubi Qafqazdakı prioritetlərinin rəsmən dəyişdiyinin elanıdır. Xüsusilə dövlət katibinin müavini Ceykob Helberqin səfərdə iştirakı Amerikanın bölgəyə milyardlarla dollarlıq investisiya və texnoloji yeniliklər gətirmək niyyətini təsdiqləyir. Helberq texnologiya sahəsində rəqabət və təhlükəsizliklə bağlı fəaliyyəti ilə tanınır. Bu məqam bölgədə rəqəmsal infrastruktur və enerji dəhlizləri ilə bağlı konkret təkliflərin masada ola biləcəyinə işarədir. 

Vens 2008-ci ildə bölgəyə gələn ovaxtkı vitse-prezident Dik Çeynidən bu yana Bakıya səfər edəcək ABŞ-nin ilk yüksəkranqlı şəxsi olacaq. Vitse-prezidentin münaqişə və siyasi gərginlik mərhələsindən hüquqi-diplomatik arenaya uğurla keçid edən Azərbaycana gözlənilən səfəri rəsmi Bakının artan çəkisini nümayiş etdirir. Bu, sadəcə, diplomatik səfər deyil, iki ölkə arasındakı yüksəksəviyyəli etimadın və birbaşa liderlik dialoqunun mühüm nəticəsidir.

ABŞ vitse-prezidentinin Azərbaycana nəzərdə tutulan səfəri sülh prosesinə dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində tərəflər arasında sülhün, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın əsas müzakirə predmeti olacağı vurğulanır. Vens Tramp administrasiyasının "öncə Amerika" doktrinasının əsas daşıyıcılarından biridir. ABŞ rəsmisinin səfəri o deməkdir ki, Cənubi Qafqazda sülh artıq ABŞ-nin milli təhlükəsizlik və iqtisadi maraqları çərçivəsində dəyərləndirilir. Ağ Ev üçün Vaşinqton razılaşmaları çərçivəsində Bakı ilə İrəvan arasındakı barışıq planının irəlilədilməsi əsas hədəfdir. Tramp administrasiyası Vaşinqtonda başlayan prosesin konkret nəticə ilə bitməsində maraqlıdır. Ehtimal olunur ki, bu səfər və görüşlərdən sonra tərəflər arasında iqtisadi-ticari əməkdaşlığın qurulmasında fəallıq artacaq.

TRIPP marşrutunun işə düşməsini tezləşdirmək də Vaşinqton üçün strateji əhəmiyyət kəsb edir. Bu, ABŞ-nin həm Cənubi Qafqazda, həm də Orta dəhliz boyu mövqeyini gücləndirmək, həmçinin Mərkəzi Asiya regionu ilə birbaşa bağlar qurmaq planının mühüm tərkib hissəsidir. TRIPP vasitəsilə ABŞ Azərbaycanın nəqliyyat-logistika potensialına, xüsusilə Zəngəzur dəhlizi və Orta dəhliz layihələrinə milyardlarla dollarlıq dəstək vədi verir ki, bu da regionu qlobal ticarətin yeni mərkəzinə çevirmək məqsədi daşıyır.

Ümumən, Azərbaycan-ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyi və bu prosesdə şəxsi liderlik faktorunun həlledici rolu göz önündədir. Liderlər arasındakı dialoqun xronologiyasına baxsaq, görərik ki, Davosdan Misirə qədər uzanan bütün təmaslar Azərbaycanı qlobal sülhün və enerji təhlükəsizliyinin mərkəzi qovşağına çevirib. Dövlət başçılarının görüşlərində, məktublaşma və telefon zənglərində əksini tapan səmimiyyət ABŞ-nin Azərbaycanı sadiq və güclü tərəfdaş kimi gördüyünün bariz nümunəsidir. Ağ Ev üçün Azərbaycan, sadəcə, enerji tərəfdaşı deyil, Avrasiyanın geosiyasi arxitekturasında mərkəzi oyunçu statusundadır. Bu kontekstdə, 8 avqust 2025-ci ildə Vaşinqtonda baş tutan tarixi görüş münasibətlərdəki durğunluğa son qoyaraq, "Strateji Tərəfdaşlıq Xartiyası"na gedən yolu açan əsas dönüş nöqtəsi oldu. 

Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mərhələsi xüsusilə Donald Trampın hakimiyyətə qayıdışından sonra şəxsi diplomatiya və iqtisadi sülh modelinə əsaslanan strateji dərinlik qazanıb. Trampın xarici siyasəti uzunmüddətli bürokratik danışıqlardan daha çox, birbaşa liderlər arasındakı anlaşmalara söykənir. Məhz iki lider arasındakı yüksək təmaslar münasibətlərin dinamikasını müəyyən edən əsas amildir. Donald Trampın İlham Əliyevə göndərdiyi şəklin üzərində şəxsən yazdığı "İlham, sən böyük lidersən" ifadəsi bu münasibətlərin simvoluna çevrilib. Tramp Ağ Evdə keçirilən görüşlərdə İlham Əliyevi "inanılmaz lider" və "çox ağıllı" rəhbər kimi xarakterizə edib. Bu ifadələr iki ölkə arasındakı münasibətlərin həm də liderlər səviyyəsində yüksək etimada əsaslandığını göstərir.

Liderlər arasındakı dinamik əlaqələr ikitərəfli görüşlərlə məhdudlaşmır, həm də mühüm beynəlxalq platformalarda davamlı təmaslarla möhkəmlənir. 2026-cı ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində keçirilən dialoq və Misirdəki səmimi təmaslar göstərdi ki, Vaşinqton və Bakı qlobal təhlükəsizlik və iqtisadi rifah məsələlərində eyni dildə danışırlar. Bu görüşlərdə Azərbaycanın Sülh Şurasına dəvət edilməsi, ölkəmizin regionda sülhün və sabitliyin əsas qarantı kimi qəbul olunması  örnəyidir. 

Nəticə olaraq, vitse-prezident Vensin Bakıya planlaşdırılan səfəri və səfər çərçivəsində imzalanacaq sənədlər, TRIPP layihəsinin icrasına dair atılacaq addımlar Azərbaycanın regional liderliyini beynəlxalq səviyyədə bir daha təsdiqləyəcək, Azərbaycan-ABŞ strateji müttəfiqliyi daha da güclənəcək. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya maliyyə bazarı çalxalanır

08:50
10 Fevral

Sənətə böyük vurğunluq

08:45
10 Fevral

Həyat çox sınağa çəksə də...

08:40
10 Fevral

Qazaxıstan BTC ilə neft ixracını artırır

08:35
10 Fevral

Şuşa zəngin şəhərsalma mədəniyyətinin nadir incisidir

08:30
10 Fevral

Uşaqlar nəzarətsiz qalmamalıdırlar

08:25
10 Fevral

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

08:20
10 Fevral

Hüququn Zəfəri, tarixi ədalətin bərpası

08:17
10 Fevral

İlham Əliyev üçün sülhün alternativi yoxdur

08:15
10 Fevral

ABŞ vitse-prezidentinin regiona səfərinin ciddi nəticələri olacaq

08:10
10 Fevral

Sülhün qorunması ümumi məsuliyyətdir

08:05
10 Fevral

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı dərinləşir

08:00
10 Fevral

T.Y.Budaqovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

01:47
10 Fevral

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında

01:47
10 Fevral

T.Y.Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında

01:46
10 Fevral

"Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:45
10 Fevral

"Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:45
10 Fevral

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
10 Fevral

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:42
10 Fevral

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

21:23
09 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib  

21:03
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!