07 Fevral 2026 08:45
2327
CƏMİYYƏT
A- A+
Vətən sevgisi

Vətən sevgisi


Yaxud bir şəklin doğurduğu hisslər


Vətən sevgisi müqəddəs və ülvidir. Vətənə sevgi gendən, kökdən gəlir, milli-mənəvi dəyərlərdən, tərbiyədən qaynaqlanır. Adına yurd deyilən diyarın, doğulub boya-başa çatdığın elin-obanın əzəli və əbədi hissidir vətən sevgisi. 5-10 günlük xarici səfərdən dönüb ayağını doğma torpağa qoyanda keçirdiyin ifadəsi mümkünsüz hisslərin, yaşadığın sirli-sehrli, varlığını titrədən duyğuların cövhəridir vətən sevgisi.

Qarabağ müharibəsində vətən sevdalı oğullar məhz o müqəddəs sevginin hökmü ilə silaha sarılıb ölüm-qalım savaşına atıldılar. Kimi Zəfər Gününü gördü, kimi şəhid olub əbədiyyətə qovuşdu. Qanları, canları bahasına doğma vətəni şərəfləndirən, 30 illik işğala son qoyan qəhrəman oğullar üçrəngli bayrağımızı cənnətməkan Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrinə sancıb düşmənə gözdağı verdilər. Vətənə sevgi dastanı yazan Mübarizlər, Xudayarlar bir əbədiyyət nəğməsi yaratdılar, vətən sevdalı könülləri dünya durduqca nura boyamağa qadir bir məşəl yandırdılar. Müstəqil Aərbaycan adlı qüdrətli dövlətimizin var olacağı bütün zamanlarda bu məşəl dünyaya yeni gələn nəsillərin yoluna daim işıq saçmağa, vətən sevgisi ocağını alovlandırmağa qadirdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə şanlı ordumuz işğalçı erməniləri şərti sərhədlərədək qovub ərazilərimizdən çıxardı, Qarabağa, Zəngəzura aparan yolumuzu açdı. Üzü dönük ayrılığın, həsrət dolu, niskil dolu illərin ağrı-acısı qamətini əydiyi, belini bükdüyü ağsaqqallarımız, ağbirçəklərimiz uşaq sevincinə bürünüb xatirələrin sorağıyla Şuşaya, Ağdama, Laçına, Zəngilana, Cəbrayıla, Qubadlıya, Kəlbəcərə.... qanadlandılar. Onların sevinc dolu göz yaşlarını görmək, amansızlıqla dağıdılmış, yağmalanmış evlərini ziyarət edərkən şükranlıq dualarını eşitmək, odu, hərarəti azalmış, dərisi qırışmış əlləri ilə mamır bağlamış daşlara necə nəvazişlə sığal çəkdiyinə şahidlik  etmək adamı sirli-sehrli bir aləmə aparır. Elə bir aləmə ki, orada saflıq, paklıq göz qamaşdırır, bəşəri duyğular hökmranlıq edir. O aləmdə çöhrələrdən təbəssüm yağır, o aləmdə dünya şirin bir ana laylasına uyuyan qayğısız körpəyə bənzəyir.

Bu yerdə yaddaşımıza həkk olan bir fotoşəkil gözlərimiz önündə canlanır. Bəzən bir şeirlə, bir hekayə ilə, bəzən adi bir şəkillə də nümunə yaratmaq mümkündür. Gündəlik mətbuatda Prezident İlham Əliyevin müxtəlif fotolarını görürük. Yaddaşımızda qalan bu şəkil isə son dərəcə təbii, səmimi və fərqlidir. Æurnalistikada uğurla fotoya "danışan şəkil" deyirlər. Cənab Prezidentin çayın kənarındakı daş üstə oturub uzaqlara baxan anda çəkilən şəkli, sözün həqiqi mənasında, dil açıb danışır. Məchul bir nöqtəyə dikilən baxışlarında Qarabağ savaşındakı itkilərimizdən qaynaqlanan bir hüzn gizlənib. Görkəmindən yorğun olduğu hiss edilir. Uzun və şərəfli bir yolun yolçusu, zəfərlə bitirdiyi ağır döyüşlərin qalib sərkərdəsi sanki dincəlməyə bir anlıq macal tapıb. O, ata vəsiyyətini, vətən borcunu yerinə yetirən bir oğul olaraq çox xoşbəxtdir, bəxtiyardır və o üzdən azad etdiyi Vətənin qoynunda, vurğunu olduğu Kiçik Qafqazdan süzülüb gələn göz yaşı kimi dupduru çayın sahilində  dincəlməyə haqqı var.

Qəhrəmanlar canı-qanı, həyatı hesabına torpağı vətən edən oğullardır. Vətəni dünyaya tanıdanlar isə ali siyasi liderlər, alimlər, yazıçılar, sənətkarlardır. 44 günlük müqəddəs Vətən savaşında biz birləşdik və milli birliyimiz tarixin çətin sınağından üzüağ çıxdı. Yenilməz birliyimizlə düşməni diz çökdürdük. 

Bu birliyi bütün zamanlarda göz bəbəyi kimi qorumalıyıq. 

Biriksə, güclüyük! 

Güclülər isə hər zaman qalib olurlar!


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!