11 Fevral 2026 09:00
682
Mədəniyyət
A- A+
Burada tariximiz yaşayır

Burada tariximiz yaşayır


Bu binada dünyanın ilk sivilizasiya mərkəzlərindən olan məmləkətimizin qədim və zəngin mədəniyyət nümunələri qorunub saxlanılır və nümayiş etdirilir. Hazırda bura Milli Azərbaycan Tarixi Muzeyidir. Muzey məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin XIX əsrin sonları - XX əsrin əvvəllərində tikdirdiyi sarayda yerləşir.

Bu qədim və möhtəşəm saray milyonçunun həyat yoldaşı Sona xanıma hədiyyəsi idi. Bir zamanlar Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşadığı saray Bakı şəhərinin baş memarı olmuş Yuzef Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında tikilib və Bakının ən gözəl binalarından biri hesab olunur.

Hacı Zeynalabdin Tağıyev binanın tikintisini polyak memar və mühəndis, "Qafqazın Rastrellisi" adlandırılan Yuzef Vikentyeviç Qoslavskiyə etibar etmişdi. Bunun səbəbi Tağıyevin onun memarlığını yüksək qiymətləndirməsi, istedadının pərəstişkarı və himayəçisi olması idi. Elə bu səbəbdən də Yuzef Qoslavskinin yaradıcılığının ən gözəl nümunələri hesab edilən memarlıq əsərlərinin sifarişçisi məhz Tağıyev olub. Belə ki, Tağıyev sarayı, Müsəlman Qızlar Məktəbi, Tağıyevin Mərdəkan qəsəbəsindəki mülkü, Tağıyevin Qafqazda məşhurlaşmış toxuculuq fabrikinin binası onun layihələri əsasında inşa edilib.

Hacı Zeynalabdin Tağıyevin sarayı Bakı şəhərinin mərkəzində inşa edilib və zəngin planlaşdırma strukturu ilə seçilir. Məlumata görə, binanın tikintisində istifadə olunan inşaat materialları, avadanlıqlar, mebel, çilçıraqlar və interyer üçün lazım olan əşyalar Rusiya və Qərbi Avropadan gətirilib. Binanın tikintisinə işini mükəmməl bilən yüksəkixtisaslı ustalar və rəssamlar dəvət olunub.

Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və digər ustalar çalışıb. Binada istilik və soyutma sistemləri quraşdırılıb, tavan naxışlarına ustalar tərəfindən 40 min rubla qədər qızıl işlənib. Dörd tərəfdən üçmərtəbəli olan imarətin otaqlarının hər birinin hündürlüyü 13,20 metrdir. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilib, döşəməsi isə Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtaları ilə örtülüb. Amerikadan mebel, Almaniyadan isə şəkillər və pərdələr alınıb. Xaricdən gətirilən mebel və avadanlıqlar nəzərə alınmazsa, təkcə binanın tikintisinə 1,2 milyon rubl vəsait xərclənib.

Üçmərtəbəli bina nəhəng günbəzlərlə tamamlanıb. Sarayın bir tərəfi Baryatinski (indiki Əbdülkərim Əlizadə), digərləri Polis (hazırda Yusif Məmmədəliyev), Merkuri (indiki Zərifə Əliyeva), fasadı isə Qorçakov (indiki Hacı Zeynalabdin Tağıyev) küçələrinə baxırdı. Otaqların ikisıralı tikilişi sarayın daxili həllinin əsasını təşkil edib.

Araşdırıcılar binanın fasadı üzərindəki xronoloji məlumata əsaslanaraq bildiriblər ki, sarayın əsası 1893-cü ildə qoyulub. Tikinti işləri mərhələlərlə aparılıb. Mütəxəssislərin fikrincə, memar kompozisiyanın bəzi elementləri və zalların interyerlərini hazırlayarkən Azərbaycan memarlıq ənənələrindən ilhamlanıb. Sarayın tikintisində müxtəlif memarlıq üslublarından istifadə olunub. Simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokoko, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda hazırlanıb.

Bina hissə-hissə tikilib. Tikinti işlərinə Qorçakovskaya və Merkuryevskaya küçələri tərəfdən başlanılıb. Mənbələrdə qeyd olunur ki, binanın birinci hissəsinin inşası başa çatdıqdan sonra həmin hissə Voljko-Kamski bankına verilib.

Saray iki qapalı həyət ətrafında mərasim və yaşayış otaqları qruplarına bölünüb. Binanın iki aralı mərmər pilləkəni olan ön hissəsi qərbə baxır.

İkinci mərtəbənin anfiladasında nəbati naxışlı pilyastrlarla bəzədilmiş Avropa zalı yerləşir. Şərq zalı isə öz əzəməti, ornamentlərinin təmtəraq və zərifliyi ilə seçilir. Mərkəzində kiçik fəvvarə olan qış bağı Şərq zalına birləşdirilib. Hacı Zeynalabdin Tağıyevin kabineti, yemək, qonaq və digər otaqları palıd ağacı ilə bəzədilib. Hacının həyat yoldaşı Sona xanımın öz orijinallığı ilə seçilən buduarının - kiçik qonaq otağının tavanı fiqurlu güzgülü lövhəciklərdən yığılıb.

Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi Bakı Tacir Bankı da 1914-cü ildən bu binada yerləşib.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətini devirən bolşeviklər bu sarayı da müsadirə ediblər. Binanın bir hissəsində Dövlət Tarix Muzeyi fəaliyyətə başlayıb. 1941-1954-cü illərdə Tarix muzeyi Şirvanşahlar sarayına köçürülüb. Bu binada isə Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilib. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix muzeyinə verilib, birinci mərtəbədə isə Texniki və Tibbi Sənədlər Arxivi yerləşdirilib. Nəhayət, 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinə verilib.

Tağıyev sarayı bir neçə dəfə rekonstruksiya olunub. Ötən əsrin ortalarında aparılan təmir zamanı güzgülü otaqdakı rəsmlər "burjua qalığı" kimi məhv edilib və üzərindən yeni suvaq çəkilib. 2000-ci ildə həyata keçirilən təmir zamanı isə suvağın altından həmin divar rəsmləri aşkarlanaraq bərpa edilib.

2005-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. İki il ərzində aparılan işlər nəticəsində Tağıyev sarayının bənzərsiz xarici və daxili görünüşü yenidən özünə qaytarılıb. Həmin ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə muzeyə milli status verilib.

2007-ci il dekabrın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin açılışında iştirak ediblər.

Hacı Zeynalabdin Tağıyevin sarayı təkcə nadir memarlıq incisi deyil, həm də Azərbaycan xalqının minilliklərə söykənən tarixinin, dövlətçilik ənənələrinin və mədəni irsinin canlı daşıyıcısıdır. Milli Azərbaycan Tarixi Muzeyi kimi fəaliyyət göstərən bu möhtəşəm məkan keçmişlə bu günü birləşdirən mühüm körpü rolunu oynayır, zəngin eksponatları vasitəsilə xalqımızın şərəfli yolunu ziyarətçilərə əyani şəkildə təqdim edir.

Tağıyev sarayı həm banisinin xeyirxahlığını, maarifpərvərliyini və yüksək zövqünü, həm də Azərbaycan memarlıq məktəbinin dünya mədəniyyətinə verdiyi töhfəni əks etdirir. Bu abidənin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi milli yaddaşımıza göstərilən böyük ehtiramın bariz nümunəsidir. Bu gün muzey kimi fəaliyyət göstərən saray Azərbaycanın keçmişinə işıq salmaqla yanaşı, həm də onun gələcəyinə xidmət edir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

23:10
07 Mart

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub

23:08
07 Mart

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

23:07
07 Mart

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq

23:06
07 Mart

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

23:05
07 Mart

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

23:04
07 Mart

Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları pislənilib

23:03
07 Mart

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!